Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
20-09-2019, 14:40 Oxunub: 21

Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır - ABŞ KİV

Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır - ABŞ KİV
 
ABŞ mediası Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 21-nə planlaşdırılan Los-Ancelesə səfərini tənqid edib.

"Report" xəbər verir ki, "NewsBlaze" nəşrindəki "Ermənistanın baş naziri Nikol Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır" başlıqlı məqalədə şəhər və dairə tərəfindən Paşinyanın icma nümayəndələri ilə görüş təşkil etməsinə imkan verilməməli olduğu yazılıb.

"Bir çox Avropa ölkəsinin nasist keçmişi olsa da, onların əksəriyyəti bu keçmişi və onun iştirakçılarını qınayır və nasistlərin istənilən formada təriflənməsindən yayınmağa çalışır. Ancaq bu, qətiyyən Ermənistana aid deyil. Onlar veteranlarını "qəhrəman" hesab edirlər", - nəşr yazıb.

Məqalədə 2016-cı ildə Almaniyanın faşist ordusunun erməni generalı Qaregin Njdeyə Ermənistan paytaxtı Yerevanın mərkəzində böyük ölçülü abidənin qoyulması faktından da bəhs olunur.

Nəşr həmçinin qeyd edir ki, tərkibində çoxlu sayda yəhudi olan Los-Anceles Administrasiyası müasir Ermənistandakı antisemitizm səviyyəsinə də diqqət yetirməlidir: "Belə ki, Ermənistanda yetkinlik yaşına çatmış 1,3 milyon insan antisemitizm inanclarına sadiqdir. Bu, Ermənistanı Avropanın ikinci ən böyük antisemitizm ölkəsi edir. 2018-ci ildə "Pew" araşdırma mərkəzinin apardığı bir araşdırma ermənilərin 32 faizinin yəhudiləri həmvətəndaş olaraq qəbul etmədiyini və Ermənistanın "yəhudi problemi" olduğunu göstərib".

Los-Ancelesdə nəşr olunan "JewishJournal"da işıq üzü görən məqalədə isə 1991-ci ildə müstəqillik qazandıqdan sonra Ermənistanın daim ABŞ-ın Cənubi Qafqazla bağlı planlarına qarşı çıxan xarici siyasət yürütdüyü qeyd olunur.

Nəşr xatırladır ki, Ermənistan həmçinin dünyada təcavüzkar və Azərbaycan torpaqlarını işğalçısı kimi tanınır.

"Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistan müttəfiqlərinin dəstəyi ilə Azərbaycanın suveren ərazisinin təxminən 20%-ni işğal edə bildi. BMT Təhlükəsizlik Şurası kütləvi qırğınlar və azərbaycanlı əhalinin yaşadığı torpaqların total etnik təmizlənməsi ilə müşayiət olunan bu qanunsuz hərbi işğalı dörd qətnamə ilə qınadı. Ermənistandan qovulan 250 min azərbaycanlı mülki şəxs ilə birlikdə bu gün Azərbaycanda 1 milyondan çox qaçqın və köçkün var ki, bu da dünyada adambaşına düşən qaçqın sayına görə ən böyük göstəricilərdən biridir", - "JewishJournal" yazıb.
XƏBƏR LENTİ
23:00 | "Sənin Afət Fərmanqızından nə fərqin var?" 22:30 | "Üstünlüyü bunda axtarmalıyıq" — Qurban Qurbanov 22:00 | İlham Əliyev Ramiz Mehdiyevlə görüşdü - FOTOLAR 21:40 | Kərəm Həsənov və Zahid İsayev də vəzifəsini itirdi 21:20 | İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO 21:00 | Putinin vizit kartı iki milyona satıldı - FOTO 17:59 | "İslahatlara alternativ yoxdur" - Prezident 17:42 | Azərbaycanda mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var 17:29 | İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi 17:17 | İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq 17:04 | Prezidentdən Akif Əlizadə ilə bağlı SƏRƏNCAM 16:53 | Əhaliyə şad xəbər – Yaşayış minimumu və ehtiyac meyarı artırılır 16:42 | Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi 16:20 | İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi 16:08 | İlham Əliyev yeni İqtisadiyyat naziri təyin etdi 15:49 | Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi 15:34 | İlham Əliyev Mİkayıl Cabbarovu vəzifəsindən azad etdi və... - SƏRƏNCAM 15:20 | Sabah 25 dərəcə isti olacaq 14:41 | Bakıda şok cinayət – Maşına oturub silahla hədələdilər 14:22 | Mübariz İbrahimovu təhqir etməkdə günahlandırılan Nərminlə bağlı - QƏRAR VERİLDİ 14:09 | Marketləri bəzəyən bu konfetlər təhlükə saçır - Ekspertdən həyəcan siqnalı 13:53 | Prezidentin xanımı geyiminə görə sərt tənqid olundu- FOTO