Qaynarxətt: (+99470) 997 11 77
Xüsusi reportajlar
Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü.
Respublika Veteranlar Təşkilatında
ARİF SƏLIMOVUN QIZI ZƏHRA BALANIN AD GÜNÜNDƏ BİZDƏ QONAĞ OLDUĞ.AD GÜNÜNDƏN İSTİ GÖRÜNTÜLƏRI XEBEREKSPRESS.AZ SAYTINDA SİZDƏ İZLƏYİN
Ağstafada baxça Müdürəsi  jurnalistə hücum etdi - Video
Məmmədov Qara Məhərrəm oğlu  Zəngilan - Qubadlı sakinləri ilə görüşlər keçirmişdir.
Şuşa Dövlət Musiqili Dram Teatrinda Azərbaycan Rəssamlar İB-nin üzvləri Elnurə və Aygun bacılarının təşəbbüsü ilə 20 YANVAR faciəsinə həsr olunmuş tədbir keçirildi.
Sumqayıtda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AYB-nin ” NATƏVAN” klubunda istedadlı şairə Zəkiyyə Elruh Pənahovanın “YARITORPAQ İNSAN” adlı kitabının təqdimatı keçirildi
Əziz və dəyərli Azərbaycan xalqı. Dostluğumda olan hər bir dost bir ananın səsinə səs verib dəstək olsun. Çox xahiş edirəm paylaşın ki, tez bir zamanda kömək edək. Bir gün siqaret, kontur istifadə etməyək. Həmin məbləğı hesaba köçürək.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş  “Gövhəri - laməkan” adlı  sərgi-tədbir keçirildi.
Prezdentin Sərəncamina Baxmayan FHN nin vətəndaşa biganəliyi
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
5-12-2019, 08:03 Oxunub: 53

Avantüralara, risklərə qatılmayın - Günün qoroskopu

Avantüralara, risklərə qatılmayın - Günün qoroskopu

 

Qoç - çətin, qarışıq gündür. Tapşırıqlarla sifarişlərin sayı artacaq. Tərəfdaş və ya şəriklərdən biri dəyişəcək. İşdə rəhbərliklə kəskin mübahisələr etməyin. Bilik və bacarıqlarınızı artırın. Təcrübənizdən yararlanın.
Günün ikinci yarısında peşəkar məziyyətlərinizi zənginləşdirin. Həddən artıq təşəbbüskar olmayın. Situasiyanı adekvat dəyərləndirin. İdeyalarınızın dərhal anlaşılacağına, dəstəklənəcəyinə ümid etməyin. 
Axşam saatları mühüm görüş üçün əlverişli deyil.

Buğa - əvvəlcədən hazırladığınız plana riayət edin. Qəfil təkliflərə aldanmayın. Avantüralar deyilənlərin tam tərsinə olaraq, gəlir vəd etmir. Nizamsız fəaliyyət uğurlarınızı heçə endirə bilər.
Günün ikinci yarısında yeni sifarişin icrasına və ya layihənin reallaşdırılmasına başlamaq olar. Gərəkli nəticəni əldə etmək üçün aktiv olun. Cədlərinizin effektiv alınması üçün proseslərlə bağlı mümkün qədər çox məlumat toplayın.
Yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım edəcək.
Hisslərin etirafına tələsməyin.

Əkizlər - səhər saatları harmonikdir. Qarşıya qoyduğunuz məqsədə çatmaq üçün mövcud imkanlardan və münasib vasitələrdən istifadə edin. Kənar təsirlər işinizdə fəsadlar yarada bilər.
Günün ikinci yarısında şübhə, narahatlıq, təşviş yaranacaq. Bədbinliyə qapılmayın. 
Daşınmaz əmlak və maliyyə məsələləri axşam saatlarında narazılıq, qıcıq yaradacaq. Qohumlarınızın eqoist davranışlarına sinirlənməyin.

Xərçəng - intuisiyanıza güvənin. Hərdəmxayal olmayın, illüziyaları reallıq saymayın. Cari şəraitin diqtə etdiyi məsələlərin həllini ləngitməyin. Çətinlikləri aradan qaldırmaq üçün təxirəsalınmaz, təcili qərarlar verin.
Günün ikinci yarısında vədlərinizi və öhdəliklərinizi unutmayın. Rutinlikdən qurtulmaq üçün kreativ ideyalardan faydalanın.
Axşam saatlarında hisslərə qapılaraq emosiyaların əsrinə çevrilməyin. Fikirlərinizi daha aydın şəkildə izhar edin.

Şir - yaxın ətrafınızdakı insanlarla dil tapmaq üçün bu gün çalışmalı, səy göstərməli olacaqsınız. Sizi düzgün anlamır, layiq olduğundan az dəyər verir, hətta arabir inanmırlar da. Yaxınlarınız və dostlarınız sizə ifrat tələbkar insanlar təsiri bağışlayır. Onların sizdən nə gözlədiklərini anlaya bilməycəksiniz.
İş yerində, təhsil müəssisəsində və evdəki mübahisələr sizə yaxşı təsir etməyəcək, əhvalınızı korlayacaq.

Qız - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.
Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.

Tərəzi - hadisələri tələsdirməyin, tam formalaşmamış situasiyalara kobud müdaxilələr etməyin. İşləri tez başa vurmaq üçün mütəxəssislərin yardımlarından istifadə edin. Yaxşı çalışsanız, gəlirləriniz pis olmayacaq.
Günün ikinci yarısında işgüzar təmaslarda sakit, soyuqqanlı olun. Diplomat təki davranın. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var. Görəcəyiniz işin ödənişini istəyəndə məbləği realistcəsinə formalaşdırın. Gərgin vəziyyətdə emosiyalarınıza hakim olun.

