Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
19-09-2019, 11:21 Oxunub: 17

“Məktəblilərin ictimai nəqliyyatda gediş haqqından azad edilməsi mümkündür, amma...”

“Məktəblilərin ictimai nəqliyyatda gediş haqqından azad edilməsi mümkündür, amma...”
 
Ərşad Hüseynov: "Bunun üçün qanunvericlikdə dəyişiklik edilməli, məlum yeniliyin tətbiqinin dəqiq mexanizmi müəyyənləşməlidir”
 


 

Bu günlərdə millət vəkili Fazil Mustafa maraqlı təkliflə çıxış edib. Millət vəkili yaşından asılı olmayaraq, məktəbli forması daşıyan şagirdlərə ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə hüququnun verilməsini təklif edib. Millət vəkilinin qənaətincə, belə bir humanist addımın atılması imkansız ailələrə böyük dəstək olar.

Maraqlıdır, məktəblilərin ictimai nəqliyyatdan pulsuz istifadəsinin təşkili mümkündürmü? Belə bir yeniliyin tətbiqi üçün hansı mərhələlərdən keçmək lazımdır?

Moderator.az-a açıqlama verən yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov sözügedən təklifi dəstəklədiyini vurğuladı:

"Bu təklifin reallaşması nəzəri baxımdan mümkündür. Belə bir addımın atılması yaxşı və gərəkli olar. Lakin bunun üçün qanunvericilikdə dəyişiklik etmək lazımdır. Hazırda Nazirlər Kabinetinin məlum qərarı mövcuddur. Yaxşı olardı ki, bu qərara dəyişiklik olunsun. Bundan sonra isə bunun mexanizmi müəyyən olunsun.

Ödənişsiz daşımalar elə bir məsələdir ki, bu, həm qanunvericilik baxımından dəqiq müəyyənləşməlidir, həm də güzəştin tətbiq edilmə mexanizmi dəqiq şəkildə təşkil edilməlidir. Bu gün metroda kart sistemi mövcuddur. Bakıdakı avtobusların bir hissəsi kart sisteminə keçib və digər avtobuslar da tədricən bu sistemə keçməkdədir. Bakı Nəqliyyat Agentliyinin, Təhsil Nazirliyinin, yaxud Nazirlər Kabinetinin özünün bunun mexanizmi haqqında düşünməsi mümkündür.

Dünyada yaxşı bir təcrübə mövcuddur. Güzəştli qruplara, tutaq ki, uşaqlara, tələbələrə, təqaüdçülərə xüssusi kartlar verirlər. Həmin kartlara vəsait dövlət büdcəsindən yüklənir. Yaxud həmin kartlardan istifadə zamanı qeydiyyat başqa cür aparılır, nəticədə aparılan hesabat nəticəsində güzəştli qrupların gediş haqqı dövlət tərəfindən kompensasiya olunur. Bu, hər halda düşünülməli və bunun tətbiqi üçün uyğun variant tapılmalıdır”.


XƏBƏR LENTİ
23:00 | "Sənin Afət Fərmanqızından nə fərqin var?" 22:30 | "Üstünlüyü bunda axtarmalıyıq" — Qurban Qurbanov 22:00 | İlham Əliyev Ramiz Mehdiyevlə görüşdü - FOTOLAR 21:40 | Kərəm Həsənov və Zahid İsayev də vəzifəsini itirdi 21:20 | İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO 21:00 | Putinin vizit kartı iki milyona satıldı - FOTO 17:59 | "İslahatlara alternativ yoxdur" - Prezident 17:42 | Azərbaycanda mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var 17:29 | İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi 17:17 | İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq 17:04 | Prezidentdən Akif Əlizadə ilə bağlı SƏRƏNCAM 16:53 | Əhaliyə şad xəbər – Yaşayış minimumu və ehtiyac meyarı artırılır 16:42 | Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi 16:20 | İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi 16:08 | İlham Əliyev yeni İqtisadiyyat naziri təyin etdi 15:49 | Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi 15:34 | İlham Əliyev Mİkayıl Cabbarovu vəzifəsindən azad etdi və... - SƏRƏNCAM 15:20 | Sabah 25 dərəcə isti olacaq 14:41 | Bakıda şok cinayət – Maşına oturub silahla hədələdilər 14:22 | Mübariz İbrahimovu təhqir etməkdə günahlandırılan Nərminlə bağlı - QƏRAR VERİLDİ 14:09 | Marketləri bəzəyən bu konfetlər təhlükə saçır - Ekspertdən həyəcan siqnalı 13:53 | Prezidentin xanımı geyiminə görə sərt tənqid olundu- FOTO