Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
12-09-2019, 16:20 Oxunub: 18

Nazirin müşavirlərinin sayı 9-a çatdı – təhsil, bank işçiləri…

Vergilər naziri Mikayıl Cabbarovun müşavirlərinin sayı 9-a çatıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazirin müşavirlərinin 2-si bank, 4-ü təhsil, 3-ü isə vergi sahəsində çalışıb.

Vergilər nazirinin müşaviri Hidayət Sultanov – bundan əvvəl 2015-2016-ci illərdə Azərbaycan Beynəlxalq Bankın (ABB) baş direktoru vəzifəsində işləyib. Həmçinin Baş Dövlət Vergi Müfəttişliyinin sədr müavini, "Lukoyl” neft şirkətində müşavir olub. "Mingəçevir İzolit” MMC-nin və "Azərtütün” MMC-nin Müşahidə Şurasının üzvüdür.

Vergilər nazirinin müşaviri Xaqani Abdullayev – bu vəzifəyə kimi, Mərkəzi Bankın sədr müavini olub.

Vergilər nazirinin müşaviri Elnur Əliyev – bundan öncə o, Təhsil Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.

Vergilər nazirinin müşaviri Hüseyn Əliyev – bundan əvvəl Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri əvəzi, Təhsil nazirinin müşaviri olub.

Vergilər nazirinin müşaviri Əlipaşa Zeynalov - bundan əvvəl Təhsil Nazirliyi Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri, Təhsil Nazirinin köməkçisi işləyib. Həmçinin ATU-nun Psixiatriya kafedrasının assistentidir.

Vergilər nazirinin müşaviri Abdulla Tağıyev – bundan əvvəl Təhsil Nazirin müşaviri vəzifəsində işləyib. O, Təhsil Nazirliyinə tabe təhsil müəssisələrinin torpaq sahələri və digər daşınmaz əmlak üzərində istifadə hüquqlarını təsdiq edən sənədlərin bərpa edilməsi və ya yenidən alınması işinin təşkili məqsədi ilə yaradılan işçi qrupunun rəhbəri olub.

Vergilər nazirinin müşaviri Manaf Bayramov – O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib. Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib. O, 2008-ci Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.

Vergilər nazirinin müşaviri Rəşad Həbibov – O, vergilər naziri Fazil Məmmədovun dövründən müşavir vəzifəsində çalışır. Bu vəzifəyə qədər, Vergilər Nazirliyində bir sıra rəhbər vəzifələri icra edib.

Vergilər nazirinin müşaviri Tariyel Quliyev – bu vəzifəyə kimi Vergilər Nazirliyində bir sıra vəzifələrdə rəhbər şəxs kimi çalışıb. Bakı şəhəri vergilər departamentinin rəisi olub.

Mikayıl Cabbarov keçmiş müşaviri Orxan Nəzərlini vəzifəsindən azad edərək, onu Vergilər Nazirliyinin Baş İdarənin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edib.
XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov