Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
1-09-2019, 15:00 Oxunub: 23

İşıl Yücesoy: "Ərim üçün musiqini atdım, amma evlilik mənasız şeydir"

 
 
"Yer gök aşk", "Kara para aşk", "Aşk və mavi" teleserialları və "Çemberimdə Gül Oya", "Unutursam fısılda" filmləri ilə tanınan aktrisa İşıl Yücesoyun Oxu.Az-a müsahibəsi:  

- Bakıya ikinci dəfədir ki, gəlirsiniz. Bu dəfə görmək istədiyiniz yerləri gəzmək şansınız oldu?

- Birinci səfərimdə yalnız İçərişəhəri və bir necə yeri gəzdirmişdilər. Amma bu dəfə görməli yerlərin hamısında oldum.

- Son olaraq sizi "Aşk və mavi" teleserialında izlədik. Yeni layihələr varmı?

- "Aşk və Mavi"də çox yoruldum. Ona görə bir az fasilə vermək istəyirəm. Hətta teatr layihəmi belə dayandırdım. Bu il daha çox musiqiyə zaman ayırmaq istəyirəm. Yeni bir mahnı çıxarmaq istəyirəm. Həmçinin, özüm yazdığım və bəstələdiyim mahnılardan ibarət "Ninnilər" adlı layihəm hazırlandı. Artıq o layihənin beş mahnısı çıxarılıb. Demək olar ki, həmin mahnılar hər yerdə, hətta seriallarda belə istifadə edilir.

- Yəni bundan sonra sizi seriallarda görməyəcəyik?

- Oynadığım bütün seriallar üç və dörd il çəkir. Yaxşı ssenari olmadan, birgə oynayacağım aktyorları tanımadan serialda çəkilmək asan deyil. Həm də artıq bundan sonra İstanbuldan kənarda çəkiləcək seriallarda oynamayacağam. İnsan ömrünün yarısı gedir. Əgər İstanbuldan yaxşı təklif gələrsə, qəbul edəcəyəm.


- Oynadığınız serialların uzunmüddətli və reytinqli olacağını necə müəyyənləşdirə bilirsiniz?

- Ssenaridən hiss edə bilirəm. Bütün seriallarda zəhmli qayınana və ya yaxşı olmayan biri rolunda olmuşam. Amma hamısı bir-birindən fərqli qadınlar olub. Xalq məni elə biri olaraq sevdi. Özüm də yaxşı bir qadını oynamağı sevmirəm.

- Həyatda da çətin qadınsınız?

- Yox. Çox yumşaq qəlbli, qısqanclığı olmayan, sevgi dolu biriyəm. Amma qaydaları olan bir xanımam. Öz qaydalarınız olmasa, uğurlu biri olmaq mümkün deyil. Bu, ailədə də belədir.

- Klassik musiqini atdıqdan sonra aktrisalığa keçməyinizin səbəbi nədir?

- Özəl bir səbəbi yoxdur. İnsanın qarşısına həyatını dəyişdirə biləcək müxtəlif şanslar çıxır. Artıq o yolu seçmək özümüzə qalır. Mən musiqiçi ailəsindənəm. Atam piano ifaçısı idi. Amma teatrda işləmək üçün şans çıxdı. Dörd il İzmirdə teatrda işlədim. Hər gün eyni şeylər olduğu üçün bezib oranı da tərk etdim.

- Deməli tez bezən insansınız.

- Bir yerdə çox qala bilmirəm. Demək olar ki, hər şeydən tez bir zamanda bezib darıxıram. Özümə başqa məşğuliyyət axtarıram.

- Müğənlilikdən sonra teatra getmək nə qədər uğurlu seçim idi?

- Evləndiyim zaman müğənnilik edirdim. Daha sonra musiqi ilə evliliyi birgə davam etdirə bilməyəcəyimi anladım. Ona görə dövlət teatrına qayıtdım. O zamanlarda da qızım oldu. 2010-cu ildə isə pensiyaya çıxdım.


- İlk serial çəkilişinizdən qazancınız nə qədər olub?

- 1999-cu ildə çəkildiyim "Ögey ata” serialında hər həftə 100 lirə qonorar alırdım. Bu rəqəm çox gülüncdür. Hətta dostlarım belə bu qiymətə çalışmağımı uyğun saymırdılar. Dostlarıma tanındıqdan sonra 100 min alacağımı deyirdim.

O zamandan sonra çox gözəl seriallarda çəkildim. Zəhmətimin qarşılığını aldım. Amma hər yerdə məni "Yer gök aşk" serialı ilə tanıdılar.

- O serilada baş rol ifaçılarının ölməsi böyük səs-küyə səbəb oldu. Reytinqli serialda sevilən aktyorların ölməsinin səbəbi nə ilə bağlı idi?

- Serialın bitməsinə iki ay qalmış özümü yaxşı hiss etmədiyimi anladım. Hissimdə də yanılmadım. Xərçəng xəstəsi olduğum məlum oldu. Amma xalq əməliyyat olunduğumu bilmədi. Çox ciddi xəstəliyin öhdəsindən gələ bildim. Bəzi səbəblərə görə serialların bitməsi məcburi olur.

- İndiyə kimi reytinqlərdə birinci olan, xarici ölkələrə satılan seriallarda oynamısınız...

- Əvvəllər hansısa serialın tutub-tutmaması ilə bağlı həyəcan keçirirdik. İndi isə bunu tez bir zamanda demək mümkün deyil. Çünki hazırda serial sektoru gənclərin əlində cəmləşib. Düzdür, aralarında yaxşı olanlar da var. 

Ümumiyyətlə, hər zaman tanınan aktyorlarla bir araya gələndə serialın sevilməmə payı azalır.

- Sizinlə çalışmaq asandır?

- Əslində, rahat olduğu kimi, həm də çətindir. Çünki prinsiplərim var. Məsələn, mənə saat 13:00-da bir yerdə olmalı olduğum deyiləndə bu yaşda belə həmin vaxt orada oluram. Gecikməyi sevmirəm. Bundan sonra mən kimlərisə deyil, insanlar məni gözləməlidir.


- Musiqini bu qədər sevdiyiniz halda onu buraxma səbəbiniz nədir?

- Musiqiçilərin olduğu bir ailədə böyümüşəm. Atam klassik musiqi ilə məşğul olurdu. Həmçinin, oxuduğum konservatoriyada sayılıb-seçilən musiqiçilərdən dərs almışam. Ona görə də mənim dünyagörüşümdə başdan aşağı salfet atmaq yoxdur. Muqiçiyə gül verilməlidir.

Başdan aşağı salfet atmaq bar mədəniyyətidir. Bu səbəbdən heç vaxt barda çalışmamışam. Səhnədə olanda başımdan aşağı salfetka atıldı. Bu zaman musiqini buraxma haqqında qərar verdim. Əgər barda oxumağı qəbul etsəydim, heç kimin və ən əsası, qızımın gözünün içinə baxa bilməzdim. 

- Gəncliyinizdə çox böyük eşq acısı yaşamısınız.

- Heç vaxt utanmadığım sevgi hekayəm olub. Hər kəsin həyatında önəmli sevgi olur. Mən sevgiyə inanan biriyəm. Mənim də yaşadığım gənclik sevgisi idi. Ümumiyyətlə, gənclik və ilk sevgilər heç vaxt unudulmur. Bizdə də alınmadı. Ondan sonra həyatımda başqa sevdiyim insanlar oldu. Sevdiyim biri ilə evlənib 45 yaşında ana oldum.

- Həyatınızda kimsə var?

- Onu söyləyə bilmərəm. Olsa belə, açıqlaya bilmərəm.

- Yenidən evlilik düşünürsünüz?

