Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
11-09-2019, 13:13 Oxunub: 12

Aviaşirkətlər "pulsuz uçuş" adı ilə qanuni dələduzluqla məşquldur? - AÇIQLAMA

Aviaşirkətlər "pulsuz uçuş" adı ilə qanuni dələduzluqla məşquldur? - AÇIQLAMA
 
"Kartla ödə, mil qazan” – son günlər çox tez-tez qarşılaşdığınız bu təklif, bəlkə də çoxlarınızın diqqətini çəkib.

Demək olar ki, Azərbaycanın əsas bankları müxtəlif hava nəqliyyatı şirkətləri birlikdə layihə həyata keçirir, "pulsuz uçuş” adı altında müştəri cəlb edir. İlk başdan poztiv görünən bu təklif, sonradan bir çox insanın xəyal qırıqlığına səbəb olur.

Belə ki, müsabiqənin şərtlərinə uyğun olaraq, lazım olan qədər millər toplanır, pulsuz uçuş üçün hava nəqliyyatı şirkətinə təqdim edildikdə, məlum olur ki, əslində bu qanuni dələduzluq imiş.

Redaksiyamıza müraciət edən, kimliyinin bilinməsini istəməyən bir şikayətçi isə, AZAL Miles proqramı çərçivəsində mil topladığını, sonradan bunun qanuni dələduzluq olduğunu anladığını deyir.

AZAL Miles "Premium” bankla birlikdə bonus proqramı çərçivəsində "Azərbaycan Hava Yolları"-nın (AZAL) reyslərində sərnişinlərə pulsuz uçuşlar təqdim edən bir layihədir.

Proqram çərçivəsində, siz "Premium” bankdan əldə etdiyiniz kartla hər nağdsiz ödəniş etdikdə, millər qazanırsınız və bu millər AZAL Milesin nəzərdə tutduğu kvotaya çatdıqda, pulsuz bilet əldə edirsiniz.

"Premium Bank”ın təklif etdiyi "AZAL Miles” fəqrli sayda millər qazandıran "Standard", "Gold" və "Premium” versiyalardadır. "Standard" versiya mil kartlar 40 və 50 manata, "Gold" mil kartlar 100 və 120 manata, "Premium” mil kartlar isə 200 və 250 manatadır. Kartlar 2 illik və 3 illikdir.

Hər dövrüyəyə görə isə, verilən millər bu qədərdir:



Şikayətçi deyir ki, lazım olan qədər mil topladıqdan sonra, pulsuz bilet əldə etmək üçün AZAL-a müraciət edib. AZAL isə, digər xərclər üçün ondan az qala biletin öz qiymətinə uyğun pul istəyib.

Onun sözlərinə görə, o, bundan sonra proqramdan imtina edib.

"Mən 2 il yarım bundan əvvəldən millər toplamağa başladım. Göstərilən kvotaya uyğun olaraq, millər topladım. Milləri topladıqdan sonra bilet üçün AZAL-a müraciət edəndə, məlumat oldu ki, əlavə xərclər üçün də xeyli miqdarda pul ödəməliyəm və bu normal uçuşla demək olar ki, eyni qiymətdir. Başqa bir problem, millərdən 2 il ərzində istifadə etmədikdə, millərin balansdan silinməsidir. Mən millərin hamısı silinməsin deyə, məcbur Gəncəyə getdim. Buna görə də, 100 manatdan çox ziyana düşdüm. Ümumilikdə bu layihə yararsız, əslində çox ziyanlıdır”, - deyə şikayətçi bildirib.

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski isə bildirib ki, müsabiqənin şərtləri saytda qeyd olunub. Oxuyub şərtləri qəbul etdikdən sonra müsabiqəyə qoşulmaq lazımdır.

Onun sözlərinə görə, müsabiqənin şərtlərində də qeyd olunub ki, hava limanı yığımları və əlavə xərclər istisna olmaqla.

"Hər kəs müsabiqənin şərtlərini oxuyub qoşulur. Şərtləri qəbul etdikdən sonra iştirakçı olur. Millərin 2 il ərzində silinməsi də, hava limanı yığımları və əlavə xərclər də saytda qeyd olunub. Şərtləri oxuyub qəbul etdikdən sonra proqrama qoşulmaq lazımdır”, - deyə "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib.


Həzi
XƏBƏR LENTİ
17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu 17:33 | İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi 17:21 | Musa Quliyev: "İcbari tibbi sığorta gələn ildən fəaliyyətə başlayacaq" 17:06 | Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı 16:46 | Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Yaralılar var 16:33 | Hadi Rəcəbli bu yaşadək uşaqlara veriləcək puldan DANIŞDI 15:58 | Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB 15:38 | Bakıda qayınanasının başına butulka çırpıb öldürən gəlinin FOTOSU - DƏHŞƏTLİ FAKTLAR 15:19 | Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı... - FOTO 14:53 | Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir? - TƏHLİL 14:40 | Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır - ABŞ KİV 14:03 | “Əsrin müqaviləsi” bizə nə verdi, nə verir və nələr verəcək? - TƏHLİL 13:46 | Sabahın havası: şimşək, dolu, sulu qar 13:06 | İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə 12:30 | Ali dini lider ordunun krallığa hücumuna razılıq verib - ABŞ mediası 12:12 | Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu 11:05 | SON DƏQİQƏ - Bakıda ağır yol qəzası - Ölən və yaralılar var 10:48 | Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: Generallardan İsmayılova sayğı 10:33 | TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək 10:19 | Dünya birjalarında neft BAHALAŞDI 10:07 | CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi