Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
20-10-2019, 10:55 Oxunub: 36

Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır

 Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır
 
"Azərbaycanda avtomobillərdə ən çox yanacağın keyfiyyətsiz olması ilə bağlı problemlər yaranır".
 
Lent.az -a bu barədə tanınmış mühəndis Elçin Abbasov məlumat verib. O, bundan əlavə, baş verən nasazlıqların digər səbəbləri barədə də danışıb:
 
 
 
"Maşınlarda əmələ gələn nasazlıqlar hansısa mühitlə əlaqədardır. Azərbaycanı digər ölkələrdən fərqləndirən məsələlərdən biri də yanacağın keyfiyyətinin aşağı olmasıdır. Bu səbəbdən də maşınlarda nasazlıqlar yaranır. Bu, dizel yanacağı ilə işləyən maşınlara daha çox ziyan vurur. Səhv yanacaq seçimi ilə də maşınlarınıza zərər vurmuş olursunuz. Məsələn, yüksək güclü turbo mühərrikə bəzən "A-92” yanacağından istifadə edilir. Bu da qısa müddətdə mühərrikin sıradan çıxmasına gətirib çıxarır. Əvvəl maşınlar üçün xarakterik olan pozulmalar işlək hissələrin nasazlığı idi. Bu da yolların bərbad vəziyyətdə olması ilə bağlıdı. Bu nasazlıqlar indi demək olar ki, azalıb. Bundan əlavə, ən çox rast gəlinən problemlər ustaların səriştəsizliyi sayəsində meydana gəlir. Bəzən ustalar düzgün diaqnoz qoymur, düzgün təmir etmir, ona görə də maşında problemlər yaranır. Ya da qəsdən edirlər ki, bir daha müraciət edəsiniz. Ustanızı düzgün seçin. Sizi aldatmasın.
 
Digər tərəfdən, maşınlarda nasazlıq keyfiyyətsiz ehtiyat hissələr istifadə etməkdən də əmələ gəlir. Usta ucuz olsun deyə sizə bunu təklif edə bilər. Bu, yenə düzgün qulluğun aparılmaması ilə əlaqədardır. Keyfiyyətsiz ehtiyat hissələrdən istifadə etmək həmin detalların tez-tez sıradan çıxmasına səbəb olur və nasazlıqlar təkrarlanır”.
 
Mühəndis köhnə maşınların tez-tez xarab olduğunu vurğulayıb, yeni maşınların elektronika sistemindən söz açıb:
 
"İstehsal illərinə gəldikdə, təbii ki, əsasən keçmiş illərin maşınları daha tez-tez xarab olur. Yeni maşınlarda problemlər elektronika sistemi ilə bağlıdı. Yeni maşınlarda elektrik qurğuları çox olduğu üçün bu səbəbdən nasazlıqlar da məhz elektronika sistemində yaranır”.

XƏBƏR LENTİ
15:47 | Beş gün dərs olmayacaq 15:44 | Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır 15:41 | “Sərxoşlar ölkəsi” bəlli oldu 15:37 | "Yüz dəfə deyilib-təmiz işləyin! Amma yüz milyonlarla oğurlayırlar!" - Prezident məmurlara hirsləndi 15:35 | Bakı Dövlət Sirki bərbad haldadır - FOTO 14:08 | Dəhşətli qətllə bağlı DİN və prokurorluqdan BİRGƏ MƏLUMAT 13:42 | "Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat 12:48 | Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı 12:32 | Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək. 12:10 | Dünya azərbaycanlılarını birləşdirən Əsas Qanun - Konstitusiya Günü ərəfəsində 11:30 | Türkiyəni "Patriot"larla təhdid edən İspaniyadan - Qərar 11:11 | Məşhurlarımızın efirlərdə “dombalaq aşması”, “ağzıgöyçəkliyi” və “qucaq” şousu 10:49 | Suriyada silahlılar Hələbi atəşə tutdular 10:34 | Azərbaycanda valyuta dəyişmə məntəqəsində QƏTL 10:21 | Lukaşenko son 3 ildə ilk dəfə Avropa ölkəsinə gedəcək 13:00 | Sumqayıt şəhərində möhtəşəm BAYRAQ BAYRAMI: 15:20 | Türkiyəli tanınmışlardan möhtəşəm Azərbaycan Dövlət Bayrağı Günü təbriki - VİDEO 15:00 | Prezidentə müraciət: “Dağılmış yolun yenidən qurulmasına kömək edin!” 14:40 | Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan satıcılar cərimələndi 14:20 | Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi: Tutulan var 14:00 | Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Putinin diqqətindədir 13:10 | Maye qazın daha sərfəli alternativi olan CNG-nin qiymətində dəyişiklik olmayacaq