Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
22-10-2019, 13:49 Oxunub: 30

Bakıda bu yollar bağlanır - SİYAHI

Bakıda bu yollar bağlanır - SİYAHI
 

25-26 oktyabr tarixlərdə Bakı şəhərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulur.

Bu barədə Oxu.Az-a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, 23-24 oktyabr tarixlərdə hava limanına gələn yüksək çinli qonaqların, tədbir iştirakçılarının qarşılanaraq mərkəzə doğru hərəkəti müəyyən edilib:

 

"Bu məqsədlə qonaqların yerləşdirilməsi və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, "Hyatt Regency” hoteli və digər ərazilərə doğru hərəkətdə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Odur ki, oktyabrın 24-dən etibarən səhər saat 08:30-dan tədbirlər tam başa çatanadək Azneft dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti,  M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılacaq.

Xüsusilə Xətai prospekti və Təbriz küçəsinə, Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılır”.

"Ona görə də ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsi tövsiyə edilir. Hərəkətlə bağlı süni sıxlığın, tıxacların baş verməməsi üçün xahiş olunur ki, keçirilən tədbirlərin dövlət əhəmiyyətli olduğunu nəzərə alaraq sürücü və avtomobil sahibləri göstərilən küçə və prospektlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və tətbiq olunacaq qısa məhdudiyyətlərə anlayışla yanaşsınlar”, - deyə V.Əsədov qeyd edib.


XƏBƏR LENTİ
16:51 | Prezidentin iki köməkçisi Dövlət Neft Fondu Müşahidə Şurasında təmsil olunacaq 16:35 | Yeni Suraxanıda yol təmirinə 7,8 milyon manat ayrıldı - SƏRƏNCAM 16:21 | Yeni Zelandiyada vulkan püskürdü - 5 nəfər öldü, itkin düşənlər var 16:07 | Vilayət Eyvazov polis mayoruna vəzifə verdi 15:33 | SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var 15:19 | “Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir? 14:52 | 2019-cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər - Siyahı 14:32 | Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama 14:09 | Ölkəmiz Vyetnamda xeyriyyə yarmarkasında təmsil olunub 13:57 | Sabah bu ərazilər işıqsız qalacaq - "Azərişıq"dən XƏBƏRDARLIQ 13:20 | “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu 12:49 | İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi - FOTO 12:15 | Seçkiyə qatılacaq partiya sədrləri: - Deputat olmaq istəyənlərin SİYAHISI 11:34 | Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb 11:22 | 2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ 10:14 | Azərbaycanda 30 şirkət ləğv edildi - SİYAHI 09:58 | Qar yağacaq, güclü külək əsəcək - Həftənin ilk gününün havası 09:43 | Milli futbolçumuzun ailəsində DƏHŞƏT – Bacısı intihar etdi 09:31 | Uşaqları yersiz müayinə edib, şüalanmaya məruz qoymaq... Pediatrdan XƏBƏRDARLIQ 09:06 | Deputatların aldığı məvacib – Maaş, bayrampulu, tətilpulu, pensiya… – Kimə nə qədər düşür? 00:17 |  Məşhur xanəndə -Xalq artisti Hacibaba Hüseynovun nəvəsi Fatimə Hüseynova bir müddətlik fasilədən sonra yenidən səhnəyə qayitdi.-VİDEO 17:24 | Azərbaycanlı idmançıların başına dəhşətli hadisə gəldi - Təfərrüat