Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
7-11-2019, 11:12 Oxunub: 9

“Qarabağ” dördüncü dəfə APOEL-ə qarşı

 “Qarabağ” dördüncü dəfə APOEL-ə qarşı
 

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin IV turunun oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, F qrupunda dünən bir oyun baş tutub.

"Arsenal” Portuqaliyanın Qimaraynş şəhərində "Vitoria”nın qonağı olub. 1:1 başa çatan görüşdə London klubu ilk dəfə xal itirib. Autsayder olan meydan sahibləri isə ilk dəfə xal qazanıb

A, B, C, D, E və F qruplarındakı matçlar Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Saat 00:00-dan etibarən isə G, H, I, J, K və L qruplarının görüşlərinə start veriləcək. Yalnız sonuncu qrupdakı "Astana” – "Alkmaar” görüşü saat 19:50-də başlayacaq.

Təbii ki, bu gün bizi daha çox maraqlandıran A qrupudur. Çünki Azərbaycan çempionu "Qarabağ” Kiprin APOEL klubu ilə cari mövsüm dördüncü matçına çıxacaq. Tərəflərin Avroliqa çərçivəsində ilk matçı Bakıda 2:2 hesabı ilə başa çatıb.

Kiprdə baş tutacaq və avstriyalı referi Manuel Şütenqruberin idarə edəcəyi matçda "Qarabağ”ın heyətində xorvatiyalı mərkəz yarımmüdafiəçisi Filip Ozobiç və millimizin hücumçusu Mahir Emreli zədə səbəbindən oynamayacaq.

Yeri gəlmişkən, dünən Qurban Qurbanovun mətbuat konfransına heç bir jurnalist gəlmədiyindən, sözügedən tədbir baş tutmayıb (kiprli jurnalistlər maraq göstərməyib, klub azərbaycanlı media nümayəndələrini Kiprə aparmayıb – S.M.). Bununla belə, Qurban Qurbanov klubun rəsmi saytına öz fikirlərini bildirib: 

"Sabah rəqib həddindən artıq istəkli ola bilər. APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq.

Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda həm əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda çalışacağıq ki, maksimum diqqətli olaq”.

A qrupu

21:55 APOEL – "Qarabağ”
Nikosiya. "QSP Arena”

21:55 "Düdelanj” – "Sevilya”
Jozi Bartel adına stadion

1. Sevilya 9
2. Qarabağ 4
3. Düdelanj 3
4. APOEL 1


XƏBƏR LENTİ
15:47 | Beş gün dərs olmayacaq 15:44 | Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır 15:41 | “Sərxoşlar ölkəsi” bəlli oldu 15:37 | "Yüz dəfə deyilib-təmiz işləyin! Amma yüz milyonlarla oğurlayırlar!" - Prezident məmurlara hirsləndi 15:35 | Bakı Dövlət Sirki bərbad haldadır - FOTO 14:08 | Dəhşətli qətllə bağlı DİN və prokurorluqdan BİRGƏ MƏLUMAT 13:42 | "Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat 12:48 | Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı 12:32 | Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək. 12:10 | Dünya azərbaycanlılarını birləşdirən Əsas Qanun - Konstitusiya Günü ərəfəsində 11:30 | Türkiyəni "Patriot"larla təhdid edən İspaniyadan - Qərar 11:11 | Məşhurlarımızın efirlərdə “dombalaq aşması”, “ağzıgöyçəkliyi” və “qucaq” şousu 10:49 | Suriyada silahlılar Hələbi atəşə tutdular 10:34 | Azərbaycanda valyuta dəyişmə məntəqəsində QƏTL 10:21 | Lukaşenko son 3 ildə ilk dəfə Avropa ölkəsinə gedəcək 13:00 | Sumqayıt şəhərində möhtəşəm BAYRAQ BAYRAMI: 15:20 | Türkiyəli tanınmışlardan möhtəşəm Azərbaycan Dövlət Bayrağı Günü təbriki - VİDEO 15:00 | Prezidentə müraciət: “Dağılmış yolun yenidən qurulmasına kömək edin!” 14:40 | Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan satıcılar cərimələndi 14:20 | Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi: Tutulan var 14:00 | Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Putinin diqqətindədir 13:10 | Maye qazın daha sərfəli alternativi olan CNG-nin qiymətində dəyişiklik olmayacaq