Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
11-09-2019, 17:57 Oxunub: 14

Hərbi qulluqçular barədə sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı

Hərbi qulluqçular barədə sənəd Milli Məclisdə müzakirəyə çıxarıldı
 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov  iclasın gündəliyindəki "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və "Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirəyə təqdim olunduğunu bildirib.

"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, "Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri "hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilməlidir.

 

Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və "Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində də nəzərdə tutulub.

Bununla yanaşı, "hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək "Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir.

Layihə "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb.

Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub.

Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Payız sessiyasında həmçinin "Daxili qoşunlar haqqında”, "Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.



XƏBƏR LENTİ
17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu 17:33 | İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi 17:21 | Musa Quliyev: "İcbari tibbi sığorta gələn ildən fəaliyyətə başlayacaq" 17:06 | Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı 16:46 | Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Yaralılar var 16:33 | Hadi Rəcəbli bu yaşadək uşaqlara veriləcək puldan DANIŞDI 15:58 | Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB 15:38 | Bakıda qayınanasının başına butulka çırpıb öldürən gəlinin FOTOSU - DƏHŞƏTLİ FAKTLAR 15:19 | Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı... - FOTO 14:53 | Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir? - TƏHLİL 14:40 | Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır - ABŞ KİV 14:03 | “Əsrin müqaviləsi” bizə nə verdi, nə verir və nələr verəcək? - TƏHLİL 13:46 | Sabahın havası: şimşək, dolu, sulu qar 13:06 | İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə 12:30 | Ali dini lider ordunun krallığa hücumuna razılıq verib - ABŞ mediası 12:12 | Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu 11:05 | SON DƏQİQƏ - Bakıda ağır yol qəzası - Ölən və yaralılar var 10:48 | Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: Generallardan İsmayılova sayğı 10:33 | TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək 10:19 | Dünya birjalarında neft BAHALAŞDI 10:07 | CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi