Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
31-01-2018, 23:04 Oxunub: 255

Azərbaycan kinosunun 120 illiyi qeyd ediləcək

Azərbaycan kinosunun 120 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.


Xeberekspress.Az AZƏRTAC-a stinadən xəbər verir ki, sərəncamda deyilir:

2018-ci ilin avqust ayında Azərbaycan kinosunun 120-ci ildönümü tamam olur. Neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan Azərbaycan kino sənəti təşəkkül tapdığı vaxtdan etibarən böyük inkişaf yolu keçmiş və ötən müddət ərzində xalqın mədəni-mənəvi həyatında özünəməxsus mövqe qazanmışdır. Kino yaradıcılığı işinin uğurlu təşkili sayəsində ölkə kinematoqrafiyası sonralar öz imkanlarını getdikcə daha da artırmış, əldə etdiyi nailiyyətlərlə Azərbaycanın zəngin mədəniyyət salnaməsinə parlaq səhifələr yazmışdır. Peşəkar kadrlar tərəfindən yüksək sənətkarlıqla yaradılaraq Azərbaycan kinosu tarixində xüsusi yer tutan ekran əsərləri əsas etibarilə həmin dövrün məhsuludur.

1990-cı illərdə müəyyən çətinliklərlə qarşılaşmış Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə kino ənənələrimizi qorumaqla yanaşı, öz potensialını gerçəkləşdirməsi, həmçinin modernləşdirilməsi və dünya kino sənayesinə daha sürətli inteqrasiya etməklə səmərəli fəaliyyət göstərə bilməsi istiqamətində bir sıra zəruri addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2008-ci il 4 avqust tarixli Sərəncamı Azərbaycanın kino sənətinin inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir. Azərbaycan filmlərinin son illər beynəlxalq festivallarda fəal iştirakı həmin Dövlət Proqramı çərçivəsində silsilə tədbirlərin müvəffəqiyyətlə icrasının nəticəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və tarixi-mədəni irsin, əxlaqi-mənəvi dəyərlərin təbliğində mühüm rolunu nəzərə alaraq Azərbaycan kinosunun 120 illiyinin ölkənin mədəni həyatında əlamətdar hadisə kimi qeyd edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov