Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
8-11-2019, 22:10 Oxunub: 86

Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi

 Abşeronda 10 minə yaxın insanın iştirakı ilə Dövlət Bayrağı Günü qeyd edildi
 

Dövlət Bayrağı Günü münasibətilə Abşeron rayonun inzibati mərkəzi olan Xırdalan şəhərində ümumrayon tədbiri keçirilib. Xeberekspress.az xəbər verir ki ,tədbirdən əvvəl Xırdalan Musiqi Məktəbinin binasının qarşısından Bayraq Meydanına qədər ümumrayon yürüşü düzənlənib.

Milli musiqimizin sədaları altında rayonun minlərlə sakini şəhərin Heydər Əliyev prospekti, Zərifə Əliyeva, Qalubiyyə küçələrindən keçməklə ümummilli liderin adını daşıyan parkdakı Bayraq Meydanına doğru hərəkət ediblər. Bayram tədbirində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hər il olduğu kimi bu ildə Abşeron Rayon İcra Hakimiyyəti Bayraq Gününün təntənə ilə qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb. Builki bayram yürüşü 10 min insanın iştirakı ilə yadda qalıb. Bayram münasibətilə bütün yaşayış binaları üçrəngli bayrağımızla bəzədilib. Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.

Tədbirdə bildirilib ki, bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir. Məhz Ulu Öndərin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb.

Bayram tədbirində respublikanın tanınmış incəsənət ustaları vətənimizə, bayrağımıza həsr olunan mahnılar ifa ediblər. Uşaq Musiqi və İncəsənət məktəblərinin çıxışı maraqla qarşılanıb. Ədəbi bədii kompozisiyalar nümayiş olunub.

 

 


XƏBƏR LENTİ
11:08 | Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ 10:45 | Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb 10:31 | Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB 10:17 | Baş nazirdən yeni - QƏRAR 10:04 | Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank 09:45 | Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır 23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI 13:30 | "WhatsApp" bu telefonlarda işləməyəcək