Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
19-09-2019, 17:35 Oxunub: 172

Kişi buynuz çıxartdı - FOTOFAKT

Kişi buynuz çıxartdı - FOTOFAKT
 
Hindistanda Şiam Lal Yadav adlı bir kişinin aldığı zərbədən başında buynuz yaranıb. Təxminən 10 santimetr böyüklükdə olan buynuz cərrahi yolla kəsilib atılıb.

74 yaşlı kişinin başında buynuz 5 il əvvəl yaranıb. Kişi buynuzu əvvəllər bərbərinin köməyi ilə gizlədə bilsə də sonradan bu mümkün olmayıb və kişi həkimə müraciət etmək qərarına gəlib. Buynuz dırnağın tərkibində olan yağlı keratin maddəsindən və tükdən yaranıb. Bu problem yerli neyro cərrahlar tərəfindən aradan qaldırılıb. Kişini əməliyyat edən cərrah bildirib ki, 5 il əvvəl buynuz formalı bu şişin əvvəllər Şiam Lal Yadava heç bir narahatlığı olmasa da sonradan tədricən ağrı verməyə başlayıb. Həkim bildirib ki, bu cür şişlər tibbdə "şeytan buynuzu" adlanır və nadir hallarda rast gəlinir.
 
Belə buynuzdan xilas olmaq üçün cərrahiyyə, radioterapiya və kimyaterapiya kimi müxtəlif üsullar mövcuddur. Cərrahi əməliyyat zamanı buynuz steril edilmiş ülgüclə kəsilib atılır. Əməliyyatdan sonra kəsilmiş yerdə bədxassəli digər şiş yaranmasın deyə xəstə ehtiyatlı olmalı, özünü gözləməlidir. Belə buynuzların yaranma səbəsbi tam dəqiqliyi ilə bilinməsə də ehtimal olunur ki, radiasiya və gün işığı dərini qurudaraq bu cür nəticəyə gətirib çıxarır.









XƏBƏR LENTİ