Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
12-11-2019, 15:50 Oxunub: 14

Prezidentin bu gün təyin etdiyi icra başçısı Ağdərədə güllə yarası alıb - FOTO

Prezidentin bu gün təyin etdiyi icra başçısı Ağdərədə güllə yarası alıb - FOTO
 
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xətai rayonuna yeni icra başçısı təyin edib. 

Xeberekspress.az xəbər verir ki, bu vəzifəyə təyinat alan Quliyev Rafiq Çəpərxan oğlu bundan əvvəl Xətai İcra Hakimiyyəti Başçısının 1-ci müavini vəzifəsində çalışıb. 
O, 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb, müharibə veteranıdır. 

Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb, Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

Müxtəlif illərdə Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, müfəttiş-inspektor, həmin şöbənin müdiri vəzifələrində çalışıb. 2012-2013-cü illərdə Başçının müavini, 2013-cü il dekabrından isə başçının 1-ci müavini kimi işləyib. 
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, Xətai rayonunun keçmiş icra başçısı Razim Məmmədov 2018-ci ilin dekabrın 13-də prezident İlham Əliyevin sərəncamı əsasında vəzifəsindən azad edilmişdi. 11 ay idi ki, icra başçısı vəzifəsini müvəqqəti olaraq elə Rafiq Quluyev icra edirdi.
XƏBƏR LENTİ
16:51 | Prezidentin iki köməkçisi Dövlət Neft Fondu Müşahidə Şurasında təmsil olunacaq 16:35 | Yeni Suraxanıda yol təmirinə 7,8 milyon manat ayrıldı - SƏRƏNCAM 16:21 | Yeni Zelandiyada vulkan püskürdü - 5 nəfər öldü, itkin düşənlər var 16:07 | Vilayət Eyvazov polis mayoruna vəzifə verdi 15:33 | SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var 15:19 | “Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir? 14:52 | 2019-cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər - Siyahı 14:32 | Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama 14:09 | Ölkəmiz Vyetnamda xeyriyyə yarmarkasında təmsil olunub 13:57 | Sabah bu ərazilər işıqsız qalacaq - "Azərişıq"dən XƏBƏRDARLIQ 13:20 | “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu 12:49 | İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi - FOTO 12:15 | Seçkiyə qatılacaq partiya sədrləri: - Deputat olmaq istəyənlərin SİYAHISI 11:34 | Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb 11:22 | 2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ 10:14 | Azərbaycanda 30 şirkət ləğv edildi - SİYAHI 09:58 | Qar yağacaq, güclü külək əsəcək - Həftənin ilk gününün havası 09:43 | Milli futbolçumuzun ailəsində DƏHŞƏT – Bacısı intihar etdi 09:31 | Uşaqları yersiz müayinə edib, şüalanmaya məruz qoymaq... Pediatrdan XƏBƏRDARLIQ 09:06 | Deputatların aldığı məvacib – Maaş, bayrampulu, tətilpulu, pensiya… – Kimə nə qədər düşür? 00:17 |  Məşhur xanəndə -Xalq artisti Hacibaba Hüseynovun nəvəsi Fatimə Hüseynova bir müddətlik fasilədən sonra yenidən səhnəyə qayitdi.-VİDEO 17:24 | Azərbaycanlı idmançıların başına dəhşətli hadisə gəldi - Təfərrüat