Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
8-11-2019, 16:30 Oxunub: 14

"8-ci sinif şagirdinin başı kəsilməsi xəbəri yalandır, təxribat məqsədli paylaşımdır"- Kəmalə Ağazadə bəzi saytları qınadı

"8-ci sinif şagirdinin başı kəsilməsi xəbəri yalandır, təxribat məqsədli paylaşımdır"- Kəmalə Ağazadə bəzi saytları qınadı
 

Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə bildirib ki, müxtəlif saytlardan bu video bizə də göndərildi: "Daha çox "İnstaqram"da paylaşılan informasiyalar idi. Mən dərhal Şəmkir rayonundakı mərkəzimizlə əlaqə saxladım. Onlar belə bir hadisənin olmadığını söylədilər. Mən paralel olarak Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi əlaqə saxladım. Ümumiyyətlə, bu günlərdə belə bir hadisə baş verməyib. Araşdırmamıza görə bu bir neçə il bundan öncə çəkilən videodur. Bu hadisənin Şəmkirdə olması təsdiqini tapmayıb. Ümumiyyətlə bu hadisənin harada baş verməsindən asılı olmayaraq, onu bu gün yaymaqda məqsəd hansısa bir təxribatı törətməkdir. Sadəcə mən üzülürəm ki, ölkənin tanınmış saytları məlumatı araşdırmadan, dəqiqliyini araşdırmadan dərhal paylaşırlar".

 

Kəmalə Ağazadə vurğulayıb ki, bu videolar insanların şüuruna çox pis təsir edir: "Heç kim bunu anlamaq istəmir. Sadacə öz reklamları üçün bu cür məlumatları yayırlar. İnsanlara rəhmləri gəlsin. Belə bir hadisə bu günlərdə baş verməyib. Bu köhnə materialdır. Amma onun boğazının kəsilməsi, belə bir rəvayətin uydurulması faktı yoxdur. Qızın hamilə qalması məsələsi yalandır. Çox güman ki, bu məşiət zəminində baş verən qətldir. Hər nə olsa da, bəli, bu ağır cinayətdir. Amma bunu 8-ci sinif adı ilə bu cür xəbərlər yaymaq doğru deyil. Onsuz da qadınlarımıza qarşı çox böyük dirənişlər var. Nəyə görə azyaşlı qızlara qarşı bu cür ləkələr yaxırlar. Heç kim düşünmür ki, şüuraltı necə problemlər yaşanır. Bu yazılarla ata və qardaşlarda öz bacılarına, qızlarına qarşı inamsızlıq formalaşdırılır. Bunu anlamaq bu qədərmi çətindir?! Mən düşünürəm ki, bu cür xəbərlərin yayılmasında hansısa bir təxribat var".


XƏBƏR LENTİ
11:47 | Böyük savaşdan qaçmaq üçün İrəvanın tək bir yolu qalır - TƏHLİL 11:18 | İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” - Türk pomidorunun ümidinə qalan ermənilər... 11:08 | Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ 10:45 | Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb 10:31 | Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB 10:17 | Baş nazirdən yeni - QƏRAR 10:04 | Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank 09:45 | Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır 23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO