Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
20-09-2019, 15:58 Oxunub: 22

Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB

 Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB
 

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə nitq söyləyib.

Prezident İlham Əliyev əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Azərbaycanın dünyada sənaye üsulu ilə, həmçinin dənizdə neft hasil edən ilk ölkə olduğunu vurğulayan dövlət başçısı o vaxtdan bəri neftçilərimizin ölkənin iqtisadi qüdrətinin artırılmasındakı rolunu yüksək qiymətləndirib. Prezident İlham Əliyev 1990-cı illərin əvvəllərində, o vaxtkı rəhbərliyin səriştəsizliyi nəticəsində yaranmış iqtisadi-siyasi böhranın ölkəni ağır vəziyyətə saldığını və belə bir zamanda xalqın tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və cəsarəti sayəsində Azərbaycanın xilas olması naminə göstərdiyi xidmətlərdən danışıb. 1994-cü ildə "Əsrin müqaviləsi”nin imzalanmasını tarixi hadisə adlandıran, o zaman qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün göstərilən səyləri xatırladan Prezident İlham Əliyev həmin dövrdə riskli bir dövlət kimi tanınan Azərbaycana xarici investorları cəlb etmək üçün Ulu Öndərin göstərdiyi sarsılmaz iradəni xüsusi qeyd edib.

"Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin sonrakı inkişafındakı və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasındakı həlledici rolundan danışan Prezident İlham Əliyev neftdən əldə edilən gəlirlərin ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəltmək kimi əsas məqsədə nail olunduğunu vurğulayıb. Azərbaycanın karbohidrogen ehtiyatlarını xarici bazarlara çıxarmaq üçün çəkilmiş neft-qaz kəmərləri vasitəsilə ixrac olunan sərvətimizin ölkəyə gətirdiyi faydalardan bəhs edən dövlət başçısı "Əsrin müqaviləsi”nin uğurlu icrasının əhalinin məşğulluğunun təminində, yeni nəsil ixtisaslı neftçi kadrların hazırlanmasında, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində, Azərbaycanın kosmik ölkəyə çevrilməsində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasındakı həlledici rolundan söz açıb. Neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun tərəqqisinə da təkan verdiyini deyən Prezident İlham Əliyev neft-qaz sektorunun inkişafının davamlılığının bundan sonra da prioritet olacağını bildirdi. Dövlətimizin başçısı neftçilərə yeni uğurlar arzulayıb.


Sonra ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Birləşmiş Ştatların Dövlət katibi Maykl Pompeonun məktubunu oxuyub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin Beynəlxalq Ticarət üzrə Dövlət katibi Yelizaveta Trussun məktubunu oxuyub.

Daha sonra BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış ediblər.

***

Saat 12:15

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə mərasim keçirilir.

 

Modern.az-a xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.


XƏBƏR LENTİ
23:00 | "Sənin Afət Fərmanqızından nə fərqin var?" 22:30 | "Üstünlüyü bunda axtarmalıyıq" — Qurban Qurbanov 22:00 | İlham Əliyev Ramiz Mehdiyevlə görüşdü - FOTOLAR 21:40 | Kərəm Həsənov və Zahid İsayev də vəzifəsini itirdi 21:20 | İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO 21:00 | Putinin vizit kartı iki milyona satıldı - FOTO 17:59 | "İslahatlara alternativ yoxdur" - Prezident 17:42 | Azərbaycanda mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var 17:29 | İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi 17:17 | İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq 17:04 | Prezidentdən Akif Əlizadə ilə bağlı SƏRƏNCAM 16:53 | Əhaliyə şad xəbər – Yaşayış minimumu və ehtiyac meyarı artırılır 16:42 | Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi 16:20 | İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi 16:08 | İlham Əliyev yeni İqtisadiyyat naziri təyin etdi 15:49 | Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi 15:34 | İlham Əliyev Mİkayıl Cabbarovu vəzifəsindən azad etdi və... - SƏRƏNCAM 15:20 | Sabah 25 dərəcə isti olacaq 14:41 | Bakıda şok cinayət – Maşına oturub silahla hədələdilər 14:22 | Mübariz İbrahimovu təhqir etməkdə günahlandırılan Nərminlə bağlı - QƏRAR VERİLDİ 14:09 | Marketləri bəzəyən bu konfetlər təhlükə saçır - Ekspertdən həyəcan siqnalı 13:53 | Prezidentin xanımı geyiminə görə sərt tənqid olundu- FOTO