Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
4-11-2019, 21:19 Oxunub: 134

“Məhkəmə - hüquq sistemi”ndə İSLAHATLARIN DƏRİNLƏŞMƏSİ HAQQINDA

 

“Məhkəmə - hüquq sistemi”ndə İSLAHATLARIN DƏRİNLƏŞMƏSİ HAQQINDA

 

 
 
 Bildiyimiz kimi, Azərbaycan Dövlət müstəqilliyini bərpa etdiyi tarixdən bu günə kimi bir çox sahələrdə olduğu kimi, "məhkəmə - hüquq sistemi” sahəsində də inkişaf və yüksək dinamikanın artırılması üçün hələ Ümummilli lider Heydər Əliyevin dövründə onun rəhbərliyi ilə əsaslı islahatların keçirilməsinə dair bir çox tədbirlər və layihələr həyata keçirilmişdir. Bu təsadüfi deyildir. Çünki demokratik inkişaf yolunu tutmuş ölkəmizdə Sovetlər Birliyindən miras qalmış hüquq sistemi ilə insan haqlarının müdafiəsinə yönələn mütərəqqi islahatlar həyata keçirmək mümkün olmazdı.Bütün dövrlərdə dövlətimiz tərəfindən " məhkəmə-hüquq sistemi”nə xüsusi diqqət göstərilmiş, əsaslı islahatlar üçün ölkə başçısı tərəfindən müvafiq fərmanlar imzalanmışdır.
Belə ki, 2006-cı ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı müvafiq fərman insan haqlarının müdafiəsini və ədalət mühakiməsini həyata keçirən məhkəmə orqanlarının təkmilləşməsinə, yeni məhkəmələrin yaradılmasına, təcrübəli hakimlərin formalaşmasına, vətəndaşlar tərəfindən məhkəməyə müraciət vasitələrinin asanlaşması, müasirləşməsi və s. bu kimi məsələlərə böyük təkamül olmuşdur.
Ölkə başçısının xüsusi diqqəti və göstərişləri nəticəsində ölkəmizin məhkəmə -hüquq sistemi demokratik prinsiplər əsasında yenidən qurulmuş və müasir məhkəmə sistemi yaradılmışdır.
Bütün bunlara baxmayaraq, məhkəmə - hüquq sistemində inkişafın yüksəlməsi, islahatların daha da dərinləşməsi, məhkəməyə müraciətlərin və məhkəmə proseslərinin elektron qaydada aparılması prosesinin daha da müasirləşməsi, məhkəmə və məhkəmədən kənarda şəffaflığın artırılması, vəkillər tərəfindən qeyri-prosessual məsələlərin aradan qaldırılması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi və təmin olunması, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədi ilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətin gücləndirilməsi, "Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqini daha da gücləndirilməsi üçün "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 aprel 2019-cu il tarixli Fərman imzalamışdır.
Sözügedən Fərman ölkəmizdə "məhkəmə-hüquq sisteminin” daha da təkmilləşməsi, şəffaflığın artırılması, ədalət mühakiməsini aparan məhkəmələr və digər prosessual şəxslər tərəfindən qeyri prosessual münasibətlərə qadağa yaratmasına və bir çox müsbət hallara təkamül verdi. Ölkə başçısının ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar kimi "məhkəmə-hüquq sisteminə” də göstərdiyi xüsusi diqqət və ciddiyyətin sübutu kimi sözügedən Fərmanı imzalamış və müvafiq səlahiyyətli şəxslər qarşısında tələblər qoymuşdur.
Sözügedən Fərman və ölkə başçısının göstərişlərinin icrası yalnız məhkəmə sisteminin işçilərinə deyil, həmçinin məhkəmələrdə hüquqların təmsili və müdafiəsi ilə məşğul olan biz vəkillərin üzərinə məsuliyyətli bir vəzifədir. "Məhkəmə-hüquq sistemində” işləyən hər bir hüquqşünas ölkə başçısının 03 aprel 2019-cu il tarixli Fərmanın tələblərini icra etməyi özünə borc bilməli və "məhkəmə-hüquq sistemində” yuxarıda qeyd etdiyim məsələlərin zəruriliyini təmin etməlidir.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Quliyeva Nurlana Nazim qızı
Gender.az

XƏBƏR LENTİ
16:51 | Prezidentin iki köməkçisi Dövlət Neft Fondu Müşahidə Şurasında təmsil olunacaq 16:35 | Yeni Suraxanıda yol təmirinə 7,8 milyon manat ayrıldı - SƏRƏNCAM 16:21 | Yeni Zelandiyada vulkan püskürdü - 5 nəfər öldü, itkin düşənlər var 16:07 | Vilayət Eyvazov polis mayoruna vəzifə verdi 15:33 | SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var 15:19 | “Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir? 14:52 | 2019-cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər - Siyahı 14:32 | Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama 14:09 | Ölkəmiz Vyetnamda xeyriyyə yarmarkasında təmsil olunub 13:57 | Sabah bu ərazilər işıqsız qalacaq - "Azərişıq"dən XƏBƏRDARLIQ 13:20 | “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu 12:49 | İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi - FOTO 12:15 | Seçkiyə qatılacaq partiya sədrləri: - Deputat olmaq istəyənlərin SİYAHISI 11:34 | Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb 11:22 | 2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ 10:14 | Azərbaycanda 30 şirkət ləğv edildi - SİYAHI 09:58 | Qar yağacaq, güclü külək əsəcək - Həftənin ilk gününün havası 09:43 | Milli futbolçumuzun ailəsində DƏHŞƏT – Bacısı intihar etdi 09:31 | Uşaqları yersiz müayinə edib, şüalanmaya məruz qoymaq... Pediatrdan XƏBƏRDARLIQ 09:06 | Deputatların aldığı məvacib – Maaş, bayrampulu, tətilpulu, pensiya… – Kimə nə qədər düşür? 00:17 |  Məşhur xanəndə -Xalq artisti Hacibaba Hüseynovun nəvəsi Fatimə Hüseynova bir müddətlik fasilədən sonra yenidən səhnəyə qayitdi.-VİDEO 17:24 | Azərbaycanlı idmançıların başına dəhşətli hadisə gəldi - Təfərrüat