Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
22-10-2019, 14:28 Oxunub: 23

Xalq artisti Azərpaşa Nemətovu sərt tənqid etdi- "ABUTALIBOVDAN NÜMUNƏ GOTÜR"

 Xalq artisti Azərpaşa Nemətovu sərt tənqid etdi- "ABUTALIBOVDAN NÜMUNƏ GOTÜR"
 
Xalq artisti Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqının konfransını boykot edib.

Xeberekspress.az bildirir ki, aktrisa konfransdan kənarlaşdırılan jurnalistlərin önünə çıxaraq, boykotun səbəbini açıqlayıb: "O konfransda oturmağı özümə layiq bilmədim. Ona görə də tədbiri yarımçıq tərk elədim. Mən cənab Prezidentin dünənki çıxışından sitat gətirmək istəyirəm. O, yaşı 70-dən yuxarı olan məmurları Hacıbaba Abutalıbovdan nümunə götürməyi məsləhət gördü, mən də Azər Paşa Nemətova bunu tövsiyyə edirəm”.

Xalq artisti Azərbaycan Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edərək deyib ki, ittifaqın nəyə xidmət etdiyi məlum deyil: "Aktyorların hamısının ad almaq imkanı yoxdur. Ona görə də həyat şəraitləri pisdir. Cənab Prezidentin qərarı nəticəsində onların aylıq əmək haqqları artırıldı. Lakin əmək haqqı ilə sosial problemləri həll etmək mümkün deyil. Buna görə də Azərbaycan Teatr Xadimləri İttifaqı aktyorların problemləri ilə məşğul olmalıdır. Əvvəllər teatrda sənətkar sexləri var idi. İndi bunların heç biri qalmayıb. Biz tamaşalar üçün ayaqqabıları Gürcüstandan alıb gətiririk. Halbuki qabaqlar ittifaqın tərkibində sexlər fəaliyyət göstərirdi. Teatr Xadimləri İttifaqına istər Mədəniyyət Nazirliyi tərəfindən ayrılan vəsait, istərsə də icarəyə verdikləri "İstanbul” restoranından gələn gəlirlər hara gedir? Teatr Xadimləri İttifaqının rəhbəri adi aktyorların taleyini düşünməli, onların sosial problemlərini həll etməyə çalışmalıdır”.

A.Bəşirqızı teatr mühitindən baş verən problemlərlə bağlı ölkə başçısına müraciət etdiyini də diqqətə çatdırıb: "Mənim o sözlərimdə heç bir yalan yoxdur və mən cənab Prezidentin reaksiyasını gözləyirəm”.

Qeyd edək ki, xalq artistinin boykot hərəkətindən sonra mədəniyyət naziri də konfransı tərk edib.(APA)
XƏBƏR LENTİ
17:17 | Minimum pensiya artırılacaq - Nazir açıqladı 17:05 | Prezident İlham Əliyev: "Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir" 16:43 | Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın" 16:24 | Top meydanın ABŞ-a aid hissəsindədir - Ərdoğan qol vura bilər... 16:00 | Sosial xərclər: Gələn ilin büdcəsi rekord vuracaq - TƏHLİL 15:43 | Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR! 15:32 | Niyaməddin Musayevin qarşısına şərt qoyublar: "Saçını qırxdır..." 15:14 | Əyri yola gedən məmurlar haqda prezidentə necə xəbər göndərmək olar? - Bunun üçün... 15:01 | Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM 14:35 | Zahid Oruc Baş nazirə çağırış etdi 14:04 | Pensiya alanlara ŞAD XƏBƏR: gələn ilin əvvəlindən... 13:52 | Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ 12:32 | "Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı istintaq davam edir 12:08 | “Ölülər” tamaşası növbəti dəfə təqdim ediləcək 11:54 | Yeni xərclər üçün hazırlıqlara başlayın 11:26 | Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK 11:24 | Nazir onları işdən çıxartdı 10:38 | Mixail Şumaxerin meneci: Arvadı yalan danışır, vəziyyəti daha ağırdır 10:24 | Bakıda naməlum şəxs yolu bağladı — Polis araşdırma aparır 09:00 | Azərbaycan nefti bahalaşıb 08:42 | “Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb 08:25 | İşgüzar planları həyata keçirməyə başlayın - Günün qoroskopu