Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
20-09-2019, 16:46 Oxunub: 16

Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Yaralılar var

Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Yaralılar var
 
Dünən Rusiyanın Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində nəqliyyat hadisəsi baş verib.
 
Azərbaycanın Rusiyadakı səfirliyindən verilən məlumata görə, bu haqda Səfirliyə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin sözügedən nəqliyyat hadisəsini araşdıran müstəntiq, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələri, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılıb.
 
 
Əldə olunmuş məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həyatını itirib, 7 nəfər Azərbaycan vətəndaşı isə xəsarət alıblar. Onlardan 3 nəfər ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılıb.
 
Hazırda Qayakənd rayon mərkəzi xəstəxanasında 3 nəfər həmvətənlərimiz vardır ki, onların da vəziyyəti orta ağır olaraq qalır. Bunlar Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) adlı soydaşlarımızdır.
 
Səfirlik məsələni və həmvətənlərimizin durumunu nəzarətdə saxlayır.

XƏBƏR LENTİ