Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
9-09-2019, 17:40 Oxunub: 18

Bakıda polo üzrə Dünya Kuboku başlayır

 Bakıda polo üzrə Dünya Kuboku başlayır
 
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə 13-15 sentyabr tarixlərində VII Arena Polo üzrə Dünya Kuboku keçiriləcək.

Hər il olduğu kimi, bu il də ölkəmizin də yer aldığı turnirdə dünyanın dörd müxtəlif ölkəsini təmsil edən komandalar iştirak edəcək.

Bunlar Azərbaycanla yanaşı, Rusiya, Almaniya və İsveçrənin yerli klub komandalarıdır. Hər komanda üç oyunçu ilə təmsil olunacaq. Oyunlar "Elite Horse and Polo Club"da yerləşən meydançada hər gün saat 15:00-da baş tutacaq.

Püşkatmanın nəticələrinə əsasən ilk oyun Azərbaycanı təmsil edəcək olan "Elite Horse & Polo Club Baku" və İsveçrəni təmsil edəcək "Evviva Polo Club St. Moritz" arasında oynanılacaq. Günün ikinci oyunu Almaniyanı təmsil edəcək olan "Los Nocheros Polo Club Münster” və Rusiyanı təmsil edəcək olan "Planernaya Polo Club Moscow" komandaları arasında olacaq.

Turnirin ikinci günü, yəni sentyabrın 14-də günün açılış oyunu İsveçrə təmsilçisi "Evviva Polo Club St. Moritz" və Almaniya təmsilçisi "Los Nocheros Polo Club Münster" arasında baş tutacaq. İkinci oyun isə təmsilçimiz "Elite Horse & Polo Club Baku" və "Planernaya Polo Club Moscow" komandaları arasında keçiriləcək.

Final günü, 15 sentyabrda üçüncülük uğrunda mübarizə saat 15:00-da başlayacaq. Final görüşü isə 16:15-də iki ən güclü komanda arasında baş tutacaq. Turnirin qalibi bu görüş nəticəsində bəlli olacaq.

Onu da nəzərinizə çatdıraq ki, 2020-ci ildə 10-20 sentyabr tarixlərində baş tutacaq səkkiz komandanın iştirakı ilə gözlənilən polo üzrə Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək.

XƏBƏR LENTİ
17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu 17:33 | İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik etdi 17:21 | Musa Quliyev: "İcbari tibbi sığorta gələn ildən fəaliyyətə başlayacaq" 17:06 | Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı 16:46 | Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Yaralılar var 16:33 | Hadi Rəcəbli bu yaşadək uşaqlara veriləcək puldan DANIŞDI 15:58 | Prezident: “Neftdən əldə edilən gəlirlər ilk növbədə xalqın rifahının yaxşılaşmasına yönəldilib” - YENİLƏNİB 15:38 | Bakıda qayınanasının başına butulka çırpıb öldürən gəlinin FOTOSU - DƏHŞƏTLİ FAKTLAR 15:19 | Azərbaycan üçün nəzərdə tutulmuş smartfonlar Ermənistan bazarına çıxdı... - FOTO 14:53 | Neftin 55 dollarlıq qiyməti 2020-ci il büdcəsinə komfort, yoxsa təhlükə vəd edir? - TƏHLİL 14:40 | Paşinyan Los-Ancelesdə arzuedilməz şəxs olmalıdır - ABŞ KİV 14:03 | “Əsrin müqaviləsi” bizə nə verdi, nə verir və nələr verəcək? - TƏHLİL 13:46 | Sabahın havası: şimşək, dolu, sulu qar 13:06 | İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə 12:30 | Ali dini lider ordunun krallığa hücumuna razılıq verib - ABŞ mediası 12:12 | Hacı Əliyev dünya çempionatını medalsız başa vurdu 11:05 | SON DƏQİQƏ - Bakıda ağır yol qəzası - Ölən və yaralılar var 10:48 | Əli Nağıyevlə Orxan Sultanov yas mərasimində: Generallardan İsmayılova sayğı 10:33 | TÜRKSOY-un 22-ci Opera Günlərinə Girnə şəhərində start veriləcək 10:19 | Dünya birjalarında neft BAHALAŞDI 10:07 | CƏBHƏDƏN XƏBƏR VAR - Müdafiə Nazirliyi