Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
17-10-2019, 10:02 Oxunub: 131

İsmayıllı gəncləri müstəqilliyin bərpası gününə həsr olunmuş möhtəşəm yürüş keçiriblər

 İsmayıllı gəncləri müstəqilliyin bərpası gününə həsr olunmuş möhtəşəm yürüş keçiriblər
 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 16 oktyabr 2019-cu il tarixdə rayon gənclərinin Azərbaycanın Dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş  möhtəşəm yürüşü keçirilib. Gənclər  "Milli müstəqilliyə aparan şərəfli yol”, "Qarabağ Azərbaycandır və nida işarəsi!” devizləri ilə yürüşə qoşulublar. Yürüş başlanğıcını Mübariz Orucov küçəsi ilə Nizami Gəncəvi küçəsinin qovuşuğunda ucaldılmış "Ana harayı” soyqırımı abidəsindən götürüb. Tarixçi, əməkdar müəllim Ramiz Baloğlanov müstəqilliyin ilkin yaranma tarixindən danışıb. Rayonun bütün coğrafiyasını, idarə, müəssisə və təşkilatlarını, Qarabağ müharibəsi əlilləri və veteranlarını, ictimai birlikləri, könüllülər hərəkatını, qeyri hökumət təşkilatlarını, təhsil sahəsini, tələbələri təmsil edən iki min nəfərdən çox gənc yürüş iştirakçısı "Ana harayı”na səslərini qatıb, Heydər Əliyev prospekti ilə ümummilli lider Heydər Əliyevin abidəsi ucalan Mərkəzi meydana gəliblər. Xor kollektivi tərəfindən Dövlət Himni oxunub. Azərbaycan xəritəsi formasında fləşmob nümayiş etdirilib. Gənc tarix müəllimi Ülvi Şamilov Ulu öndər Heydər Əliyevin Dövlətimizin müstəqilliyinin əbədiliyi və dönməzliyi yolundakı fədakarlığından və Milli qəhrəmanlıq səviyyəsindəki fəaliyyətindən ətraflı danışıb.
Yürüş müstəqilliyimiz naminə canından keçən şəhid soydaşlarımızın uyuduqları Şəhidlər xiyabanını ziyarətlə, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-yi rayon filialının sədri Vidadi Zərbiyevin çıxışı ilə başa çatıb.
Yürüş bir daha göstərdi ki, Azərbaycan gəncliyi Vətənə sədaqətlə xidmət ruhundadır, torpaqlarımızı azad etmək üçün özlərini məsul bilirlər.


XƏBƏR LENTİ
15:47 | Beş gün dərs olmayacaq 15:44 | Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır 15:41 | “Sərxoşlar ölkəsi” bəlli oldu 15:37 | "Yüz dəfə deyilib-təmiz işləyin! Amma yüz milyonlarla oğurlayırlar!" - Prezident məmurlara hirsləndi 15:35 | Bakı Dövlət Sirki bərbad haldadır - FOTO 14:08 | Dəhşətli qətllə bağlı DİN və prokurorluqdan BİRGƏ MƏLUMAT 13:42 | "Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu" - Deputat 12:48 | Baş məşqçi karyerasının ən uğursuz startına imza atdı 12:32 | Bu gün ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək. 12:10 | Dünya azərbaycanlılarını birləşdirən Əsas Qanun - Konstitusiya Günü ərəfəsində 11:30 | Türkiyəni "Patriot"larla təhdid edən İspaniyadan - Qərar 11:11 | Məşhurlarımızın efirlərdə “dombalaq aşması”, “ağzıgöyçəkliyi” və “qucaq” şousu 10:49 | Suriyada silahlılar Hələbi atəşə tutdular 10:34 | Azərbaycanda valyuta dəyişmə məntəqəsində QƏTL 10:21 | Lukaşenko son 3 ildə ilk dəfə Avropa ölkəsinə gedəcək 13:00 | Sumqayıt şəhərində möhtəşəm BAYRAQ BAYRAMI: 15:20 | Türkiyəli tanınmışlardan möhtəşəm Azərbaycan Dövlət Bayrağı Günü təbriki - VİDEO 15:00 | Prezidentə müraciət: “Dağılmış yolun yenidən qurulmasına kömək edin!” 14:40 | Yetkinlik yaşına çatmayan şəxslərə siqaret satan satıcılar cərimələndi 14:20 | Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirdi: Tutulan var 14:00 | Rusiya XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli Putinin diqqətindədir 13:10 | Maye qazın daha sərfəli alternativi olan CNG-nin qiymətində dəyişiklik olmayacaq