Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
10-09-2019, 11:54 Oxunub: 18

"Deyəsən, bizə işimizi çətinləşdirmək xoş gəlir" - Luka Modriç

"Deyəsən, bizə işimizi çətinləşdirmək xoş gəlir" - Luka Modriç
 

Xorvatiya milli komandasının kapitanı Luka Modriç Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avro-2020-nin seçmə oyunundan sonra brifinq keçirib.

- Doğum gününüzdə qol vursanız da, hesabı qoruya bilmədiniz. Oyunu necə dəyərləndirərdiniz?

 

- Təəssüf ki, istədiyimiz 3 xalı qazana bilmədik. Halbuki, oyuna kifayət qədər yaxşı başlamışdıq. İlk 20-25 dəqiqə ərzində çox yaxşı çıxış etdik, qol vurduq və daha bir-ikisini də vura bilərdik. Bundan sonra ola bilsin, bir qədər rahatlaşdıq və Azərbaycan yığmasına qol şansları yaratmaq imkanı verdik. Onlar oyunun sonlarında hesabı bərabərləşdirə bildilər. Deyəsən, bizə işimizi çətinləşdirmək xoş gəlir. Son 2 oyunda 4 xal qazanmağı bacarmışıq. Qarşıda hələ 3 oyunumuz var. Fikrimcə, yekunda Avropa çempionatına vəsiqə qazanacağıq.

- Siz oyuna yanaşmadan çox danışmışdınız. Amma matçın startından cəmi 15 dəqiqə sonra çətinlikləriniz başladı. Nə baş verdi?

- İzah etmək çətindir. Biz çox yaxşı başlamışdıq və oyunu lazımınca apara bilərdik. Təəssüf ki, hansısa səbəbdən bunu bacarmadıq. Bunu dəcəllik kimi qiymətləndirmək də olar. Çünki həqiqətən də dominantlıq etdiyimizi görürdük. Biz rəqibə imkan verirdik ki, təhlükəli epizodlar yaratsınlar. Matçın gedişində onlar hücumlarını daha da çoxaltdılar və heç nədən bir oyunçu 3-4 futbolçumuzu keçib bizə qol vurdu. Buna yol vermək olmazdı. Nəticədə qələbəyə gücümüz çatmadı. Gəlin, növbəti oyunlara keçək. Hələ də hər şey öz əlimizdədir.

- Paltardəyişmə otağında məyusluq nə qədər idi?

- Əlbəttə, bu, məyusedici haldır. Çünki biz qələbəyə ümid edirdik. Xüsusən, o zaman ki, yaxşı oynayıb bu qədər şans yaradırsan. Hələ hər şey açıqdır. Avropa çempionatına vəsiqəyə iddia etmək üçün qarşıda 2 ev və 1 səfər oyunumuz var. Görünür, bizə hər şeyi sadə sonuclandırmaq xoş gəlmir. Buna görə də mübarizə aparmaqda davam etməliyik.

- Beləliklə, növbəti tur Macarıstan üzərində qələbə sizin üçün çox vacib olacaq...

- Yaxşı atmosfer və əla dəstək gözləyirəm. Biz uzun müddətdir Split şəhərində oynamırıq. Əlbəttə, qələbəmizə inanıram. Hazırda bütün xallar çox vacibdir. Sonra da qrupdakı vəziyyətə baxacağıq (Report).


XƏBƏR LENTİ
17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu 17:33 | İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi 17:21 | Musa Quliyev: "İcbari tibbi sığorta gələn ildən fəaliyyətə başlayacaq" 17:06 | Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı 16:46 | Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Yaralılar var 16:33 | Hadi Rəcəbli bu yaşadək uşaqlara veriləcək puldan DANIŞDI 15:58 | Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB 15:38 | Bakıda qayınanasının başına butulka çırpıb öldürən gəlinin FOTOSU - DƏHŞƏTLİ FAKTLAR 15:19 | Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı... - FOTO 14:53 | Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir? - TƏHLİL 14:40 | Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır - ABŞ KİV 14:03 | “Əsrin müqaviləsi” bizə nə verdi, nə verir və nələr verəcək? - TƏHLİL 13:46 | Sabahın havası: şimşək, dolu, sulu qar 13:06 | İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə 12:30 | Ali dini lider ordunun krallığa hücumuna razılıq verib - ABŞ mediası 12:12 | Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu 11:05 | SON DƏQİQƏ - Bakıda ağır yol qəzası - Ölən və yaralılar var 10:48 | Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: Generallardan İsmayılova sayğı 10:33 | TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək 10:19 | Dünya birjalarında neft BAHALAŞDI 10:07 | CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi