Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
13-09-2019, 10:16 Oxunub: 11

Avro BAHALAŞACAQ, yoxsa... - İqtisadçı AÇIQLADI

Avro BAHALAŞACAQ, yoxsa... - İqtisadçı AÇIQLADI
 

ABŞ-Çin ticari münasibətləri avropalıların monetar qərarlarına təsirsiz ötüşmür.

Redaktor.az bildirir ki, iqtisadçı, alim Vüqar Bayramov Avropa Mərkəzi Bankının depozit faizlərini -0.40 faizdən -0.50 faizədək endirməsi barədə qəbul etdiyi qərara münasibət bildirib.

V. Bayramov hesab edir ki, bu qərar valyuta bazarına hələlik təsirsiz ötüşür:

"Amma bu addım funt sterlinqin zəifləməsi və Ağ Evin dolları ucuzlaşdırmaq istəyi fonunda avronun yaxın zamanlarda möhkəmlənmək imkanlarını xeyli azaltdı. Mərkəzi Bank bu ilin noyabrından etibarən aylıq 20 milyard avroluq bond satışı da həyata keçirmək niyyyətindədir. Bond proqramının nə vaxtadək davam edəcəyi barədə hər hansı bilgi verilməyib. "Əsas yenidən-maliyyələşdirmə əməliyyatları” və "marjinal maliyyələşdirmə” fasilitilər üzrə faizlər dəyişməz olaraq 0 və 0.25 faiz səviyyəsində saxlanılıb”.

V. Bayramov vurğulayıb ki, Avropa Mərkəzi Bankı gözlənilən nisbətən yumşaq qərar qəbul etsə də, belə hələlik Frankfurtda avronun möhkəmlənməsinə isti yanaşılmır:

"Avrozonada proqnozlaşdırılan iqtisadi artıma nail oluna bilməməsi fonunda ABŞ-Çin ticari münasibətləri də avropalıların monetar qərarlarına təsirsiz ötüşmür. Bütövlükdə, Avropa Mərkəzi Bankının son qərarı göstərir ki, digər aparıcı rəqiblərin xüsusən də ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozlaşdırımayan fors-major qərarları olmayacağı halda avronun kursunun yaxın zamanda səbət valyutalara nisbətən möhkəmlənməsi gözlənilirmir. Manatın avroya çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün milli valyutamızın dollara kursu Avropa puluna münasibətdə həlledici olacaq. Bu isə o deməkdir ki, avro dollara nisbətən dəyər qazanmayacağı halda bizim valyuta bazarında da möhkəmlənməyəcək”.


XƏBƏR LENTİ
18:36 | Məktəblərin ətrafında piyada keçidləri yenilənir 18:27 | Dünya çempionatında Azərbaycanın 3 güləşçisinin ilk rəqibi dəqiqləşib 18:22 | Əhali 8 ayda ərzağa nə qədər pul xərcləyib? 18:18 | Qərb üçün DƏHŞƏTLİ SÜRPRİZ: Ərdoğan istədi, Putin bu gün göndərdi - FOTO 18:15 | Ceyhun Bayramov məktəb açılışında 15:30 | Bakı polisindən çağırış: “Yol qaydalarına əməl edin, əks təqdirdə...” 15:10 | “Arvadını” başqa kişi ilə yatağa saldı, sonra 4 oğlanla... - Azərbaycanda AĞLAGƏLMƏZ OLAY 14:57 | İstirahət gününün havası: şimşək çaxacaq, yağış yağacaq 14:38 | İlham Əliyev ölkəmizə yeni təyin olunmuş səfirlərin etimadnamələrini qəbul etdi - FOTO 14:18 | Rusiya Azərbaycana YAŞIL İŞIQ YANDIRA BİLƏR - Bu açıqlamalar BOŞUNA VERİLMİR 12:24 | Paşinyanı ABŞ səfərində yenə fiasko gözləyir - iki səbəb 12:06 | Azərbaycan Qarabağla bağlı diplomatik hücuma keçdi - GƏLİŞMƏ 11:42 | Uşaq bağçalar təhsil nazirliyinə qaytarılır? - GƏLİŞMƏ 11:25 | Gələn ilin maaş və pensiyaları ilə bağlı rəsmi açıqlama 11:10 | Su ilə bağlı QADAĞA 23:00 | Prezident MÜHÜM SƏRƏNCAM 22:30 | Bakıda inanılmaz hadisə - Dişini çəkdirərkən öldü 22:00 | SON DƏQİQƏ: Stadionda İZDİHAM: Onlarla ölü, yüzlərlə yaralı var - FOTOLAR 21:40 | Dumanlı havada “Ford” divara çırpıldı: ölən var 21:20 | Bakıda məşhur restoran bağlandı 21:20 | ABŞ-a köçən Elariz evini satışa çıxardığı - EVİN VİDEOSU 21:00 | Müğənniyə görə arvadını və oğlunu tərk etdi