Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
8-11-2019, 10:52 Oxunub: 14

Bakı metrosunda ikimərtəbəli stansiyaların tikintisinə başlanıldı

Bakı metrosunda ikimərtəbəli stansiyaların tikintisinə başlanıldı
 
Bakı metrosunda Moskvada olduğu kimi, ikimərtəbəli metro stansiyası olacaq.

Bunu Report-a açıqlamasında "Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.
<iframe width="668" height="167" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_2" name="aswift_2" style="box-sizing: border-box; margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; font: inherit; vertical-align: baseline; max-width: 100%; left: 0px; position: absolute; top: 0px; width: 668px; height: 167px;"></iframe>

Ə.Osmanovun sözlərinə görə, gələcəkdə tikiləcək keçid stansiyaların hamısı ikimərtəbəli olacaq:"Gələcəkdə bizim bir neçə keçid stansiyalarımız olacaq ki, onların hamısı 2-3 mərtəbəli olacaq. Artıq "Həzi Aslanov” stansiyasında bunun bir qismini tikmişik və tikintini davam etdiririk.

Həmçinin, "Mavi xətt”in tikintisinə başlayanda "Bənövşəyi xətt”in "B-3” stansiyası, bundan əlavə, "Sarı xətt”i tikəndə "B-4” stansiyasında da ikimərtəbəli stansiyalar olacaq”.

"Bakı Metropoliteni” rəsmisi Bakıətrafı ərazilərə estakada üzərində quraşdırılan stansiyaların tikintisinin mümkün olduğunu açıqlayıb:
"Əgər siz Dubaydakı kimi, estakada üzərində olan stansiyaları nəzərdə tutursunuzsa, onu deyim ki, biz Sumqayıt, Şıxov, Ələt istiqamətinə metro çəkmək istəsək, bu formada edə bilərik. Çünki həmin yerlərdə Bakı şəhərində olduğu kimi sıxlıq yoxdur. Həm də bizim metro o qədər də böyük deyil.
<iframe width="668" height="167" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_3" name="aswift_3" style="box-sizing: border-box; margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; font: inherit; vertical-align: baseline; max-width: 100%; left: 0px; position: absolute; top: 0px; width: 668px; height: 167px;"></iframe>

Şəhərin bu günlük planına görə Cənab Prezidentin təsdiqlədiyi "Konseptual İnkişaf Sxemi”nə əsasən, biz bu stansiyaların sayını 75-ə çatdırmalıyıq. Biz stansiyaların sayını 75-ə çatdırana qədər şəhər genişlənəcək.

Hazırda şəhərin Pirallahı, Mərdəkan və Cənub istiqmaətində genişlənməsi gedir. Biz nümunəni Moskvadan götümrəliyik. Orada ildə 10-12 stansiya tikirlər. İlk olaraq stansiya tikilir sonra onun ətrafında mikrorayonlar salınır.

Metro olan yerdə evi tikib satmaq daha asan olur. Amma təəssüf olsun ki, bizdə bu metod işləmir. Hərə bir parça torpaq alır, evi tikir. Onun nə suyu, nə qazı, nə yolu, nə də metrosu yoxdur”.
XƏBƏR LENTİ
12:01 | Deputatdan büdcə təklifləri: “Yeni qızıl mənbələri axtarılsın, ev növbəsinin həlli ilə bağlı pul ayrılsın” 11:47 | Böyük savaşdan qaçmaq üçün İrəvanın tək bir yolu qalır - TƏHLİL 11:18 | İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” - Türk pomidorunun ümidinə qalan ermənilər... 11:08 | Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ 10:45 | Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb 10:31 | Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB 10:17 | Baş nazirdən yeni - QƏRAR 10:04 | Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank 09:45 | Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır 23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə