Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
11-10-2019, 15:21 Oxunub: 17

"Atatürk düzgün olaraq Avropalaşma yolunu seçmişdi” - Fələstin niyə Ərdoğana qarşı çıxdı?

"Atatürk düzgün olaraq Avropalaşma yolunu seçmişdi” - Fələstin niyə Ərdoğana qarşı çıxdı?
 

ABŞ-ın hədələri daha Türkiyəyə təsir etmir.

Politoloq Əhəd Məmmədli Redaktor.az-a açıqlamasında Türkiyənin həyata keçirdiyi əməliyyatlara qarşı çıxan qüvvələrin əsas məqsədinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, Fəratın şərq hissəsində türk ordusunun antiterror əməliyyatı uğurla davam edir:

"ABŞ Prezidenti Donald Trampın Türkiyəyə qarşı hədə-qorxuları sabun köpüyünü xatırladır. O, istəsə belə qardaş ölkənin iqtisadiyyatını çökdürə bilməz. Çünki bu cür məsələlər Trampın səlahiyyətini aşar. ABŞ-da prezident, ələlxüsus da Tramp kimi prezident böyük məsələləri tək həll etmir. Tramp Tvitterdə ona-buna hədə qorxu gəlməkdənsə, yaxşı olar ki, növbəti impiçment təhlükəsi ilə məşğul olsun. ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsi Vaşinqton üçün lazımi nəticələri vermədi. ABŞ yenidən Türkiyəyə qarşı genişmiqyaslı iqtisadi müharibəyə başlamayacaq. İndiki halda PKK-ya görə Türkiyə ilə iqtisadi müharibə belə ABŞ-ın maraqlarına cavab vermir. Tramp əslində Türkiyəyə deyir ki, 30 kilometrlik tampon bölgə qur, amma ondan o yana getmə”.

Politoloq Tramp və Ərdoğanın noyabr ayında keçirəcəyi görüşə də toxunub:

"ABŞ Türkiyənin Suriyada yeni hərbi əməliyyat keçirməsi faktı ilə razılaşıb. Son illərdir qardaş ölkə terrorçularla amansız savaş içindədir. Terrorla mübarizə həm ölkədaxili, həm də ölkə xaricində uğurla davam edir. 80 minlik türk ordusunun Şimali Suriyada keçiriləcək hərbi əməliyatı da terrorla amansız müharibənin davamıdır. PKK formalaşdığı gündən bu yana görmədiyi zərbələri alır. İndi isə PKK-nın Suriya qolu olan YPG-PYD-nin vaxtıdır”.

Ə. Məmmədli Türkiyəyə qarşı terror hədə-qorxularına da münasibət bildirib:

""Ağ ev" Türkiyəyə bununla deyir ki, qeyri-rəsmi olaraq bütün qüvvələrlə sənə Fərat çayının şərqində müqavimət göstərəcəm. Gözlənildiyi kimi, ABŞ Türkiyə ilə PKK-ya görə üz-üzə gəlmədi, amma nəzarətində olan bütün qüvvələri, o cümlədən İŞİD-çiləri də NATO-dakı müttəfiqi türk ordusuna qarşı vuruşdurmaq istəyir. Yəni amerikalılar türklərə deyir ki, həbsxanadakı İŞİD-çiləri sizinlə savaşmaq üçün azad edəcəyik. Qərb demokratiyasının əsl siması budur. Lazım gələndə terrorçularla müttəfiq olmaqdan çəkinmirlər.

Politoloq vurğulayıb ki, ABŞ Türkiyədə terror aktları edən və rəsmən bunu bəyan edən PKK-YPG-PYD ilə ittifaqdadır:

"PKK, İŞİD tipli terror təşkilatları ABŞ-a regionda qara işlərini görmək üçün lazım olan hərbi qruplaşmalardır. Türk ordusu İŞİD-lə necə vuruşmağı və onlara qalib gəlməyi yaxşı bilir. Türkiyə yeganə ölkədir ki, İŞİD-ə qarşı quru əməliyyatı keçirdi və onları darmadağın etdi. Artıq Ankara Suriyada növbəti antiterror əməliyyatının düyməsini basıb. Amerikanın dəstəyi ilə belə PKK-lar, İŞİD-lər yenə də türk ordusuna əngəl ola bilməyəcəklər”.

Ə. Məmmədli YPG-nin bölgədə İran, Rusiya kimi ölkələrlə Türkiyəyə qarşı əməkdaşlıq etmə ehtimalına da toxunub:

"YPG ola bilər ki, İranla, Əsədlə, hətta Rusiya ilə Türkiyədən qurtulmaq üçün ittifaqa girmək istəsin. Sadəcə onların heç biri YPG ilə Türkiyəyə qarşı ittifaqa girən deyil. Çünki YPG-yə görə ağlı başında olan dövlət Türkiyə ilə savaşmaz. O cümlədən İran”.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə müsəlman dünyasından Türkiyənin keçirdiyi əməliyyatlara olan etirazların səbəblərinə aydınlıq gətirib.

Politoloq hesab edir ki, bu gün Türkiyə keçmişdən dərs çıxararaq, təhlükəsizlik orqanlarından tutmuş silahlı qüvvələrinə kimi- yeni sistem qurmağı bacarıb:

"Səudiyyə, Misir, BƏƏ, Küveyt, İraq, Fələstin və digər ərəb dövlətləri Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatlarına qarşı çıxdı. Fələstinin həmin siyahıda yer alması Ərdoğana ciddi zərbədir. Vaxtilə onun müsəlman dünyasının liderliyi uğrunda anti-İsrail bəyanatlarına baxmayaraq, ərəblər bir daha sübut etdilər ki, onlar Türkiyənin müsəlman dünyasının başında yer almasına heç vaxt razı olmayacaqlar. Beləliklə, bütün bunlar onu göstərir ki, vaxtilə Atatürk çox düzgün olaraq Avropalaşma yolunu seçmişdi”.

Politoloq qeyd edib ki, Suriyanın şimalındakı əməliyyatlar Ərdoğanın haqqıdır:

"O, dəfələrlə NATO üzvlərindən, eyni zamanda regional oyunçulardan PYD-YPG ilə bağlı tədbirlər görməyi tələb etmişdi. Buna əməl edilmədisə, Türkiyə üçün başqa yol yox idi. Bu Türkiyə daha müstəqil, daha sərbəst Türkiyədir”.


XƏBƏR LENTİ
17:17 | Minimum pensiya artırılacaq - Nazir açıqladı 17:05 | Prezident İlham Əliyev: "Bu gün Azərbaycan etibarlı tranzit ölkə kimi öz xidmətlərini göstərir" 16:43 | Prezident İlham Əliyev: "Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın" 16:24 | Top meydanın ABŞ-a aid hissəsindədir - Ərdoğan qol vura bilər... 16:00 | Sosial xərclər: Gələn ilin büdcəsi rekord vuracaq - TƏHLİL 15:43 | Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR! 15:32 | Niyaməddin Musayevin qarşısına şərt qoyublar: "Saçını qırxdır..." 15:14 | Əyri yola gedən məmurlar haqda prezidentə necə xəbər göndərmək olar? - Bunun üçün... 15:01 | Prezidentin tapşırığına uyğun olaraq Eldar Əzizovdan YENİ ADDIM 14:35 | Zahid Oruc Baş nazirə çağırış etdi 14:04 | Pensiya alanlara ŞAD XƏBƏR: gələn ilin əvvəlindən... 13:52 | Mehriban Əliyeva şəhid ailəsini SEVİNDİRDİ 12:32 | "Düdelanj" - "Qarabağ" oyunu ilə bağlı istintaq davam edir 12:08 | “Ölülər” tamaşası növbəti dəfə təqdim ediləcək 11:54 | Yeni xərclər üçün hazırlıqlara başlayın 11:26 | Ramiz Mehdiyev KARDİNAL DƏYİŞİKLİKLƏRƏ BAŞLAYIR - Bəzi qurumlar LƏĞV EDİLƏCƏK 11:24 | Nazir onları işdən çıxartdı 10:38 | Mixail Şumaxerin meneci: Arvadı yalan danışır, vəziyyəti daha ağırdır 10:24 | Bakıda naməlum şəxs yolu bağladı — Polis araşdırma aparır 09:00 | Azərbaycan nefti bahalaşıb 08:42 | “Facebook” və “Instagram”ın işində nasazlıq yaranıb 08:25 | İşgüzar planları həyata keçirməyə başlayın - Günün qoroskopu