Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
12-10-2019, 20:40 Oxunub: 8

Yeniyetmə şahmatçının uğuru “Şah”ın diqqətindən kənarda qalmadı - FOTOFAKT

 Yeniyetmə şahmatçının uğuru “Şah”ın diqqətindən kənarda qalmadı - FOTOFAKT
 

Yeniyetmə şahmatçımız Aydın Süleymanlının yaşıdları arasında dünya çempionu olması diqqətdən kənarda qalmayıb. 

Oxu.Az xəbər verir ki, 14 yaşlı zəka sahibinin bu uğuru qorssmeysterimiz, dünya şahmatının ən güclü nümayəndələrindən biri, FİDE-nin son reytinqində 7-ci sırada qərarlaşmış Şəhriyar Məmmədyarovun diqqətini çəkib. 

Öz "Facebook” səhifəsi vasitəsilə yeniyetmə həmkarını təbrik edən "Şah” onun bu uğurunu, xüsusilə də, Hindistanda çempion olmasını qabardaraq xoş arzularını bildirib. 

 

A.Süleymanlı isə rəy yazaraq Məmmədyarova belə cavab verib: "Sizin məni izləməyiniz mənim üçün böyük fəxrdir!” 

Qeyd edək ki, 10 oyundan sonra 9 xalla çempion olan Aydın daha əvvəl də müxtəlif nüfuzlu turnirlərdə mükafatlar qazanıb. 

 


XƏBƏR LENTİ