Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
8-11-2019, 10:49 Oxunub: 16

Quba filialında “Bayrağımız milli qürur mənbəyimizdir” adlı tədbir keçirilmişdir

 
 
7 noyabr 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş "Bayrağımız milli qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı cənab Ziyəddin Əliyev, Quba RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, filialın direktoru dosent Yusif Alıyev, tanınmış şair Ramiz Qusarçaylı, "Şəfəq” qəzetinin baş redaktoru Qəhrəman Qasımov, filialın professor- müəllim heyəti, filial əməkdaşları və tələbələr iştirak ediblər.
ADPU-nun Quba filialının İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. İlk olaraq çıxış üçün söz filialın direktoru dosent Yusif Alıyevə təqdim olunub. Dosent Yusif Alıyev çıxışında dəvəti qəbul edərək möhtəşəm bayram tədbirində iştirak edən Quba RİH başçısı cənab Ziyəddin Əliyevə xüsusi təşəkkürünü bildirərək, ona gənclərimizə, təhsilimizə göstərdiyi diqqət və qayğı üçün minnətdarlıq edib. Direktor həm də öz çıxışında bildirib ki: "Bu gün Azərbaycan xalqının dövlətçilik tarixində çox əlamətdar bir gündür. Şərqdə ilk demoktartik Respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin bayrağının 101 yaşını qeyd edirik. Azərbaycan bayrağı hər birimizin qəlbindədir. Bu bayraq bizim müstəqilliyimizin simvoludur. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Ulu öndərimizin Azərbaycan xalqına ən böyük xidmətlərindən biri də bayrağımıza olan qayğısı idi. O deyirdi: "Azərbaycanın bayrağı sadəcə bayraq deyil, o bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan Dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına sitayiş etsin, gərək bu bayraq hər bir ailənin tərkib hissəsi olsun”. Biz də təhsil müəssisəsi olaraq, Azərbaycan bayrağının yaşaması, ucalması, qorunması üçün öz əlimizdən gələni böyük şərəflə yerinə yetirməliyik.
Daha sonra çıxış üçün söz Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevə verildi. Ziyyəddin Əliyev öz çıxışında hər kəsi bayram münasibətilə təbrik edərək Azərbaycan respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir haqqında öz fikirlərini söyləyib. O bildirib ki, "Dövlət bayrağımız Respublikamızın dövlət qurumlarının və xarici diplomatik nümayəndəliklərimizin binaları üzərində ucalaraq dalğalanır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Z.Əliyev qeyd etdi ki, üçrəngli bayrağımız xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir və bunu özünün müqəddəs borcu kimi qəbul edir. Cənab prezidentimiz, ölkə başçımız demişdir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”. Sonda bizim gəncliyə ümidimiz çox böyükdür, əminəm ki, gənclər gələcəkdə dövlətimizin bütün atributlarını şərəflə qoruyacaq, bayrağımızı daim yüksəklərə ucaldacaqlar, - deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev filialın tələbə-müəllim heyətinə uğurlar arzuladı.
Sonra tədbirdə filialın dekan müavini, Pedaqoji və ictimai fənlər kafedrasının müəllimi, psixoloq Nübar Bayramova da çıxışında ölkəmiz üçün əlamətdar olan bayram günü münasibətilə təbrik edərək, dövlətimizin necə çətin yollarla, minlərlə şəhid və qazilərimizin canı-qanı bahasına əldə edilən müstəqilliyimizdən, müstəqilliyimizi şərəflə qoruyub bu günə çıxarmış ulu öndər Heydər Əliyevin ömür yoluna diqqət çəkib.
Sonra tədbirdə filial tələbələrinin iştirakı ilə hərbi keçid olmuşdur. Daha sonra tələbələrin ifasında bədii kompozisiyalar səsləndirilib. Ramiz Qusarçaylının "Azərbaycan Bayrağı” şeirinin ifa olunması, əsgər geyimində olan tələbə-gənclərin bayrağa Sədaqət andı içmələri tədbirə xüsusi möhtəşəmlik qataraq tədbir iştirakçılarına və qonaqlara böyük əhval-ruhiyyə bəxş etmişdir.


Quba filialında
Quba filialında
Quba filialında

XƏBƏR LENTİ
11:18 | İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” - Türk pomidorunun ümidinə qalan ermənilər... 11:08 | Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ 10:45 | Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb 10:31 | Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB 10:17 | Baş nazirdən yeni - QƏRAR 10:04 | Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank 09:45 | Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır 23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI