Qaynarxətt: (+99470) 997 11 77
Xüsusi reportajlar
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
3-12-2019, 14:03 Oxunub: 44

Hava kəskin soyuyur: külək, yağış, qar - XƏBƏRDARLIQ

Hava kəskin soyuyur: külək, yağış, qar - XƏBƏRDARLIQ
 
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 10-13, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın yağmursuz olacağı, lakin axşam bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyinin axşam şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 4-dən 5-i axşamadək cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, temperaturun 3-5 dərəcə aşağı enəcəyi gözlənilir.

Respublikanın rayonlarında isə dekabrın 4-ü axşamdan 6-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. 
Havanın temperaturu dekabrın 5-də 3-5 dərəcə aşağı enəcək.
XƏBƏR LENTİ
14:45 | Sabaha olan hava proqnozu AÇIQLANDI 14:16 | Hüquq müdafiəçiləri Əfv Komissiyasına kimlərin adını təqdim edəcəklər? - Siyahıda 19 nəfərin adı var 13:29 | Qarabağ danışıqlarının dalana girməsi fonunda hərbi amil yenidən öndə - GƏLİŞMƏ 13:09 | Ermənistanı ən kritik il gözləyir - 2020 bahalaşma ilə gəldi 12:47 | Bakının bu ərazilərində su olmayacaq 12:28 | Məmmədov Qara Məhərrəm Oğlu 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin Deputatlığa namizədi 12:00 | Azərbaycanda işsizlərin sayı da açıqlandı 11:40 | Zümrüd daşının insan sağlamlığına mühüm faydası 11:20 | İlham Əliyev Vahid Ələkbərovla razılığa gəldi 11:00 | "Səbail" klubu heyətinə yeni futbolçu cəlb edib 10:40 | Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb 10:20 | Görmə qabiliyyəti olan tank sınaqdan keçirildi 10:00 | Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub - FOTO 22:30 | Prezident İlham Əliyev Mixail Qusmanı təbrik edib 22:00 | Erməni aktrisa Mantaşyanla eyni səhnəyə çıxmayan azərbaycanlı tenoru müdafiə etdi: “Onu aldatdılar” 21:40 | Qarabağ”ın futbolçusuna Türkiyə, İtaliya, Fransa klubları “elçi düşdü” 21:20 | “Tufandağ” və “Şahdağ” MDB-nin ən yaxşı kurortların TOP-10-luğunda 21:00 | Bakıda “əlil maşını” ilə təhlükə yaradan sürücü barədə araşdırmalara başlandı - RƏSMİ 18:31 | Azərbaycan Davos Forumunun çox nüfuzlu üzvlərindən biridir - TƏHLİL 18:17 | Müsəlman ölkəsi yenidən AYAĞA QALXDI: 460 ölü, 19 min yaralı 18:02 | Bakıda idman zalında - Cinayət 17:43 | Azərbaycan əhalisi ötən il ən çox nəyə pul xərcləyib?