Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
6-02-2018, 16:54 Oxunub: 291

Son dörd ildə Balakən rayonunun iqtisadiyyatına 96 milyon manat investisiya yönəldilib

Son dörd ildə Balakən rayonunun iqtisadiyyatına 96 milyon manat investisiya yönəldilib

Sosialyönümlü “Ailə Biznesinə Asan Dəstək” – “ABAD” layihəsi çərçivəsində 2017-ci ildə Balakən rayonunda 12 ailə zəruri istehsal avadanlığı ilə təchiz edilmiş monoblok-konteynerlərlə təmin olunub. Ötən il bu konteynerlərdən 8-də 62 min manat dəyərində 7,3 tondan çox cem, mürəbbə və povidla istehsal edilərək, satış üçün Bakı şəhərinin ticarət şəbəkələrinə göndərilib. Konteynerlərdə 8 ailənin 28 nəfər üzvü işə cəlb edilib. Digər 4 konteynerdə məhsul istehsalı test edilib və artıq kütləvi istehsala başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə fevralın 6-da Balakəndə 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarının, sənətkarların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin hesabat məruzəsində bildirilib ki, 2017-ci il Balakən rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri ilə əlamətdar və yaddaqalan olub. Avqustun 3-də reallaşan səfər zamanı dövlətimizin başçısı Balakən şəhərində Bayraq Muzeyinin, “ABAD Mərkəzi”nin, “Balakən-1” kiçik su elektrik stansiyasının, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışında iştirak edib.

Diqqətə çatdırılıb ki, 2017-ci ildə Balakən rayonunda ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 35,9 faiz artaraq 196,2 milyon manat olub. Hesabat dövründə rayonda 69,6 milyon manat dəyərində kənd təsərrüfatı və 7,6 milyon manatlıq sənaye məhsulları istehsal edilib, 43,7 milyon manatlıq tikinti işləri görülüb. Aqrar sahədə məhsul istehsalı 2016-cı illə müqayisədə 11,2 faiz, tikinti işlərinin həcmi isə 4,9 dəfə artıb. 2017-ci ildə rayon iqtisadiyyatına 52,4 milyon manat investisiya qoyulub. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsindən ötən 4 il müddətində isə rayon iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 96 milyon manat olub. 2017-ci ildə rayonda 927-si daimi olmaqla 1469 yeni iş yeri açılıb.

Hesabat dövründə Balakəndə mövcud iqtisadi potensialdan səmərəli istifadə edilməsi, ixracyönümlü sahələrin inkişafı diqqət mərkəzində saxlanılıb. Ötən il rayonda 11 ton barama istehsal olunub. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon ərazisində 131,5 min ədəd tut tingi əkilib. Balakənli fermerlər ötən il 528 hektar sahədə tütün yetişdirib, 317,4 ton quru tütün istehsal ediblər. 2017-ci ildə rayonda 1666 hektar sahədə yeni fındıq bağları salınıb.

Qeyd olunub ki, qarğıdalı bitkisinin əkin sahəsinə görə Balakən rayonu keçən il respublikada yenə də birinci yerdə qərar tutub. Balakənli fermerlər ötən mövsüm 43 min tondan çox dən qarğıdalı istehsal ediblər.

2017-ci ildə Katex kəndində “Balxurma” MMC-nin meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinin və anbar binasının tikintisi başa çatdırılıb, burada yüzdən çox sakin işlə təmin edilib. İndiyədək müəssisədə 300 ton quru meyvə istehsal olunub.

Məruzədə, həmçinin 2017-ci ildə rayonda həyata keçirilən təmir-tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, hesabat ilində Sarıbulaq və Mahamalar kəndlərində modul tipli məktəb binalarının tikintisi başa çatdırılaraq şagirdlərin istifadəsinə verilib. Şərif kəndində 360 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilib. Prezident İlham Əliyevin rayona səfərindən sonra imzaladığı sərəncamlarla ayrılmış maliyyə vəsaiti ilə Balakən şəhərində Uşaq İncəsənət Məktəbinin yeni binasının, Balakən-Qazbinə-İtitala avtomobil yolunun, Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 35 kilometr olan Zaqatala-Balakən-Mazımçay hissəsinin tikintisinə başlanılıb.

Müşavirədə, həmçinin 2017-ci ildə əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib. Bildirilib ki, 2018-ci ildə baramaçılıq üzrə hədəf 25 ton müəyyən edilib. Tütün əkini sahələrinin artırılaraq 550 hektara çatdırılması, 1700 hektar sahədə yeni fındıq bağlarının salınması planlaşdırılır.

Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rüfət Əliyev, Milli Məclisin deputatları Kamilə Əliyeva, Nəsib Məhəməliyev çıxış edərək 2017-ci ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlar barədə danışıb, tövsiyələrini bildiriblər.
XƏBƏR LENTİ
17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu 17:33 | İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi 17:21 | Musa Quliyev: "İcbari tibbi sığorta gələn ildən fəaliyyətə başlayacaq" 17:06 | Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı 16:46 | Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Yaralılar var 16:33 | Hadi Rəcəbli bu yaşadək uşaqlara veriləcək puldan DANIŞDI 15:58 | Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB 15:38 | Bakıda qayınanasının başına butulka çırpıb öldürən gəlinin FOTOSU - DƏHŞƏTLİ FAKTLAR 15:19 | Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı... - FOTO 14:53 | Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir? - TƏHLİL 14:40 | Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır - ABŞ KİV 14:03 | “Əsrin müqaviləsi” bizə nə verdi, nə verir və nələr verəcək? - TƏHLİL 13:46 | Sabahın havası: şimşək, dolu, sulu qar 13:06 | İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə 12:30 | Ali dini lider ordunun krallığa hücumuna razılıq verib - ABŞ mediası 12:12 | Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu 11:05 | SON DƏQİQƏ - Bakıda ağır yol qəzası - Ölən və yaralılar var 10:48 | Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: Generallardan İsmayılova sayğı 10:33 | TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək 10:19 | Dünya birjalarında neft BAHALAŞDI 10:07 | CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi