Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
10-10-2019, 18:10 Oxunub: 8

"2020-ci il GƏRGİN OLACAQ" - 2016-cı ilin iqtisadi şokundan çıxmamış...

"2020-ci il GƏRGİN OLACAQ" - 2016-cı ilin iqtisadi şokundan çıxmamış...
 

2020-ci il maraqlı və gərgin il olacaq.

Redaktor.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev deyib.

İqtisadçı hesab edir ki, qlobal iqtisadi proseslərdə gərginlik yenidən artmağa başlayıb:

"ABŞ-Çin ticarət müharibəsinə yeni bir gərginləşdirici element də daxil oldu. Öz texnoloji imkanları (xüsusilə əhalinin kütləvi video müşahidəsinin təşkili) ilə insan haqlarının pozulmasında hökumətlərinə dəstək verən Çinin xeyli sayda şirkəti ABŞ-ın sanksiya siyahısına düşdü. Çin rəsmilərinin açıqlamalarından görünür ki, bu addımdan ticarət müharibəsi qədər narahatlıq var. BVF isə dünən açıqladı ki, 2 ölkə arasında ticarət savaşı 2020-ci ildə qlobal ÜDM-i 700 mlrd. dollara qədər azaldacaq. Digər tərəfdən, ABŞ iqtisadiyyatı ilə bağlı narahatlıq da artır. Dünyanın ən nəhəng iqtisadiyyatı likvidlik problemi ilə üzləşib. FED REPO əməliyyatları vasitəsilə pul bazarına 150 mlrd. dollara yaxın vəsait inyeksiya etsə də, defisit probleminin həll olunmadığı görünür. Banklararası bazarda günlük kreditləşmə (overnayt Repo əməliyyatları) üzrə faizlərin birdən-birə 4 dəfə artması FED-i bu addımı atmağa məcbur etmişdi”.

Ekspert hesab edir ki, faiz siyasətinin yumşaldıldığı şəraitdə REPO dəstəyinin belə likvidlik defisiti problemini həll edəcəyi deyəsən mümkün görünmür:

"FED son 5 ildə ilk dəfə yenidən kəmiyyət yumşaldılmasına getməli olacaq. 2008-2014-cü illərdə çap maşını hesabına həyata keçirdiyi QE proqramı nəticəsində FED-in balansı 5 dəfə artdı. QE proqramı FED tərəfindən aktivlərin maliyyə institutlarında alınması və onları böyük həcmdə likvidlik imkanının təqdim edilməsidir. Son bir ildə isə balansın əvvəlki həcmə qaytarılması istiqamətində addımlar artıq yarımçıq saxlandı (600 mlrd. dollar azalma olmuşdu və balans 3.9 trln. dollara düşmüşdü). Bu baş verənlər bütün bəyanatlara, bəzi makroiqtisadi göstəricilərin (işsizlik, inflyasiya) yaxşı olmasına baxmayaraq, 1 N-li iqtisadiyyatda narahatlıqlar olduğunu göstərir. Hətta FED-in son iclasının icitimaiyyət üçün açıqlanan protokollarının stenoqramı göstərir ki, qurumda olan peşəkarlar yaxın dövr üçün ABŞ-da yeni ressesiya riskini real sayırlar”.

R. Ağayev bildirib ki, eyni zamanda Asiya və Avropanın iqtisadi nəhənglərinin hamısında iqtisadi artımın zəifləməsi müşahidə edilir:

"Bunun üzərinə onu da əlavə edin ki, ötən həftə ABŞ neft hasilatında yeni rekorda çıxdı - gündəlik hasilat 200 min barrel artaraq 12.6 mln. barrelə çatdı. Neft məhsullarının ixracı da ilin əvvəlindən 20% artaraq tarixi rekord göstəriciyə yetişib”.

İqtisadçı baş verənlərin Azərbaycana təsirlərinə də aydınlıq gətirib:

"Əsas narahatlıq odur ki, yeni bir ressesiya neft bazarını yenidən çalxalasa, ən böyük zərbəni dayanıqlı iqtisadi inkişafa malik olmayan resurs ölkələri alacaq. Azərbaycan iqtisasiyyatı 2015-2016-cı ilin iqtisadi şokundan hələ də özünə gələ bilmir”.


XƏBƏR LENTİ
11:04 | Bakıda qayın yeznəsini bıçaqladı 10:58 | Hökumət gələn il üçün manatın məzənnəsinə dair proqnozunu AÇIQLADI 10:55 | Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır 10:51 | APOEL-dən ardıcıl üçüncü qələbə 10:46 | Klinton ağlını itirib – Donald Tramp 10:42 | Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 16:21 | Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı 15:56 | Bakıda 15 yaşlı qız yoxa çıxdı 15:40 | “Neftçi”yə 40 min avroluq cərimə 15:24 | Son dəqiqə! Mitinqə görə Bakıda 3 metrostansiya bağlandı - AÇIQLAMA 15:13 | "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA 12:38 | Dövlət sifarişi ilə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılır 12:19 | Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir - ŞƏRH 11:58 | 2 yaşlı uşaq yuyucu maddə içdi 11:41 | Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE 11:07 | Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur 22:00 | Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb? 21:40 | Təyyarə avtomobillə toqquşdu, pilot öldü 21:20 | Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı 21:00 | Gələn il elm xərclərinə ayrılan vəsait 42,1 faiz artırılıb 20:50 | “Barselona”nın “Yeni Messi” planı 20:40 | XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq