Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
12-09-2019, 10:44 Oxunub: 10

Regionlarda internet niyə bərbaddır? – İnhisarçılıq, köhnə texnologiya və…

Regionlarda internet niyə bərbaddır? – İnhisarçılıq, köhnə texnologiya və…
 
Regionlarda internetin sürət və keyfiyyəti ilə bağlı müəyyən problemlər var. Son statistikalara baxanda görmək olar ki, Azərbaycanda internet sürəti nəinki dünyanın statistik göstəricilərindən, həmçinin qonşu ölkələrdəki mövcud rəqəmlərdən aşağıdır.

Bu hal xüsusilə bölgələrdə daha çox müşahidə olunur. Əsasən də ev telefonu ilə çəkilən ADSL internet sürətinin çox aşağı olduğu bildirilir.

Məsələyə aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Sherg.az”a açıqlamasında vurğulayıb ki, hələlik regionlarımızda köhnə texnologiyadan istifadə olunur. Onun sözlərinə görə, müxətlif rayon və kəndlərdə ADSL texnologiyası var:

" ADSL texnologiyası telefon xəttinin üzərinə olan internetdir. Regionlarda 90 faiz əhalinin internetin ev telefon xəttinin üstündə oturub. Ev telefonundan istifadə etmirlər, çünki hamının mobili var. Amma ev telefonu xəttinin üstündə olan internetdən istifadə edirlər. Bu isə köhnə texnologiyadır. Avropada, inkişaf etmiş ölkələrdə demək olar ki, bu texnologiya sıradan çıxarılıb”.

O.Gündüz qeyd edib ki, bizə qonşu olan ölkələrin internet provayderlərinin siyahısına daxil olanda orada ADSL texnologiyasına rast gəlmək olmur:

"Çünki həmin ölkələrin hamısında kabel internetindən istifadə olunur. Regionlarda internetin keyfiyyətsiz olmasının başqa səbəbi də var. Həmin səbəb bundan ibarətdir ki, region internetində ciddi inhisarçılıq var. İnhisarçılıq isə əsasən dövlət provayderi olan "Aztelekom”dur. "Aztelekom”un xüsusi çəkisi hədsiz dərəcədədir.

Yəni, region internet istifadəçilərinin 90 faizi interneti "Aztelekom”dan alır. Özəl provayderlərə imkan vermirlər ki, regionda vətəndaşlara yüksək xidmət göstərilsin. Bu, olduqca ciddi problemdir. Regionda rəqabətli mühit və vətəndaşın seçim imkanı olmadığı üçün bu internetin keyfiyyətinə təsir edən amildir.

Həmçinin "Aztelekom”un internet qiymətləri də olduqca biabırçıdır. Qiymətlər yüksək, internet keyfiyyətsiz, rəqabət isə yoxdur. Ona görə də son dövrlər beynəlxalq qurumların hesbatlarında Azərbaycanda internetin adam başına düşən sürətin həcmi son 2-3 ildə 42 pillə geriləyib. İndi 142-ci yerdəyik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hər məqamı öz üzərinə götürüb. Nazirliyin 2 dövlət provayderi var.

"Bakutelekom” və "Aztelekom”. Bu iki provayderin də böyük resursu yoxdur ki, bütün ölkənin internetini qaydaya salsın. Ona görə də hesab edirəm ki, bu sahədə azad mühit yaranmalı, özəl provayderlərin resurslarından istifadə olunmalıdır. Həmçinin əhaliyə yeni texnologiya ilə telefon xəttinin üstündə olan internet yox, geniş zolaqlı internet verilməlidir”.
XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu