Qaynarxətt: (+99470) 997 11 77
Xüsusi reportajlar
Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü.
Respublika Veteranlar Təşkilatında
ARİF SƏLIMOVUN QIZI ZƏHRA BALANIN AD GÜNÜNDƏ BİZDƏ QONAĞ OLDUĞ.AD GÜNÜNDƏN İSTİ GÖRÜNTÜLƏRI XEBEREKSPRESS.AZ SAYTINDA SİZDƏ İZLƏYİN
Ağstafada baxça Müdürəsi  jurnalistə hücum etdi - Video
Məmmədov Qara Məhərrəm oğlu  Zəngilan - Qubadlı sakinləri ilə görüşlər keçirmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrinda Azərbaycan Rəssamlar İB-nin üzvləri Elnurə və Aygun bacılarının təşəbbüsü ilə 20 YANVAR faciəsinə həsr olunmuş tədbir keçirildi.
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AYB-nin ” NATƏVAN” klubunda istedadlı şairə Zəkiyyə Elruh Pənahovanın “YARITORPAQ İNSAN” adlı kitabının təqdimatı keçirildi
Əziz və dəyərli Azərbaycan xalqı. Dostluğumda olan hər bir dost bir ananın səsinə səs verib dəstək olsun. Çox xahiş edirəm paylaşın ki, tez bir zamanda kömək edək. Bir gün siqaret, kontur istifadə etməyək. Həmin məbləğı hesaba köçürək.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  “Gövhəri - laməkan” adlı  sərgi-tədbir keçirildi.
Prezdentin Sərəncamina Baxmayan FHN nin vətəndaşa biganəliyi
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
6-12-2019, 08:43 Oxunub: 41

Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın - Günün qoroskopu

 Qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın - Günün qoroskopu
 

Qoç - yaxın ətrafınızdakı insanların planlarınıza müdaxilə etmələrinə imkan verməsəniz, çox işlər görmək olar. İşləriniz az deyil. Yığılıb qalmış məktublara cavab verin. Maraqlı məlumatlar ola bilər.
Günün ikinci yarısında tək qalmaq istəyəcəksiniz.
İdmanla məşğul olun. Bu zaman orqanizminizdəki endorfinlər sizə tam sakitlik qədər xoş təsir göstərəcək.
Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.

Buğa - intuisiyanızın səsinə qulaq asın. Cari məsələlərin həllində sınanmış metodlardan istifadə edin. Sağlam məntiq, praktiki hesabların önəmi artır. Avantüralar sizi dalana apara bilər.
Yerinə yetirə bilməyəcəyiniz vədlərdən uzaq olun.
Günün ikinci yarısında sayıq olun. Vəziyyəti ən xırda nüanslara qədər dəyərləndirməyi bacarın. Mənasız, əsassız illüziyalara qapılmayın. İşgüzar məsəslələrdə, maliyyə müstəvisində təklifləri real qiymətləndirin. Yekun qərarın qəbulunu ertələmək də olar.

Əkizlər - önəmli, ciddi məsələlərdə tələskənliyə yorl verməyin. Rutin işlərlə kifayətlənin. Bəlirlənmiş çərçivədən kənara çıxmayın, qaydalara riayət edin. 
İş yerində narahatlıq hiss edə bilərsiniz. Başqalarının müzakirələrinə qatılmayın.
Günün ikinci yarısında haqq-hesab çəkilən söhbətlərdən uzaq durun. Bilavasitə öhdənizə düşən, sizə tapşırılan işləri yerinə yetirin. Tapşırıqları qulaqardına vurmayın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Xərçəng - dəyərlər sisteminiz bu gün problemlər yarada bilər. Dəqiq seçim etməlisiniz. Günün uğurları və uğursuzluqları məqsədə doğru irəliləyişdə seçdiyiniz kursun müəyyənləşdirilməsindən asılıdır.
Günün ikinci yarısında seçim zərurəti yaranarsa, itki verəcəksiniz.
Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə qarşılaşmayasınız.
Dost məsləhəti faydalı ola bilər.
Axşam saatlarında yaxşı tanıdığınız insanlarla birlikdə olun.

Şir - qarşınıza qoyduğunuz məqsədlərə çatmağa çalışın. Genişmiqyaslı layihələrə başlamaq üçün münasib zaman deyil. Əhvalınızın pisləşməsi istisna deyil. Real məsələlərin həllinə başlamaq əvəzinə illüziyalara qapılmayın.
Günün ikinci yarısında nəzərdə tutulmamış problemlər, əngəllər yaranacaq. Səbrli olun, soyuqqanlı davranın. Xırdalıqları nəzərdən qaçırmayın. Hətta ən önəmsiz təsir bağışlayan detal işlərinizdə ləngimələr yarada bilər.
Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.

Qız - verdiyiniz sözlərə əməl edin, vədləri unutmayın. Tapşırıqları rəqiblərlə müqayisədə daha tez yerinə yetirməyə çalışın. Yeni vədlər verməyə tələsməyin. Şərtlər sürətlə dəyişəcək. Situasiyanı məntiqlə qiymətləndirin, şanslarınızdan istifadə edin.
Günün ikinci yarısında maliyyə məsələlərində xüsusilə diqqətli olun. Mühüm sənədləri diqqətlə oxuyun, tələskənlik etməyin. Təcili olmayan işləri bir qədər təxirə salın. 
Astagəllik etməyin.

