Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
9-11-2019, 14:40 Oxunub: 19

Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan satıcılar cərimələndi

Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan satıcılar cərimələndi
 

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.

 


 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində C.Məmmədquluzadə, H.Babaşov və 3-cü Mədən küçələrində yerləşən 3 mağazada satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.


Həmin mağazaların satıcıları – F.Şahbazov, M.Əliyev və E.Vəliyevin barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.


XƏBƏR LENTİ