Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
9-11-2019, 11:06 Oxunub: 7

Baş nazirdən Dövlət Gerbi ilə bağlı QƏRAR

Baş nazirdən Dövlət Gerbi ilə bağlı QƏRAR
 

Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Redaktor.az-ın xəbərinə görə, qərara əsasən, "Azərbaycan Respublikası Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması Qaydası” təsdiq olunub.

Bu qayda "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” qanunun 6.2-ci maddəsinə əsasən hazırlanıb və Dövlət Gerbinin qabarıq təsvirinin istehsalı və vurulması qaydasını müəyyən edir.

Dövlət Gerbinin qabarıq təsviri, ölçüsündən asılı olmayaraq, onun Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1332-VKQ nömrəli Konstitusiya Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Gerbinin Təsviri”nə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

Dövlət Gerbinin qabarıq təsviri "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsinə əsasən Dövlət Gerbinin qabarıq təsvirindən istifadə hüququ olan subyektlərin sifarişi əsasında hazırlanır.

Dövlət Gerbinin qabarıq təsvirinin hazırlandığı materiallara dair tələblər müvafiq dövlət standartları ilə müəyyən edilir.

Dövlət Gerbinin qabarıq təsviri vurulacağı yerdən və ya istifadə məqsədindən asılı olaraq müxtəlif ölçülərdə ola bilər.

Dövlət Gerbi hazırlanan zaman təhrifə yol verilməməsi məqsədilə alovun qırmızı rənginin "Panton” rənglər kataloqunun "Pantone Red 032C” rəng koduna, palıd budaqlarının yaşıl rənginin "Pantone 7729C” rəng koduna, sünbüllərin sarı rənginin "Pantone 7548C” rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin "Pantone 111C” rəng koduna uyğunluğu təmin edilir.

Dövlət Gerbinin qabarıq təsviri "Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1511-VQ nömrəli Qanununun 6-cı maddəsində sadalanan şəxslərin xidməti otaqlarında iş masasının arxa divarının ortasında, divarın hündürlüyünün 2/3 səviyyəsində vurulur.

Dövlət Gerbinin qabarıq təsviri Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclas salonunda və Azərbaycan Respublikasının bütün məhkəmələrinin iclas salonunda sədrlik edənin arxasında divardan vurulur.


XƏBƏR LENTİ
09:35 | Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb 09:10 | Evini satmaq istəyənlərə ŞAD XƏBƏR 08:54 | "Yuventus" Ronaldonu cərimələyəcək? 08:37 | Dostların yardımından, təcrübəli həmkarlarınızın məsləhətlərindən imtina etməyin - Günün qoroskopu 08:07 | Mali ordusu İŞİD terroçularına hücum edib 07:55 | Azərbaycanda Konstitusiya günü qeyd olunur 15:47 | Beş gün dərs olmayacaq 15:44 | Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır 15:41 | “Sərxoşlar ölkəsi” bəlli oldu 15:37 | "Yüz dəfə deyilib-təmiz işləyin! Amma yüz milyonlarla oğurlayırlar!" - Prezident məmurlara hirsləndi 15:35 | Bakı Dövlət Sirki bərbad haldadır - FOTO 14:08 | Dəhşətli qətllə bağlı DİN və prokurorluqdan BİRGƏ MƏLUMAT 13:42 | "Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat 12:48 | Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı 12:32 | Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək. 12:10 | Dünya azərbaycanlılarını birləşdirən Əsas Qanun - Konstitusiya Günü ərəfəsində 11:30 | Türkiyəni "Patriot"larla təhdid edən İspaniyadan - Qərar 11:11 | Məşhurlarımızın efirlərdə “dombalaq aşması”, “ağzıgöyçəkliyi” və “qucaq” şousu 10:49 | Suriyada silahlılar Hələbi atəşə tutdular 10:34 | Azərbaycanda valyuta dəyişmə məntəqəsində QƏTL 10:21 | Lukaşenko son 3 ildə ilk dəfə Avropa ölkəsinə gedəcək 13:00 | Sumqayıt şəhərində möhtəşəm BAYRAQ BAYRAMI: