Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
5-09-2019, 17:40 Oxunub: 16

İctimai nəqliyyatda böyük YENİLİKLƏR: Qiymət artacaqmı? - RƏSMİ

İctimai nəqliyyatda böyük YENİLİKLƏR: Qiymət artacaqmı? - RƏSMİ
 
Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq.
Anews.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) sifarişi ilə də "BMC Otomativ Sanaye ve Ticaret A.S.” şirkəti tərəfindən istehsal edilən 300 avtobus yaxın aylarda Bakı yollarında istismara veriləcək. 

Bu onu deməyə əsas verir ki, həm "Bakı Metropoliteni” QSC vaqon parkını, həm də Bakı Nəqliyyat Agentliyi avtomobil parkını yeniləyir. Mövcud durum ölkədə nəqliyyat sektorunda yeni qiymət artımını gündəmə gətirib. Mövzunu dəqiqləşdirmək üçün həm rəsmi qurumlar, həm də ekspertə müraciət etdik. 

Rəsmi qurumlar ictimai nəqliyyatın yeilənməsi fonunda Tarif Şurasına hər hansı müraciətin edilmədiyini vurğuladılar. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov isə BAKU.WS-ə bildirdi ki, ictimai nəqliyyatın yenilənməsi birbaşa göstərilən xidmətin keyfiyyətinin artırılmasına xidmət edir: "Əvvəla onu deyim ki, qiymət artımı Tarif Şurasının səlahiyyətinə aid olan məsələdir. Aidiyyatı strukturlar istər "Bakı Metropoliteni” QSC, istərsə də Bakı Nəqliyyat Agentliyi (BNA) bununla bağlı Tarif Şurasına müraciət edə bilər. Yalnız bundan sonra Tarif Şurası qiymət artımını nəzərdən keçirir və bunun məqsədə müvafiq olması barədə qərar verir. Bu səbəbdən nəqliyyat sektorundakı qurumlarla Tarif Şurası arasındakı müraciət mövzusunda heç kim məlumatlı olmur. 

Ümumilikdə ictimai nəqliyyatda həm metro, həm də avtobus parkında yenilənmə ilk növbədə bu sahədə göstərilən xidmətin keyfiyyətinin artırılmasına xidmət edir. Bu, bilavasitə xidmət keyfiyyətinin artırılması ilə əlaqədardır. Bu xidmətlərdən istifadə edən vətəndaşlar ictimai nəqliyyatdan məmnun qalsınlar. Vətəndaşlar istismara yararlı və komfortlu nəqliyyat vasitələrindən istifadə etsinlər”. 


Ekspert daha sonra qeyd etdi ki, nəqliyyat sektorunda qiymət artımının qarşısını dövlətin ayırdığı datasiyalar alır: "Təbii ki, hər bir qurum sərmayə yatırması ilə əlaqədar qiymət artımı ilə bağlı təklif edə bilər. Amma ictimai nəqliyyat sektoru tam da olmasa, qismən dövlətdən datasiya hesabına idarə olunur. Bu gün dövlət bu sahədə öz iştirakını həmin datasiyaları ayırmaqla birbaşa təmin edir. Dövlət bu datasiyaları ona görə ayırır ki, qiymət üzərində müəyyən tənzimlənmə yaranasın. Bu gün datasiya olmazsa, təbii ki, daşıyıcı şirkətlər qiymət artımını gündəmə gətirə bilər. Metropoliten rəsmiləri də zaman-zaman bəyan edib ki, gediş haqqları onların göstərdiyi xidmət müqabilində adekvat deyil. Təbii ki, burda dövlətin dəstəyi var. Bu da qiymətlərin tənzimlənməsi üçündür. 

İstənilən halda həm metro, həm də avtobus parkının yenilənməsi olduqca vacib məsələdir. Bunu 2018-ci ildə xüsusi müşavirədə ölkə başçısı İlham Əliyev də qeyd etmişdi ki, yararlı avtobuslar insanlara xidmət göstərməlidir. Eyni zamanda keyfiyyət xidməti həmin avtobusların texniki göstəricilərinin yüksək olması ilə şərtlənməlidir. Ölkə başçısı istismara yararlı avtobuslar dedikdə onu nəzərdə tutub ki, son zamanlar avtobusların iştirakı ilə baş tutan qəzalar onların bilavasitə texniki göstəriciləri və nasazlığı ilə bağlıdır. Bu gün ictimai nəqliyyatın yenilənməsi həmin göstərişdən irəli gələn haldır”. 

Azər Allahverənov sonda vurğuladı ki, hazırda Bakı yollarında sərnişinlər üçün 2100-2200 avtobus xidmət göstərir. Bu rəqəm isə kifayət etmir. Ona görə də avtobus parkının yenilənməsi olduqca vacibdir. Bu, müasir və komfortlu avtobuslar olarsa, göstərilən xidmət keyfiyyətinin artırılmasının bariz nümunəsidir. 

"Ancaq bunu qiymət artımına səbəb olacaq hal kimi qiymətləndirmək istəmirəm. Bu barədə hətta düşünmək belə istəmirəm”,-deyə o, əlavə etdi.
XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov