Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
10-10-2019, 11:34 Oxunub: 8

Azərbaycanda DƏHŞƏT: Qadını ata bağlayaraq sürüdülər

Azərbaycanda DƏHŞƏT: Qadını ata bağlayaraq sürüdülər
 
Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər.
 
Xeberekspress.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 
Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər. 

Ağır bədən xəsarətləri alan qadın ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb. 
XƏBƏR LENTİ