- Heç vaxt evlənmərəm. Həyat yoldaşımdan ayrılanda 50 yaşında idim. Qızımı ögey ata ilə böyütmək istəmədim.


- Azərbaycanlı biri sizə evlilik təklif etsə, qəbul edərsiniz? 

- Azərbaycan daxil olmaqla, dünyadan belə kimsə evlilik təklif etsə, qəbul etmərəm. Bundan sonra evlənmək fikrim yoxdur. Hazırda mənim üçün evlilik kimi mənasız bir məfhum mövcud deyil. Amma bayramlarda sevdiyin biri ilə romantik şam yeməyi üçün darıxırsan.

- Qızınızla münasibətiniz necədir?

- Bir gün belə qızımdan inciməmişəm. Hər kəsə belə ağıllı qız qismət olsun. Hazırda həyat yoldaşı ilə xaricdə yaşayır. Çox gözəl evliliyi var. 

- 2016-ci ildə Türkiyəni birdəfəlik tərk etməyinizlə bağlı mətbuatda xəbərlər çıxdı...

- O xəbərlər yalan idi. Çünki ildə bir neçə dəfə qızımın yanına gedirəm. Həm də həmin müddətdə anamı və bacımı itirdim. Ona görə də evlərimi satıb qızımın yanına getdim. Özümü yaxşı hiss edəndən sonra geri qayıtdım. Bu səbəbdən də Türkiyəni tərk etdiyimu yazırdılar. Heç vaxt ölkəmi tərk etmərəm.

- Səhnədə evlilik təklifi almısınız?

- Yox. Kimsə buna cəsarət etməyib (gülür).

- Azərbaycandan kino və ya serial təklifi gəlsə, qəbul edərsiniz?

- Yetər ki, mənə "gəl" desinlər. Dünyadan belə olan təklifləri qəbul edərəm. Amma indiyə kimi Azərbaycandan hansısa lahiyə təklifi olmayıb.

XƏBƏR LENTİ
23:00 | Fuad Qəhrəmanlının qızı atasını yalan danışmaqda ittiham etdi — VİDEO 22:40 | Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib - SİYAHI 22:20 | Zəncirvari nəqliyyat qəzası baş verdi: dörd nəfər yaralandı 22:00 | ABŞ İrana qarşı geniş koalisiya quracağına inanır 21:45 | Sabah bəzi rayonıarda leysan yağacaq, duman olacaq 21:38 | Azərbaycan Vətən Müharibəsi Veteranları İB-nin yaradılmasının 25 illik yubileyi qeyd olunub 21:29 | TAP kəməri üzrə borudüzmə işləri bitmək ərəfəsindədir 21:26 | “İndiki vəsaitlərin 90 %-i işbaz müəllimlərin əlindədir” – Pulsuz kitablar hazırlayan təlimçi 18:07 | Xırdalanda 4 avtomobil yandı 17:57 | 1500-dən çox valideynə AĞIR CƏZA 17:50 | “Maşın”da onlar yarışacaq – SİYAHI 17:35 | Kişi buynuz çıxartdı - FOTOFAKT 17:16 | Azərbaycan elektrik enerjisinin istehsalını artırmağı planlaşdırır 16:58 | Patriot almaq ASAN, "patriot" olmaq ÇƏTİNDİR... - Səudiyyə ordusunda CASUS ZABİT VAR? 16:47 | Azərbaycanda dəhşətli hadisə - Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü 16:37 | Dünya iqtisadiyyatında yeni mərhələ başlayır? - ŞƏRH 16:14 | Namiq Qaraçuxurlunu şantaj edib, 300 min istəyiblər 15:34 | Bakıda məşhur dönərxana bağlandı - Zəhərlənənlər var 15:06 | Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı 14:42 | Bu rayonlarda direktor yerləri boşdur - SİYAHI 14:04 | “Azərsu” Şamaxıda su qıtlığını aradan qaldırmaq üçün hökumətə təklif verib 13:47 | "“Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi dəyərini artırdı" - Əli Həsənov