Əqrəb - yetərincə sakit zamandır. Çox enerji tələb edən işin icrasına başlamazdan əvvəl imkanlarınızı, potensialınızı olduğundan artıq saymayın. Qüvvənizin bəs edəcəyi işlə məşğul olun. Prosesin aralıq mərhələsində yaşam tonusunuzun azaldığınızı hiss edəcəksiniz.
Günün ikinci yarısında ailədəki gərgin durum əsəblərinizi tarıma çəkə bilər. İşgüzar fəallığınızı artırın.
Axşam saatları romantik anlar vəd edir.

Oxatan - risklərdən qorxmayın. Eksperimentlərə başlamaq olar. Cəsur addımlar atın. Amma avantürist olmayın, tələsik qərarlar verməyin. Məqsədə çatmaq üçün mövcud şəraitin imkanlarından istifadə edin. Rəqibləri üstələmək üçün bütün vasitələrə əl atın.
Günün ikinci yarısında tərəfdaş və şəriklərlə kollektiv fəaliyyət uğur vəd edir. Mübarizə sərtləşəcəyindən diqqətli davranın. Həddən artıq risk etsəniz, malik olduğunuzu itirə bilərsiniz.
Axşam saatlarında normal istirahət edin.

Oğlaq - gərgin, hadisələrin əvvəlcədən təxminlənməsinin çox çətin olacağı gündür. Yeni sifariş və ya tapşırıq xeyli vaxtınızı ala bilər. Problemlərin həlli üçün kimsədən yardım gözləməyin. Köməyə bel bağlamayın.
Günün ikinci yarısında indiyədək qazandığınız təcrübələr karınıza gələcək. Karyera müstəvisində irəliləmək üçün soyuqqanlı, təmkinli qərarlar qəbul edin.
Müzakirələr və sənədləşdirmə işləri üçün əlverişli zaman deyil. Borc istəyənə pul verməyin. 
Axşam saatlarında pozitiv olun.

Dolça - məşğuliyyət istiqamətini seçərkən hisslərə əsaslanaraq qərar verməyin. Rasional, soyuqqanlı, praqmat olun. Həddən artıq fiziki qüvvə və vaxt tələb edən işi müvəqqəti təxirə salmaq mümkündür. 
Daha çox gəlir əldə etməyə can atın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla məsləhətləşəndən sonra layihəni icra etməyə, sifarişi yerinə yetirməyə başlayın. Əlavə təmaslara meylli olmayın. Həlli təcili olmayan problemin çözülməsini sabaha saxlayın.
Axşam saatlarına tanımadığınız yerə təkbaşına yollanmayın.

Balıqlar - ətrafınıza diqqətlə nəzər salın. Baş verənlər diqqətinizdən yayınmasın. Avantüralara, risklərə qatılmayın. Təxribatlara aldanmayın. Mövcud qaydalara riayət edin, qanunları pozmayın.
Günün ikinci yarısında fəaliyyətinizdə ciddi səhvə yol verməmək, düşünülməmiş addımlar atmamaq üçün tələskən olmayın. Rəqibləriniz pusquya yatıblar, ehtiyatlı davranın. 
Opponentlərlə təmaslarda mövqelərinizdən geri çəkilməyin.
Axşam saatları aqressiya və ya manipulyasiyalar üçün deyil.

XƏBƏR LENTİ
15:11 | Əli Əsədovdan yeni TƏYİNATLAR 14:58 | Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac artıb 14:03 | Prezident İlham Əliyevin Davos Dünya İqtisadi Forumundakı iştirakının siyasi-iqtisadi əhəmiyyəti haqqında 13:30 | Azərbaycanda koronavirusla bağlı xüsusi palatalar ayrılan xəstəxanaların adları açıqlandı - SİYAHI 13:09 | İrəvanda atışma olub 12:34 | Bütün Azərbaycan bu polis leytenantından danışır - Görün nə etdi... / FOTO 11:45 | “TAP Cənub-Şərqi Avropa ölkələri üçün mühüm əhəmiyyət daşıyır” 11:22 | Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır 11:03 | Alimlər açıqladı: Çini daha bir bəla gözləyir 10:45 | Türkiyədəki dəhşətli zəlzələlər Azərbaycanda gözlənilir? - Bu zonalarda təhlükə var 10:13 | 2019-cu ildə “Bank Respublika”nın xalis faiz mənfəəti 41 milyon manat olub 09:53 | Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək 22:30 | Səhiyyə Nazirliyi əhaliyə xəbərdarlıq etdi: Bu restoranlara getməyin! 22:15 | Dəmir yolunda virusla bağlı tədbirlər gücləndirildi 21:40 | Bu tarixdən tələbələrin köçürülməsinə başlanılır 21:39 | Vladimir Putin azərbaycanlı biznesmendən işçilərinə nə qədər maaş verdiyini soruşdu 21:20 | DYP sürücülərə qarşı “karusel” əməliyyatının səbəbini açıqladı - RƏSMİ 21:00 | Elxan Məmmədov: "Futbolçu qəlyan çəkməməlidir" 17:20 | Ard-arda ölümlər baş verən Ağciyər İnstitutu - Xəstələrə verilən bərbad yeməklər, kəskin qoxulu palatalar... 17:07 | Polkovnik: Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılmasına xidmət edir 16:51 | Deputatlığa namizəd Əzizov Əzizxanın Vətəndaşlarla görüşü. 16:45 | Süleymaninin öldürülməsi əməliyyatına rəhbərlik etmiş yüksək rütbəli ABŞ zabiti qətlə yetirildi