Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
5-11-2019, 14:56 Oxunub: 17

Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldı

Elza Seyidcahanın ailəsinə qarşı dələduzluq: anası və bacıları evsiz qaldı
 

Əməkdar artist Elza Seyidcahanın anası fırıldaqçılıqla üzləşib.

Bu barədə Oxu.Az-a Əməkdar artist məlumat verib. 

O, ailəsinin üzləşdiyi xoşagəlməz hadisə ucbatından anasının və bacısının evsiz qaldığını söyləyib:

 

"2015-ci ildən biz anama qarşı dələduzluq törədən dəstəni axtarırdıq, amma tapa bilmirdik. Amma Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadənin köməyilə dəstənin bir üzvü ələ keçib.

Qrupun digər üzvlərinin axtarışı səbəbindən istintaq işi hələ də davam edir. Onlar da tezliklə tapılacaq və məsuliyyətə cəlb olunacaqlar. Anam bütün evləri satıb torpaq aldı ki, bacılarımla özünə ev tikdirsin və orada yaşasın. Hazırda dələduzların törətdiyi bu iyrənc əmələ görə bacılarım da evsiz qalıb.

Gəlib anamın başını tovlayıb, deyiblər ki, bizə torpaq sahəsini ver, əvəzinə sənə və qızlarına üç ev verərik. Onu da qeyd edim ki, anam torpaq sahəsində tikiləcək evin layihəsini də hazırlamışdı. Anam onların bu təklifinə razılıq verib, aldanıb. Fırıldaqçılar anama villa adı ilə üç sənədsiz həyət evi göstəriblər.

Evlərin sənədləri də saxta olub. Anam bu haqda bizə heç bir məlumat verməyib. Bizə sürpriz etmək istəyib. Anamın sadəlövhlüyündən istifadə edib başına bu oyunu açıblar. Mən də hüquq-mühafizə orqanlarına başımıza gələn xoşagəlməz hadisə ilə bağlı müraciət etdim”.

Seyidcahan redaksiyamızın əməkdaşı ilə söhbətində polis əməkdaşlarının araşdırması nəticəsində onlara qarşı cinayət törədən Rasim Məmmədov və dəstənin daha iki üzvünün saxlanıldığını və bir ay ərzində anasının ya evini, ya da pulunu geri qaytaracaqlarına söz verdiklərini bildirib:

"Rasim adlı şəxs dəfələrlə dələduzluq etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunub. Onun dostları ki var, dəstənin digər üzvləri onu zaminə götürüblər. Mən bu kimi məsələlərlə gündəmə gəlmək istəməzdim. Ümid edirəm ki, dəstənin digər üzvləri törətdikləri əməllərə görə qanun qarşısında cavab verəcəklər”.

Əməkdar artist R.Məmmədov və digərlərinin tapılaraq ifşa olunmasında göstərdiyi yardıma görə Nəsimi rayonu 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Urfan Gərayzadəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, bu barədə ilk məlumatı Report yayıb.


XƏBƏR LENTİ
10:45 | Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb 10:31 | Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB 10:17 | Baş nazirdən yeni - QƏRAR 10:04 | Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank 09:45 | Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır 23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI 13:30 | "WhatsApp" bu telefonlarda işləməyəcək 12:37 | DYP-dən sürücülərə VACİB XƏBƏRDARLIQ - Bu yollar BUZ BAĞLAYACAQ