Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
19-11-2019, 13:03 Oxunub: 32

Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN – VİDEO

Bakı metrosunda qapıları tutan 20 sərnişin cərimələndi – Hərəsi 50 AZN – VİDEO
 
 

Xüsusən günün pik saatlarında metroda qatarların gecikməsi, ləngiməsi müşahidə olunur. Buna isə müstəlif səbəblər göstərilir. Sən demə daha bir səbəb isə insan amilidir.

Bəzi sərnişinləri qatar qapılarını 5-10 saniyə tutub saxlaması ümumi hərəkətə təsir göstərir. Bu da qatarlar arasında intervalın artmasına gətirib çıxarır.


Məsələnin ciddiliyini nəzərə alaraq ARB TV-nin "Günə Doğru" kollektivi bu problemi geniş süjet ətrafında işıqlandırıb.
Sakin: "Bir səhər dərsə gedəndə, bir də ki, axşam vaxtı 5-dən sonra çox sıxlıq olur”.

Etibar İsayev – Xidmət rəisi: "Qatarda, salonda elan olunursa ki, qapılar bağlanır, bu elandan sonra qatardan düşmək-minmək olmaz. Təəssüflər olsun ki, bu elandan sonra da bizim sərnişinlərimiz bəzi hallarda çalışırlar ki, nəyin bahasına olursa_olsun qatara tez minsin, növbəti qatarı gözləmək istəmirlər. Bu səbəbdən qapıların bağlanmasına mane olurlar, qapıların bağlanması ləngiyir”.

Qatar stansiyadan gec çıxanda isə tuneldə digər qatarlarla rastlaşmaması üçün sürətini azaldır.
Etibar İsayev – Xidmət rəisi: "Qatar başlanğıc stansiyadan sonuncu stansiyaya kimi hardasa 13-15-20 stansiya qət edir. Hər stansiyada bu qatara sərnişin tərəfindən 5-10 saniyə gecikmə olsa, nəticədə bu qatar 2-3 dəqiqə gecikmə ilə gələcək”.

Nazirlər Kabinetinin "Metrodan istifadə qaydaları”na əsasən qapını tutub qatarı gecikdirmək sərnişinin cərimələnməsi ilə nəticələnə bilər. Bu il ərzində həmin qaydaları pozan 20 sərnişin müəyyən olunaraq 50 manat məbləğində cərimələnib.

Elşad Hacıyev – BŞPİ mətbuat xidmətinin rəisi: ""Ehtiyyatlı olun, qapılar bağlanır” elanından sonra vaqonun salonuna daxil olmaq, eləcə də vaqonun qapılarını tutub saxlamaqla vaqona minmək və ya vaqondan düşmək qadağandır. Qatarın yola düşməsini ləngitmək inzibati xətadır, "Metropolitendən istifadə qaydaları”nın pozulması kimi qiymətləndirilir”.

Qapıları tutub qatarı gecikdirənlər təkcə cərimə qorxusundan deyil, bir qatar dolu insanın evə-işə gecikməsinə səbəb olmaqdan çəkinməlidir.


XƏBƏR LENTİ
16:35 | Yeni Suraxanıda yol təmirinə 7,8 milyon manat ayrıldı - SƏRƏNCAM 16:21 | Yeni Zelandiyada vulkan püskürdü - 5 nəfər öldü, itkin düşənlər var 16:07 | Vilayət Eyvazov polis mayoruna vəzifə verdi 15:33 | SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var 15:19 | “Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir? 14:52 | 2019-cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər - Siyahı 14:32 | Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama 14:09 | Ölkəmiz Vyetnamda xeyriyyə yarmarkasında təmsil olunub 13:57 | Sabah bu ərazilər işıqsız qalacaq - "Azərişıq"dən XƏBƏRDARLIQ 13:20 | “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu 12:49 | İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi - FOTO 12:15 | Seçkiyə qatılacaq partiya sədrləri: - Deputat olmaq istəyənlərin SİYAHISI 11:34 | Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb 11:22 | 2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ 10:14 | Azərbaycanda 30 şirkət ləğv edildi - SİYAHI 09:58 | Qar yağacaq, güclü külək əsəcək - Həftənin ilk gününün havası 09:43 | Milli futbolçumuzun ailəsində DƏHŞƏT – Bacısı intihar etdi 09:31 | Uşaqları yersiz müayinə edib, şüalanmaya məruz qoymaq... Pediatrdan XƏBƏRDARLIQ 09:06 | Deputatların aldığı məvacib – Maaş, bayrampulu, tətilpulu, pensiya… – Kimə nə qədər düşür? 00:17 |  Məşhur xanəndə -Xalq artisti Hacibaba Hüseynovun nəvəsi Fatimə Hüseynova bir müddətlik fasilədən sonra yenidən səhnəyə qayitdi.-VİDEO 17:24 | Azərbaycanlı idmançıların başına dəhşətli hadisə gəldi - Təfərrüat 17:12 | İnəkləri danışdıran, korlara “üçüncü göz” yaradan, axtarışda olan təriqət lideri yeni dövlət yaratdı