Tərəzi - iş həyatınızın yeganə mənası deyil. Bunu anlayın və bilin ki, işlərin bir hissəsi bilavasitə nəzarətiniz olmadan da yerinə yetirilə bilər. Qüvvə və imkanlarınızı daha ciddi layihəyə qorumaq üçün bəzi planlardan imtina etmək gərəkdir.
Günün ikinci yarısında hansısa məsələni həll edə bilmirsinizsə, situsiyaya kəskin müdaxilələr etməyin.
Hadisələrin öz məcrasında inkişaf etməsinə şərait yaradın.

Əqrəb - rutin, yeknsək işlər sizi usandıra bilər. Maraqlı məşğuliyyət arayırsınızsa, fantaziyanızı işə salın. Xırdalıqlar və detalları nəzərdən qaçırmayın. Qətiyyətli, iradəli olsanız yaxşı nəticələr əldə edə bilərsiniz.
Günün ikinci yarısında təcrübənizdən yararlana bilərsiniz. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə edin. Şəxsi münasibətlərdə aqressiv olmayın. İntuisiyanıza güvənin. Hisslər və içgüdülər sizi aldatmayacaq.
Axşam saatlarında stressdən qurtulmağa can atın.

Oxatan - cari işlərlə məşğul olun. Əyləncə və istirahəti təxirə salmaq olar. Dostlarla görüşlərdən faydalanın. Yaşamınızda ən önəmli mərhələrərdən biridir. İşlərinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, aktiv olun. 
Günün ikinci yarısında çalışdığınız müstəvidə yaxşı nəticələrə nail ola bilərsiniz. Yaxın perspektivlə bağlı planlarınıza dəyişikliklər edin.
Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Əhvalınız dəyişəcək, niyyətləriniz fərqli olacaq.
Güc və imkanlarınıza qənaət edin. Başqalarının əvəzinə işləməyə həvəsli olmayın.

Oğlaq - deyilən hər sözə kor-koranə inanmayın. Aldığınız informasiyanın yanlış və ya yalan olması istisna deyil. Hisslərə qapılaraq düşünülməmiş qərarlar verməyin. Çalşıdığınız kollektivdə müxtəlif intriqalar və ya dedi-qodulara qatılmayın.
Günün ikinci yarısında sizə etiraz aksiyasına, lokal "üsyan"a qatılmaq təklif olunacaq. Yaxşı düşünün. İşdə həmkarlarla münasibətləri möhkəmləndirmək, rəhbərliklə aranızdakı anlaşılmazlığı aradan qaldırmaq olar.  Nufuzunuz və mövqeləriniz barədə düşünün. Yaxın ətrafınızdakı insanlarla qarşılıqlı münasibətləri möhkəmləndirin.

Dolça - kollektivdəki şərait qarşılıqlı yardımlaşma və əməkdaşlıq tələb edir. Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər.
Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını aradan qaldırın.
Emosional olmayın.
Axşam saatlarında ciddi məsələni həll etmək mümkün deyil. Aktivliyin yeni mərhələsi ərəfəsində normal istirahət etməyi unutmayın.

Balıqlar - günün ilk yarısından etibarən baş verənləri anlamağa çətinlik çəkəcəksiniz. Qohumlar və ya dostların yardımlarına ehtiyac duya bilərsiniz. Dəyər verdiyiniz insanlarla təmaslarda diqqətli, qayğıkeş olun.
Günün ikinci yarısında emosiyalarınızı cilovlayın. Çətin situasiyada hissə qapılmayın. Qarşılıqlı iradlar köhnə problemlərdən birini daha da ağırlaşdıra bilər. Qısqanclıq və inamsızlığın artmasına rəvac verməyin. Məişət məsələləri ilə bağlı kəskin mübahisələrə başlamayın. 
İstənilən mübahisənin kompromis həlli var.


XƏBƏR LENTİ
16:03 | Çavuşoğlu: Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək 15:39 | “Bir səbəb yetər ki, efirdən gedim” - Nanə Ağamalıyeva 15:11 | Əli Əsədovdan yeni TƏYİNATLAR 14:58 | Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artıb 14:03 | Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında 13:30 | Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI 13:09 | İrəvanda atışma olub 12:34 | Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO 11:45 | “TAP Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır” 11:22 | Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır 11:03 | Alimlər açıqladı: Çini daha bir bəla gözləyir 10:45 | Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var 10:13 | 2019-cu ildə “Bank Respublika”nın xalis faiz mənfəəti 41 milyon manat olub 09:53 | Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək 22:30 | Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq etdi: Bu restoranlara getməyin! 22:15 | Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi 21:40 | Bu tarixdən tələbələrin köçürülməsinə başlanılır 21:39 | Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu 21:20 | DYP sürücülərə qarşı “karusel” əməliyyatının səbəbini açıqladı - RƏSMİ 21:00 | Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir" 17:20 | Ard-arda ölümlər baş verən Ağciyər İnstitutu - Xəstələrə verilən bərbad yeməklər, kəskin qoxulu palatalar... 17:07 | Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir