Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
20-09-2019, 15:19 Oxunub: 19

Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı... - FOTO

Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı... - FOTO
 
Azərbaycan üçün nəzərdə tutulmuş "Samsung" smartfonları işğalçı ölkə bazarında satılmağa başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Ermənistan mediasına İrəvanda kompüter mağazalarından birinin qurucusu Nerses Avdalyan danışıb. Erməni iş adamının sözlərinə görə, Azərbaycan üçün nəzərdə tutulmuş, amma Ermənistana gedib çıxmış mobil telefonların sayı artıq 1000-ə yaxınlaşıb.

Avqust ayında "Facebook”da canlı reklam olunmuş "Samsung Galaxy A50” modellərini aldıqdan sonra bəzi erməni müştərilər həmin smartfonların zəif işləməsindən şikayətlənib. Modellər üzərində lazımi testlər aparan mütəxəssislər öncə onların Özbəkistan üçün nəzərdə tutulduğunu güman ediblər. Lakin daha dəqiq araşdırmadan və "Samsung” şirkətinə sorğu göndərdikdən sonra bu mobil telefonların Azərbaycana göndərilməli olduğunu dəqiqləşdiriblər. Bu barədə "Samsung”dan yazılı cavab da gəlib.

N. Avdalyan Azərbaycan bazarı üçün nəzərdə tutulmuş smartfonların ayrı-ayrı şəxslər tərəfindən Gürcüstan vasitəsi ilə Ermənistana gizli və qanunsuz şəkildə gətirildiyini güman edir. Buna misal olaraq o, bir müddət öncə Gürcüstandan Ermənistana gələn bir avtomobilin qaz balonunda yerləşdirilmiş 60-70 ədəd "Samsung" smartfonunu misal gətirib.

Xatırladaq ki, ötən illərdə Azərbaycana da digər ölkələr üçün nəzərdə tutulmuş mobil telefonların gətirilməsi faktları aşkar edilib.

Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı...
Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı...
XƏBƏR LENTİ