Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
12-09-2019, 11:29 Oxunub: 14

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Berlində konsert təşkil edilib
 

Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət "In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirakçılara İmadəddin Nəsiminin ömür yolu və bənzərsiz yaradıcılığı haqqında məlumat verib.

Səfir 1369-cu ildə Şamaxı şəhərində dünyaya göz açmış İmadəddin Nəsiminin gənc yaşlarından elmə böyük həvəs göstərdiyini, klassik Şərq və yunan fəlsəfəsi, ədəbiyyat, astronomiya, məntiq elmlərini dərindən mənimsədiyini qeyd edib. O, Azərbaycan şairləri ilə yanaşı ərəb və fars yazıçılarının əsərlərinə yaxından bələd olan Nəsiminin Yaxın Şərqin görkəmli mütəfəkkirləri, filosof və alimlərinin əsərlərini mütaliə etdiyini, dövrünün təriqətlərinə maraq göstərdiyini, Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi poeziyanın əsasını qoyduğunu, söz sənətimizi forma və məzmunca zənginləşdirdiyini, özündən sonrakı nəsillər üçün böyük ədəbi irs qoyub getdiyini nəzərə çatdırıb.

Azərbaycanın dünya musiqisinə böyük töhfə verdiyini qeyd edən səfir R.Həsənov müsəlman dünyasında ilk operanın, o cümlədən ilk balet musiqisinin Azərbaycanda ərsəyə gəldiyini nəzərə çatdırıb. Özünün rəngarəngliyi ilə seçilən Azərbaycan musiqi məktəbinin ənənəviliklə yanaşı, müasir formaları da özündə ehtiva etdiyini vurğulayıb. Azərbaycan muğamından söz açan diplomat ölkəmizdə muğamın klassik musiqi ilə sintez edildiyini qeyd edib. Azərbaycanda klassik musiqinin əsasının qoyulmasında xidmətlərinə görə dahi bəstəkar Üzeyir Hacıbəylini xatırladan səfir Firəngiz Əlizadə və onun həmkarlarının dahi bəstəkarın layiqli davamçıları olduğunu diqqətə çatdırıb.

Səfir Ramin Həsənov Azərbaycanın mədəni irsinin qorunub saxlanılmasında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətlərinin olduğunu qeyd edib.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığından söz açan Ramin Həsənov onun 2008-ci ildə UNESKO-nun "Sülh Artisti” adına layiq görüldüyünü, Azərbaycan mədəniyyətinin xaricdə tərənnüm edilməsinə, eləcə də dünya musiqisinə böyük töhfə verdiyini nəzərə çatdırıb. O, bəstəkarın Nəsiminin əsərləri əsasında ərsəyə gətirdiyi "Dərviş”, "Zikr”, "Nəsimi Passionu” kimi əsərlərinin olduğunu bildirib.

Səfir konsertin təşkil olunması və ərsəyə gəlməsinə verdiyi töhfəyə görə Azərbaycan Bəstəkarlar İttifaqına və onun sədri Firəngiz Əlizadəyə təşəkkür edərək konserti açıq elan edib.

Konsertdə F.Əlizadə ilə yanaşı digər Azərbaycan bəstəkarlarının – Aliyə Məmmədova, Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin şeir və qəzəllərinin əsasında hazırlanmış əsərləri ifa olunub. Xanəndələr, "Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də opera və balet teatrının solisti Mütəllim Dəmirov və soprano - Afaq Abbasova tərəfindən əsərlər ifa edilib. İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının aparıcı solisti Anar Mikayılov canlandırıb.

Konsertdə Almaniyadakı elmi və mədəni ictimaiyyətin, Almaniyadakı səfirliyimizin və diasporumuzun nümayəndələri iştirak ediblər.


XƏBƏR LENTİ
17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu 17:33 | İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi 17:21 | Musa Quliyev: "İcbari tibbi sığorta gələn ildən fəaliyyətə başlayacaq" 17:06 | Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı 16:46 | Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Yaralılar var 16:33 | Hadi Rəcəbli bu yaşadək uşaqlara veriləcək puldan DANIŞDI 15:58 | Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB 15:38 | Bakıda qayınanasının başına butulka çırpıb öldürən gəlinin FOTOSU - DƏHŞƏTLİ FAKTLAR 15:19 | Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı... - FOTO 14:53 | Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir? - TƏHLİL 14:40 | Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır - ABŞ KİV 14:03 | “Əsrin müqaviləsi” bizə nə verdi, nə verir və nələr verəcək? - TƏHLİL 13:46 | Sabahın havası: şimşək, dolu, sulu qar 13:06 | İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə 12:30 | Ali dini lider ordunun krallığa hücumuna razılıq verib - ABŞ mediası 12:12 | Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu 11:05 | SON DƏQİQƏ - Bakıda ağır yol qəzası - Ölən və yaralılar var 10:48 | Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: Generallardan İsmayılova sayğı 10:33 | TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək 10:19 | Dünya birjalarında neft BAHALAŞDI 10:07 | CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi