Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
13-09-2019, 17:30 Oxunub: 7

Azərbaycanda yeni doğulmuş körpələrin əsas ölüm səbəbi açıqlandı

Azərbaycanda yeni doğulmuş körpələrin əsas ölüm səbəbi açıqlandı
 

Erkən doğulan körpələrdə infeksiya riski, tənəffüs yolları, böyrək xəstəlikləri və zəif inkişaf etmiş orqan sistemləri ilə bağlı problemlərə rast gəlinir.

Bu barədə Xeberekspress.az-a Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov məlumat verib.

O bildirib ki, bu gün doğumların 8-10 faizi erkən doğumların payına düşür:

 

"Ən çox problemlər məhz vaxtından əvvəl doğulan körpələrdə müşahidə edilir. Onlarda ilkin olaraq tənəffüs yolları və bətndaxili infeksiyalar üstünlük təşkil edir. Bundan başqa, yeni doğulmuşlarda doğuş zədələri, hava çatışmazlığı (asfiksiya və hipoksiya), irsi xəstəliklər, anadangəlmə qüsurlar və s. problemlər müşahidə edilir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni doğulmuş uşaqlarda ölümün ən birinci səbəbi yetkinsizliklə əlaqədardır. Bunun səbəbi isə anaların hamiləlik müddətində həkimə müraciət etməməsi, zəruri olan yoxlamalardan keçməməsidir. Zamanında müraciət edilmədiyi üçün bu kimi problemlər və onların yaratdığı fəsadların qarşısını almaq mümkün olmur”.

R.Hüseynov deyib ki, son illərdə yeni doğulmuş körpələrdə müşahidə edilən xəstəliklərdə artım olmasa da, vəziyyət ötən illərdəki kimi stabildir:

"Tibbin inkişafı nəticəsində müəyyən xəstəliklərin artıq müalicəsi də mümkündür. Eyni zamanda, həkimlərimiz də xarici ölkələrdə təkmilləşmə kursları keçirlər. Həkimlərimizin öz ixtisasları üzrə peşəkarlaşmasına baxmayaraq, bu kimi problemlərdə analar özləri diqqətli olmalıdırlar. Çalışırıq ki, ümumiyyətlə, doğumlarda vaxtından əvvəl doğulanların sayı azalsın. Bu gün doğumların 8-10 faizi erkən doğumların payına düşür”.

Onun sözlərinə görə, Azərbaycanda doğuş zədəsi ilə doğulan uşaqların sayı ötən illlərə nisbətən azalıb:

"Ötən illərlə müqayisədə, doğuş zədələri, anadangəlmə qüsurlu körpələrin sayı azalsa da, asfiksiya, erkən doğum və ana bətnində infeksiyalara yoluxmadan sonra yaranan septiki proseslər, qüsurların yaranması ilə bağlı problemlər stabil olaraq qalıb”.


XƏBƏR LENTİ
18:36 | Məktəblərin ətrafında piyada keçidləri yenilənir 18:27 | Dünya çempionatında Azərbaycanın 3 güləşçisinin ilk rəqibi dəqiqləşib 18:22 | Əhali 8 ayda ərzağa nə qədər pul xərcləyib? 18:18 | Qərb üçün DƏHŞƏTLİ SÜRPRİZ: Ərdoğan istədi, Putin bu gün göndərdi - FOTO 18:15 | Ceyhun Bayramov məktəb açılışında 15:30 | Bakı polisindən çağırış: “Yol qaydalarına əməl edin, əks təqdirdə...” 15:10 | “Arvadını” başqa kişi ilə yatağa saldı, sonra 4 oğlanla... - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY 14:57 | İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq 14:38 | İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO 14:18 | Rusiya Azərbaycana YAŞIL İŞIQ YANDIRA BİLƏR - Bu açıqlamalar BOŞUNA VERİLMİR 12:24 | Paşinyanı ABŞ səfərində yenə fiasko gözləyir - iki səbəb 12:06 | Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi - GƏLİŞMƏ 11:42 | Uşaq bağçalar təhsil nazirliyinə qaytarılır? - GƏLİŞMƏ 11:25 | Gələn ilin maaş və pensiyaları ilə bağlı rəsmi açıqlama 11:10 | Su ilə bağlı QADAĞA 23:00 | Prezident MÜHÜM SƏRƏNCAM 22:30 | Bakıda inanılmaz hadisə - Dişini çəkdirərkən öldü 22:00 | SON DƏQİQƏ: Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı var - FOTOLAR 21:40 | Dumanlı havada “Ford” divara çırpıldı: ölən var 21:20 | Bakıda məşhur restoran bağlandı 21:20 | ABŞ-a köçən Elariz evini satışa çıxardığı - EVİN VİDEOSU 21:00 | Müğənniyə görə arvadını və oğlunu tərk etdi