Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
18-09-2019, 17:49 Oxunub: 20

Alimlər insan ömrünü uzatmaq üçün bu heyvandan istifadə etmək istəyirlər - FOTO

 Alimlər insan ömrünü uzatmaq üçün bu heyvandan istifadə etmək istəyirlər - FOTO
 
Müxtəlif dövrlərdə canlılar üzərindən fərqli eksperimentlərin şahidi olmuşuq. Bu eksperimentlərin coxui bizə yeni olan və gözləmədiyimiz nəticələr verib. Alimlər bu dəfə də bizdən yuxarıdakı dünyada maraqlı ekspeirment ediblər. Belə ki, ərincəklilər üzərində aparılan eksperiment nəticəsində  məlum olub ki, onlar  istənilən şəraitdə, hətta açıq kosmosda belə oksigensiz yaşaya bilirlər.

 
Alimlərin eksperimentindən sonra məlum olub ki, onlar mənfi 200 dərəcədən müsbət 149 dərəcəyə qədər temperaturda yaşamağı bacarır, bu barədə 
anwes.az xarici KİV-lərə istinadən xəbər verir.

Bu canlılar radiasiyaya, qaynar suya, okeanın dərinliklərindəki təzyiqdən 6 qat artıq təzyiqə və hətta kosmosdakı hava boşluğuna olduqca davamlıdırlar. Onların sevimli yaşayış məskənləri bataqlıq və yosunluqdur. Yer kürəsində bu canlının yüzlərlə növü var Onlar yüksək dağlıq ərazilərdən tutmuş, dərin dənizlərə qədər hər yerdə məskunlaşa bilirlər. İllərlə dərin yuxuya gedib, sonra da eyni bioloji yaşda yuxudan ayılırlar.

Ən maraqlısı budur ki, alimlər ərincəklilərin xüsusiyyətlərini insanlara köçürməklə insan ömrünü uzatmaq istəyirlər. Ərincəklilərin kosmosda oksigensiz nəfəs almaq və qocalmadan uzunmüddətli yuxuya getmək bacarıqları insanlarda olsaydı, sözsüz ki, kosmik uçuşlarda böyük uğurlar qazanmaq mümkün olardı.


XƏBƏR LENTİ