Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
9-10-2019, 16:58 Oxunub: 13

Bakıda yerə siqaret kötüyü atanlar cərimələndi - 80 MİN MANAT

 Bakıda yerə siqaret kötüyü atanlar cərimələndi - 80 MİN MANAT
 

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir.

Xeberekspress.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə - təhsil və tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, Metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində monitorinqlər keçirilib, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng Mərkəzi Sisteminə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.

Ümumilikdə, 2019-cu ilin 9 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 1923, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 224 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilmiş cərimələr 79.550 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


XƏBƏR LENTİ
11:04 | Bakıda qayın yeznəsini bıçaqladı 10:58 | Hökumət gələn il üçün manatın məzənnəsinə dair proqnozunu AÇIQLADI 10:55 | Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır 10:51 | APOEL-dən ardıcıl üçüncü qələbə 10:46 | Klinton ağlını itirib – Donald Tramp 10:42 | Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 16:21 | Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı 15:56 | Bakıda 15 yaşlı qız yoxa çıxdı 15:40 | “Neftçi”yə 40 min avroluq cərimə 15:24 | Son dəqiqə! Mitinqə görə Bakıda 3 metrostansiya bağlandı - AÇIQLAMA 15:13 | "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA 12:38 | Dövlət sifarişi ilə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılır 12:19 | Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir - ŞƏRH 11:58 | 2 yaşlı uşaq yuyucu maddə içdi 11:41 | Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE 11:07 | Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur 22:00 | Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb? 21:40 | Təyyarə avtomobillə toqquşdu, pilot öldü 21:20 | Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı 21:00 | Gələn il elm xərclərinə ayrılan vəsait 42,1 faiz artırılıb 20:50 | “Barselona”nın “Yeni Messi” planı 20:40 | XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq