Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
10-10-2019, 13:39 Oxunub: 9

Baş direktor: STAR “Petkim”in istehsalat imkanlarını və keyfiyyətini artırır

Baş direktor: STAR “Petkim”in istehsalat imkanlarını və keyfiyyətini artırır
 

Ehtiyac duyduğu xammalın STAR zavodunda istehsal edilməsi səmərəli və davamlı təchizatı təmin etməklə "Petkim” neft-kimya kompleksinin istehsalat imkanlarını və keyfiyyətini artırır.

Report-un məlumatına görə, bunu bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında STAR Neft Emalı Zavodunun Baş direktoru Məsut İlter bildirib.

M.İlter bildirib ki, STAR NEZ-in 2018-ci ilin oktyabrında açılışından sonra bütün qurğular mərhələli şəkildə istifadəyə verilərək istehsala başlanılıb və hazırda istehsal prosesi uğurla davam etdirilir:

 

"İlk məhsul satışı 2019-cu ilin yanvarında "Petkim”ə nafta verilməsi ilə həyata keçirildi. STAR NEZ-in əsas hədəfi "Petkim” ilə inteqrasiya yaratmaqdır. Zavod "Petkim”in yaxınlığında inşa edilib və iki nəhəng kompleks boru kəmərləri vasitəsilə bir-birinə bağlanıb. 2019-cu ilin ilk yarısında zavoddan "Petkim”ə 260 000 ton nafta tədarük edilib”.

O qeyd edib ki, bundan başqa, dəniz vasitəsilə nafta idxalının dayandırılması nəticəsində, "Petkim”in yükləmə limanında sıxlıq azalıb və ixrac mallarının yüklənməsi asanlaşıb”.

Bundan başqa, o xatırladıb ki, STAR Neft Emalı Zavodunda əməliyyat effektivliliyini yüksək səviyyəyə qaldırmaq məqsədilə bu yaxınlarda təxminən 600 milyon dollarlıq əlavə investisiya layihəsinin əsası qoyulub.

Onun sözlərinə görə, STAR zavodunun anbar tutumunun artırılmasına yönəldilən bu layihə çərçivəsində mövcud 1,6 milyon kubmetrlik anbar tutumunun 2,5 milyon kubmetrə çatdırılması nəzərdə tutulur:

"Layihə hər biri 134 500 kubmetr olan iki xam neft çənini və hər biri 36 500 kubmetrlik ara məhsul çənlərini əhatə edir. Ümumilikdə 342 000 kubmetr anbar imkanı yaradacaq layihənin 2021-ci ildə tamamlanması gözlənilir”.


XƏBƏR LENTİ
11:04 | Bakıda qayın yeznəsini bıçaqladı 10:58 | Hökumət gələn il üçün manatın məzənnəsinə dair proqnozunu AÇIQLADI 10:55 | Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır 10:51 | APOEL-dən ardıcıl üçüncü qələbə 10:46 | Klinton ağlını itirib – Donald Tramp 10:42 | Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 16:21 | Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı 15:56 | Bakıda 15 yaşlı qız yoxa çıxdı 15:40 | “Neftçi”yə 40 min avroluq cərimə 15:24 | Son dəqiqə! Mitinqə görə Bakıda 3 metrostansiya bağlandı - AÇIQLAMA 15:13 | "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA 12:38 | Dövlət sifarişi ilə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılır 12:19 | Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir - ŞƏRH 11:58 | 2 yaşlı uşaq yuyucu maddə içdi 11:41 | Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE 11:07 | Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur 22:00 | Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb? 21:40 | Təyyarə avtomobillə toqquşdu, pilot öldü 21:20 | Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı 21:00 | Gələn il elm xərclərinə ayrılan vəsait 42,1 faiz artırılıb 20:50 | “Barselona”nın “Yeni Messi” planı 20:40 | XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq