Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
30-09-2019, 15:10 Oxunub: 32

1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır: 10 min mükafat təyin edildi...

1992-də əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır: 10 min mükafat təyin edildi...+
 
 
Türkiyədə fəaliyyət göstərən "ASASmedya" Ermənistanda əsir saxlanılan Natiq Səlim oğlu Qasımovun tapılması üçün pul mükatafı təyin edib.

Qaynarinfo xəbər verir ki, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcək. 

Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qara Murad kəndində doğulub. O, 1991-ci ildə "Qarabağ Şahinləri" adlı könüllü dəstənin tərkibində müharibəyə qoşulub. N.Qasımov 12 mart 1992-ci ildə Ağdamın Xramort kəndindəki Alban kilsəsində Ermənistan ordusu tərəfindən əsir alınıb. 7 əsgər yoldaşı ilə birlikdə mövqeləri qoruyan Natiq digərləri öləndən sonra 5 gün ərzində qida və su olmadan həmin yerdə qalıb və təslim olmaqdan imtina edib. 

Daha sonra erməni əsgərləri Xocalıda əsir götürülən 22 nəfərdən biri olan Cəfər Cəfərovu kilsəyə göndərir. C.Cəfərov həmin hadisəni belə təsvir edir:

"Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar, sizi azad edəcəyik. Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda səs eşitdim. Mən tez azərbaycanlı olduğumu və təslim olmasa, 22 nəfər Xocalılını öldürəcəklərini dedim. O, tək olduğunu və beş gündür ac-susuz döyüşdüyünü bildirdi. Rəngi hissdən qapqara olmuşdu. Ermənilərin dediklərini ona çatdırandan sonra bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi".
 
Natiq əsir alınanda "Ogonyok" jurnalının müxbirləri Konstantin Smirnov və Enriko Sarzini hadisə yerində olub və onun şəklini çəkiblər. Hadisənin təsvir edildiyi "Strax" adlı məqalə jurnalın 15 mart 1992-ci ildə çap edilən sayında yayımlanıb.


Natiq Qasımovun qardaşı Nofəl Qasımovun sözlərinə görə, qardaşı hələ də sağdır. O, Azərbaycanlı əsirlərin axtarışını həyata keçirən Gürcüstan vətəndaşı İsmayıl Axundzadədən qardaşının sağ olduğunu öyrənib. İ.Axundzadə bildirib ki, Natiq Kirovakanda kimya fabrikində işlədilir.

Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər Natiq Qasımovun əsir götürülməsini inkar edir. Dövlət Komissiyasının dəfələrlə müraciətinə baxmayaraq, Natiqin taleyi barədə Azərbaycan və beynəlxalq təşkilatlara məlumat verilmir.
XƏBƏR LENTİ
22:20 | 10 yaşlı uşağı maşın vurdu 22:00 | Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib (FOTO) 21:40 | Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü 21:20 | Bağçada 50-dən çox uşaq kəskin qoxulu maddədən zəhərləndi 21:00 | Manatın sabaha MƏZƏNNƏSİ 18:40 | "Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev 18:00 | Lavrovun qalmaqallı Qarabağ açıqlaması: Məqsəd nədir? - GƏLİŞMƏ 17:21 | BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yadı 17:08 | Prezidentdən icra başçılarına SƏRT XƏBƏRDARLIQ: Hansısa bəd əmələ düçar olsanız... 16:42 | Deputat məmurların gəlir deklarasiyası məsələsini QALDIRDI 16:37 | ADPU-nun Quba Filialında 12 Noyabr-Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib 16:15 | Sürücülərin DİQQƏTİNƏ! 40-60 AZN cərimələnə bilərsiniz 15:50 | Prezidentin bu gün təyin etdiyi icra başçısı Ağdərədə güllə yarası alıb - FOTO 15:35 | Bakıda FACİƏ: iki fəhlə kanalizasiya quyusuna düşərək öldü 15:26 | Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 15:25 | Sumqayıtda "Dövlət Bayrağı Günü" ilə bağlı bayraq yürüşü keçirilib 15:21 | Sabah Bakıda yağış yağacaq 14:46 | “Azərbaycanda iqtisadi artım gələn il də davam edəcək” - OQTAY ƏSƏDOV 14:31 | “WhatsApp” bu istifadəçiləri bloklayır 14:30 | “Bakcell-in Ukraynanın MTC mobil operatorunu alması böyük uğurdu” - OSMAN GÜNDÜZ 14:17 | İcra başçısı təyin olunan deputatdan ilk AÇIQLAMA 13:58 | Şirvanın YENİ icra başçısı kimdir? - DOSYE