Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
6-09-2019, 22:30 Oxunub: 27

Bakının ən kriminal rayonları

 Bakının ən kriminal rayonları
 
Binəqədi Bakının ən kriminal rayonu sayıla bilər. 

Xeberekspress.az "oxu.az"a istinadən xəbər verir ki, bu rayon paytaxtın hüquq-mühafizə orqanları və bir neçə statistik qrup tərəfindən hazırlanan sorğu nəticəsində kriminogen reytinqə başçılıq edib.

Binəqədi Rayon Polis İdarəsindən əsas səbəb kimi rayon ərazisində evlərin gündəlik kirayə verilməsinin artmasını (bir günə 2-3 manat) göstəriblər. Bu regionlardan gələn aztəminatlı ailələri cəlb edir. Təhlillər göstərir ki, məişət cinayətlərinin əksəriyyəti qeydiyyat üzrə yaşayan sakinlər tərəfindən törədilir.

Əgər 10 il əvvəl paytaxtın ən kriminal rayonları mərkəzi rayonlar – Yasamal, Nəsimi, Nərimanov sayılırdısa, bu gün Binəqədi, Suraxanı və Sabunçu rayonları onları qabaqlayıb.

Yasamal rayonunda köhnə evlərin sökülməsindən sonra cinayətlərin sayı kəskin azalıb.


Statistik məlumatlar göstərir ki, Azərbaycanda dələduzluq və oğurluq cinayətlərinin sayı artıb. Axtarışda olan hər üçüncü Azərbaycan vətəndaşı dələduzluqda ittiham olunur.

Azərbaycan DİN-nin statistik məlumatlarına əsasən, 2019-cu ilin ilk yarısında törədilən cinayətlərin yarısı (44,3% - 5496 fakt) Bakının payına düşür. Onlardan 12,6%-i ağır və xüsusi ağır cinayətlərdir. 

Qeyd edək ki, Bakıda gün ərzində 35-45 oğurluq hadisəsi qeydə alınır. Ötən gün ərzində təkcə Binəqədi rayonu üzrə 8, Nəsimi – 7, Qaradağ, Nərimanov, Suraxanı – 5 oğurluq faktı qeydə alınıb.

Ümumilikdə paytaxtın ən sakit rayonları sırasına Qaradağ, Səbail və Pirallahı rayonlarını aid etmək olar.
XƏBƏR LENTİ
23:00 | "Sənin Afət Fərmanqızından nə fərqin var?" 22:30 | "Üstünlüyü bunda axtarmalıyıq" — Qurban Qurbanov 22:00 | İlham Əliyev Ramiz Mehdiyevlə görüşdü - FOTOLAR 21:40 | Kərəm Həsənov və Zahid İsayev də vəzifəsini itirdi 21:20 | İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO 21:00 | Putinin vizit kartı iki milyona satıldı - FOTO 17:59 | "İslahatlara alternativ yoxdur" - Prezident 17:42 | Azərbaycanda mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var 17:29 | İlham Əliyev Ramiz Mehdiyevin yeni vəzifəsini təsdiq etdi 17:17 | İqtisadiyyat Nazirliyinin tabeliyində 3 dövlət xidməti olacaq 17:04 | Prezidentdən Akif Əlizadə ilə bağlı SƏRƏNCAM 16:53 | Əhaliyə şad xəbər – Yaşayış minimumu və ehtiyac meyarı artırılır 16:42 | Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif etdi 16:20 | İlham Əliyev Ramiz Mehdiyevi vəzifəsindən azad etdi 16:08 | İlham Əliyev yeni İqtisadiyyat naziri təyin etdi 15:49 | Vergilər Nazirliyi ləğv edildi - Bu qurumlar birləşdirildi 15:34 | İlham Əliyev Mİkayıl Cabbarovu vəzifəsindən azad etdi və... - SƏRƏNCAM 15:20 | Sabah 25 dərəcə isti olacaq 14:41 | Bakıda şok cinayət – Maşına oturub silahla hədələdilər 14:22 | Mübariz İbrahimovu təhqir etməkdə günahlandırılan Nərminlə bağlı - QƏRAR VERİLDİ 14:09 | Marketləri bəzəyən bu konfetlər təhlükə saçır - Ekspertdən həyəcan siqnalı 13:53 | Prezidentin xanımı geyiminə görə sərt tənqid olundu- FOTO