Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
7-10-2019, 13:49 Oxunub: 12

“Qarabağ”dan niyə qorxmalıyıq ki?” – Elmar Baxşıyev

“Qarabağ”dan niyə qorxmalıyıq ki?” – Elmar Baxşıyev
 

"Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Qol.az-ın suallarını cavablandırıb. O, komandanın durumu və qarşıdakı oyunlardan danışıb.

- "Qəbələ"də hazırda əhval-ruhiyyə necədir? Komandaya rəhbərlik etdikdən sonra nəyi dəyişə bilmisiniz?

- Çalışırıq ki, hər şeyə təzədən başlayaq, hər oyuna başqa bir istək və motivasiya ilə çıxaq. Ümumi götürsək, komandada durum yaxşıdır. Fərq odur ki, uşaqlar artıq yaxşı nəticə və bir-birinə inam qazanırlar. Özləri də hiss edirlər ki, hər bir rəqibə qarşı oynamaq olar. Mən heç nəyi dəyişdirməmişəm. Əsas icra edən futbolçulardır. Onlar özlərində nəyisə dəyişirlər və nəticə də özünü göstərir.

- Futbolçularda psixoloji durum qaydasına düşüb?

- Psixoloji durumun pis olmağın hiss etmirik. Çalışırıq ki, pozitiv olaq, yaxşı şeylərin üstündə dayanaq.

 

- Hazırda 5 xalla 7-ci pillədəsiniz. 2-3 cü yerlə aranızda 6 xal fərq var. Yuxarı pillələr üçün mübarizə çətin olmayacaq?

- Qarşımıza məqsəd kimi yuxarı pillələrə qalxmağı qoymamışıq. Sadəcə, komandanı qarşıdakı oyuna kökləyirik. Çalışırıq ki, komanda oyundan-oyuna komponentlərdə artımı bizə hiss elətdirsin, istəyi saxlasın. Məqsədimiz çempionatın ilk pillələrin fikirləşmək yox, hər bir qarşıdakı oyundur.

- Heyətinizdə gənc futbolçular üstünlük təşkil edir. Necə fikirləşirsiniz, bu komanda uğurlu nəticə üçün yetərlidirmi?

- Özünüz də görürsünüz ki, gənclərimiz oyundan-oyuna öz sözlərini deyirlər, bacarıqlarını göstərirlər. Bu mövsüm üç qol vurmuşuq. Hər üçünü də gənclərimiz vurub. Bu da bizi sevindirir. Yenə deyirəm, görüləsi işlər çoxdur. Biz hələ heç nə etməmişik. Hələ başımızı aşağı salıb, məşqlərdə və oyunlarda daha artığını etməliyik.

- Adətən dünya futbol təcrübəsində görürük ki, müvəqqəti məşqçi gəldikdən sonra komanda yaxşı çıxış edirsə, məşqçi işini davam etdirir.  Klub rəhbərliyinin sizinlə komandada qalmağınızla bağlı söhbəti olubmu?

- Mən o barədə heç nə düşünmürəm. Nə məqsədə uyğundur, nə qərar veriləcək ona da hörmətlə yanaşmalıyıq. Komandanı bu durumda götürəndə dedilər ki, əsas komandanın vəziyyətini yaxşılaşdırmaqdır. Qarşıda nə olacaq, onu zaman göstərəcək.

- Baş məşqçi kimi işinizi davam etdirmək istərdiniz?

- Bu, rəhbərliyə aid sualdır. Onlar cavab versə, daha yaxşıdır.

- Növbəti turda evdə  "Qarabağ”la qarşılaşacaqsınız. Hazırda lider olan komanda indiyədək maksimum nəticə əldə edib. Bu, sizi qorxutmur?

- "Qarabağ”ın gücü hamıya bəllidir. Qorxutmur deyəndə ki, niyə qorxmalıyıq ki? Rəqibimizin çox güclü bir kollektivi var. Azərbaycanın ən güclü komandasıdır. Asan təslim olmayacağıq.

- Heyətinizdə tkilər var?

- Diz bağları qopan Rasim Ramaldanov Türkiyədə əməliyyat olunacaq. Ən azı 4 ay meydana çıxmayacaq. Ondan başqa zədəli futbolçumuz yoxdur.


XƏBƏR LENTİ
11:04 | Bakıda qayın yeznəsini bıçaqladı 10:58 | Hökumət gələn il üçün manatın məzənnəsinə dair proqnozunu AÇIQLADI 10:55 | Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır 10:51 | APOEL-dən ardıcıl üçüncü qələbə 10:46 | Klinton ağlını itirib – Donald Tramp 10:42 | Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 16:21 | Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı 15:56 | Bakıda 15 yaşlı qız yoxa çıxdı 15:40 | “Neftçi”yə 40 min avroluq cərimə 15:24 | Son dəqiqə! Mitinqə görə Bakıda 3 metrostansiya bağlandı - AÇIQLAMA 15:13 | "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA 12:38 | Dövlət sifarişi ilə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılır 12:19 | Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir - ŞƏRH 11:58 | 2 yaşlı uşaq yuyucu maddə içdi 11:41 | Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE 11:07 | Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur 22:00 | Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb? 21:40 | Təyyarə avtomobillə toqquşdu, pilot öldü 21:20 | Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı 21:00 | Gələn il elm xərclərinə ayrılan vəsait 42,1 faiz artırılıb 20:50 | “Barselona”nın “Yeni Messi” planı 20:40 | XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq