Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
28-10-2019, 16:27 Oxunub: 40

Hər bir işçi və toya gələn müğənni vergi ödəməlidir — Şadlıq saraylarına XƏBƏRDARLIQ! - VİDEO

Hər bir işçi və toya gələn müğənni vergi ödəməlidir — Şadlıq saraylarına XƏBƏRDARLIQ! - VİDEO
 
Gələn ildən etibarən, şadlıq sarayında çalışan hər işçinin-musiqiçinin, rəqqasın, fotoqrafın, hər bir kəsin vergi sənədi olmalıdır. Əgər hər hansı bir şadlıq sarayında hər hansı bir işçinin bu sənədi olmadan çalışdığı müəyyən olunarsa, bu zaman məsuliyəti həmin şadlıq sarayının rəhbərliyi daşıyır və buna görə o cərimə oluna bilər.

ARB TV-nin "Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Şadlıq sarayında çalışan işçilər fəaliyyətə başlayanadək sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etməlidir.

Vüqar Bayramov – İqtisadçı: "Şadlıq sarayları xidmət göstərən zaman öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra sadələşmiş vergi üzrə qəbzə malik olmalıdır. Əvvəlki dövrlərdə sadəcə qeydiyyatdan keçməklə, yəni VÖEN-ə sahib olmaqla artıq xidmət göstərmək mümkün idi. Daha sonra isə xidmətə görə dövriyyə elan olunurdu və dövriyyə elan olunduqdan sonra vergi hesablanırdı”.

Ekspertlərin sözlərinə görə, yeni qaydanın tətbiqi bəzi şəxslərin vergidən yayınmasının qarşısını alacaq.

Vüqar Bayramov – İqtisadçı: "Sözügedən sahədə vergi dövriyəsi kifayət qədər böyükdür. Amma həmin dövriyənin vergiyə cəlb edilməsi ilə bağlı çətinliklər vardı. Yalnız o şəxslər sözügedən xidmətləri göstərə biləcək ki, onların məhz həmin qəbzi olsun. Sənədi olsun”.

Samir Qasımov - Vəkil: "Bu vaxta qədər bu ümumi qaydada gedirdi. Ya əmək müqaviləsi əsasında həmin adamlar işçi kimi işə götürülməli idi, əmək haqqından vergi tutulub, ödənilməli idi, ya da ki, həmin şəxslər VÖEN almalı idilər, hər ay sadələşmiş vergi ödəməli idilər. Bu təcrübə də dəqiq işləmirdi. Yəni bunun dəqiq mexanizmi yox idi”.

Sözügedən işçiləri qəbz əldə edilmədən işlədən sahibkara hər bir işçiyə görə 1-ci dəfə 2000 manat, 2-ci dəfə 4000 manat, 3 və ya daha çox olduğu halda 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunacaq.

Vahid Əhmədov – Milli Məclisin deputatı: "İstənilən müğənni olsun, digər sənət sahibləri olsun, əgər onlar Azərbaycan vətəndaşıdırsa, bu ərazidə çalışırsa, müəyyən gəlir əldə edirsə, o gəlirdən vergi verməlidir. Dəyişkilik elədik vergi məcəlləsində ki, hər bir sənətkar vergi ödəyicisi olsun, yəni bu tamamilə qanunauyğundur”.

Qanun layihəsi Milli Məclisin noyabrda keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.


XƏBƏR LENTİ
12:24 | Məhkəmə məşhur şadlıq sarayları ilə bağlı qərar qəbul etdi - SİYAHI 12:01 | Deputatdan büdcə təklifləri: “Yeni qızıl mənbələri axtarılsın, ev növbəsinin həlli ilə bağlı pul ayrılsın” 11:47 | Böyük savaşdan qaçmaq üçün İrəvanın tək bir yolu qalır - TƏHLİL 11:18 | İrəvanın Bakıdan gözlədiyi “xilas kəməri” - Türk pomidorunun ümidinə qalan ermənilər... 11:08 | Avropadan qayıdan miqrant dalğası sosial gərginlik yarada bilərmi? - GƏLİŞMƏ 10:45 | Əhalinin milli valyutada olan əmanətləri 24,1 faiz artıb 10:31 | Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı - SƏBƏB 10:17 | Baş nazirdən yeni - QƏRAR 10:04 | Günün məzənnəsi açıqlandı - Mərkəzi Bank 09:45 | Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır 23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