Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
23-09-2019, 16:21 Oxunub: 31

Paşinyanın Los-Ancelesə səfəri zamanı İLGİNC OLAY - havaya "Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!" şüarını daşıyan təyyarələr qaldırılıb

Paşinyanın Los-Ancelesə səfəri zamanı İLGİNC OLAY - havaya "Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!" şüarını daşıyan təyyarələr qaldırılıb
 
Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 22-də Los Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan "Report"a verilən məlumata görə, bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə "Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb.

Bütün günü Los Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev səfər ərəfəsində Los Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin, N.Paşinyanın Los Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ABŞ-ın ən böyük yəhudi qəzeti olan, Los Ancelesdə nəşr olunan Jewish Journal qəzetində, həmçinin NewzBlaze qəzetində müvafiq məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların milli qəhrəman elan olunduğu, anti-semitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.
 

XƏBƏR LENTİ
11:04 | Bakıda qayın yeznəsini bıçaqladı 10:58 | Hökumət gələn il üçün manatın məzənnəsinə dair proqnozunu AÇIQLADI 10:55 | Azərbaycanda maşınlar daha çox nədən xarab olur? - Ustalar sizi belə aldadır 10:51 | APOEL-dən ardıcıl üçüncü qələbə 10:46 | Klinton ağlını itirib – Donald Tramp 10:42 | Azərbaycan 9 ayda 501,5 milyon dollarlıq kənd təsərrüfatı məhsulları ixrac edib 16:21 | Keçmiş kürəkən qayınatasının evindən 5 minlik qızıl oğurladı 15:56 | Bakıda 15 yaşlı qız yoxa çıxdı 15:40 | “Neftçi”yə 40 min avroluq cərimə 15:24 | Son dəqiqə! Mitinqə görə Bakıda 3 metrostansiya bağlandı - AÇIQLAMA 15:13 | "Mitinqə görə avtobusların hərəkət sxemi dəyişdirildi" - BNA 12:38 | Dövlət sifarişi ilə oxuyanlar üçün təhsil xərclərinin miqdarı artırılır 12:19 | Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir - ŞƏRH 11:58 | 2 yaşlı uşaq yuyucu maddə içdi 11:41 | Ukraynanın Baş Prokurorun müavini təyin edilən azərbaycanlı kimdir? - DOSYE 11:07 | Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur 22:00 | Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb? 21:40 | Təyyarə avtomobillə toqquşdu, pilot öldü 21:20 | Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı 21:00 | Gələn il elm xərclərinə ayrılan vəsait 42,1 faiz artırılıb 20:50 | “Barselona”nın “Yeni Messi” planı 20:40 | XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq