Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
9-10-2019, 11:37 Oxunub: 18

ABŞ-ın Türkiyə ilə bağlı GİZLİ PLANI - Rusiya TƏRƏFİNİ SEÇDİ

 ABŞ-ın Türkiyə ilə bağlı GİZLİ PLANI - Rusiya TƏRƏFİNİ SEÇDİ
 

Bu gün Türkiyəyə qarşı çox güclü koaslisiyalar birkləşməkdədir.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Redaktor.az-a açıqlamasında Türkiyənin Suriyada yeni əməliyyatlara başlamasının Qərb müttəfiqləri ilə münasibətlərinə təsirlərindən danışıb.

Politoloq hesab edir ki, rəsmi Ankara bu gün beynəlxalq və qlobal çağırışlarla üz-üzədir:

"Türkiyənin hərbi və siyasi müttəfiqi ABŞ-ın son davranışları təəssüf doğurur. Suriyada münaqişə başlayandan sonra Türkiyə NATO-dakı öz müttəfiqləridən, eyni zamanda ABŞ və digər ölkələrdən Suriyanın şimalındakı vəziyyətlə bağlı tədbir görmələrini tələb edir. Lakin zamanında soyuq müharibə dövründə Türkiyədən SSRİ-yə, bəzi Yaxın Şərq ölkələrinə qarşı istifadə edən Qərb ölkələri  rəsmi Ankaraya lazım olduğu anda dəstəkdən imtina etdilər. Ərdoğan praqmatik  siyasətçidir. O, Türkiyə tarixində yeganə liderdir ki, onun dövründə Türkiyə Qərbə şərt qoyub, Qərbdən bərabərhüquqlu tərəfdaşlıq istəyib. Lakin bütün bu illər ərzində Qərb Türkiyəyə kiçik ölkə, müttəfiq kimi baxıb. Bu ölkələr Türkiyənin milli maraqlarını heçə sayan siyasət həyata keçirib”.

Politoloq qeyd edib ki, artıq Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatlarına başlayacağı bəllidir:

"Qərb koalisiyasından başqa, Türkiyə dəfələrlə Bəşər Əsədi, rusiyalı rəsmi və digərlərini də Suriyanın şimalında tədbir görməyə çağırmışdı. Türkiyənin sözlərini qulaqardına verən hər kəs analamalıdır ki, Türkiyə Ordusu yenə də Suriyanın şimalını bundan öncə olduğu kimi terrorçulardan təmizləyəcək. Bu Türkiyənin milli maraqları üçün mühümdür. Türkiyənin müstəqilliyi, təhlükəsizliyi məhz Suriyadan, İraqdan, Ermənistandan başlayır. İmkan vermək olmaz ki, orada kürd qruplaşmaları tərəfindən böyük region yaradılsın”.

Z. Məmmədov vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını çökdürəcəyi ilə bağlı bəyanatı çox təəssüf doğurur:

"Tez bir zamanda Türkiyə həm öz dövlət resurslarından, həm də xaricdəki ayrı-ayrı qrupların lobbi təşkilatlarından istifadə edərək, milli maraqlarının reallaşması üçün tədbirlər görməlidir. Rəsmi Ankara bu gün beynəlxalq və qlobal çağırışlarla üz-üzədir. Bu çağırışların əsas məqsədi Türkiyəni zəiflətməkdir”.

<iframe width="560" height="140" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_4" name="aswift_4" style="box-sizing: border-box; margin: 0px; padding: 0px; border-width: 0px; border-style: initial; font: inherit; vertical-align: baseline; max-width: 100%; left: 0px; position: absolute; top: 0px; width: 560px; height: 140px;"></iframe>

Politoloq istisna etmir ki, öz siyasi müttəfiqlik rolunu yerinə yetirməyən Qərb bu gün də Suriyanın şimalının kürd terrorçulardan təmizlənməsində Türkiyəyə mane olmaq istəyir:

"PKK terror qruplaşmalarının himayədarları elə başda ABŞ olmaqla Avropa dövlətləri idi. ABŞ-ın Türkiyə ilə bağlı siyasətinin senarisi ondan ibarətdir ki, bu ölkənin başında müstəqil siyasət aparan, Qərbin maraqlarını deyil, ölkəsinin milli maraqlarını reallaşdıran lider olmamalıdır. Ərdoğan hakimiyyətə gələndə onların bu tələbinə cavab verən siyasət yürüdürdü. Ancaq son illər onun apardığı siyasət tamamilə Türkiyənin maraqlarına hesablanmış, müstəqil və ABŞ maraqlarını və davranışlarını heçə endirən siyasətdir”.

Politoloq ABŞ və Türkiyə arasında baş verənlərə Rusiyanın necə reaksiya verəcəyinə də aydınlıq gətirib:

"Baş verənlər Rusiyanın maraqlarına tamamilə uyğundur. Rusiya bundan əvvəl bəyan etdiyi kimi kürd qruplaşmalarının Suriyanın şimalında faktiki olaraq, türklərə qarşı mübarizəsində yəqin ki, siyasi bəyanatlarla Ankaranın yanında olacaq. Amma biz bilirik ki, istər Rusiya, istərsə də ABŞ kürd terrorçu qruplaşmalarının arxasında dayanıb. Sadəcə PYD-YPG-nin bir neçə il bundan öncə etdikləri səhv onlarla Rusiya arasındakı münasibətləri də soyudub. Bundan öncə olduğu kimi rəsmi Ankara mütləq şəkildə Suriyanın və İraqın şimalında güclənməli, terrorçulara qarşı mübarizəsini davam etdirməlidir”.  

Z. Məmmədovun sözlərinə görə, regionda Türkiyə faktoru Azərbaycanın müstəqilliyi və təhlükəsizliyi üçün çox ciddi amildir:

"Hər bir halda güclü Türkiyə güclü Azərbaycan deməkdir”.


XƏBƏR LENTİ
11:04 | Bakıda qayın yeznəsini bıçaqladı 10:58 | Hökumət gələn il üçün manatın məzənnəsinə dair proqnozunu AÇIQLADI 10:55 | Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır 10:51 | APOEL-dən ardıcıl üçüncü qələbə 10:46 | Klinton ağlını itirib – Donald Tramp 10:42 | Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 16:21 | Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı 15:56 | Bakıda 15 yaşlı qız yoxa çıxdı 15:40 | “Neftçi”yə 40 min avroluq cərimə 15:24 | Son dəqiqə! Mitinqə görə Bakıda 3 metrostansiya bağlandı - AÇIQLAMA 15:13 | "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA 12:38 | Dövlət sifarişi ilə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılır 12:19 | Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir - ŞƏRH 11:58 | 2 yaşlı uşaq yuyucu maddə içdi 11:41 | Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE 11:07 | Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur 22:00 | Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb? 21:40 | Təyyarə avtomobillə toqquşdu, pilot öldü 21:20 | Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı 21:00 | Gələn il elm xərclərinə ayrılan vəsait 42,1 faiz artırılıb 20:50 | “Barselona”nın “Yeni Messi” planı 20:40 | XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq